Amerika Birləşmiş
Ştatlarının Prezidenti zati-aliləri
cənab Barak Obamaya
Hörmətli cənab Prezident!
Ad gününüz
münasibətilə Sizi səmimi-qəlbdən
təbrik edir, Sizə möhkəm
cansağlığı, uzun ömür və xoşbəxtlik
arzulayıram.
Bu gün
Azərbaycan Respublikası ilə Amerika
Birləşmiş Ştatlarını möhkəm dostluq və sıx əməkdaşlıq
münasibətləri birləşdirir. Məmnunluq hissi ilə qeyd etmək
istərdim ki, enerji təhlükəsizliyinin
təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri almışdır. Qlobal
təhdidlərə və terrorizmə qarşı mübarizədə,
münaqişə ocaqlarında sülhyaratma
missiyasında və bir sıra digər
sahələrdə əməkdaşlığımız da bu qəbildəndir.
Eyni zamanda, biz
xalqımızın qarşılaşdığı ən
ağrılı problem olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli üçün
ATƏT-in Minsk qrupunun
həmsədri kimi Birləşmiş
Ştatların və şəxsən Sizin
səylərinizə böyük ümidlər
bəsləyir,
bu səylərin münaqişənin beynəlxalq
hüquq çərçivəsində ədalətli
həllinə tezliklə töhfə verəcəyini gözləyirik.
Belə bir
əlamətdar gündə, cənab Prezident,
Sizə və ailənizin bütün
üzvlərinə ən xoş
arzularımı yetirir, dost
Amerika xalqının rifahı naminə fəaliyyətinizdə
yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
2 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 4 avqust.- S. 1.