Ödənişli yollar sisteminin tətbiqi ilə bağlı araşdırmalar aparılır

 

Azərbaycanda İpək yoluna (Bakı-Gürcüstan sərhədi) paralel yeni avtomobil yolu çəkiləcək bu yol ödənişli olacaq. Bu məsələ Nəqliyyat Nazirliyinin ödənişli yollara dair həyata keçirməyi nəzərdə tutduğu layihələr arasında yer alıb.

Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib ki, qurum ilk olaraq hələlik bu variantı nəzərdən keçirir: "Ödənişli yollar dünyanın hər yerində var. Bizdə belə yollar var, lakin hələ ki onlardan istifadəyə görə ödəniş tətbiq edilməyib". N.Həsənovun sözlərinə görə, ilkin mərhələdə şəhərin tarixi yerlərində yolların ödənişli edilməsi düşünülür: "Bu həm avtomobil yolları üçün xüsusi bir büdcənin əmələ gəlməsinə, həm sərnişinlərin gediş-gəlişinin asanlaşmasına yardım edəcək".

Qeyd edək ki, Nəqliyyat Nazirliyi hansı yolların pullu olması və buna nə qədər ödəniş edilməsi istiqamətində araşdırmalar aparır.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.