Mərkəzi Seçki Komissiyası regionlarda
kurslara başlayır
Mərkəzi
Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə
əlaqədar seçki hüququ
üzrə ixtisaslaşdırılmış kursları davam etdirir.
MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən
AzərTAc-a bildirmişlər ki, dairə seçki komissiyalarının üzvləri və
məntəqə seçki
komissiyalarının sədrləri üçün
nəzərdə tutulan kurslar
avqustun 5-dən 8-dək regionlarda
keçiriləcəkdir.
Kurslarda
Mərkəzi Seçki
Komissiyasının üzvləri, məsul işçiləri,
DSK sədrləri, müvafiq şəhər,
rayon icra hakimiyyətlərinin
səlahiyyətli şəxsləri, rayon
prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri
mühazirələr oxuyacaqlar.
Qeyd edək ki,
Mərkəzi Seçki Komissiyası 2007,
2009, 2010 və 2011-ci illərdə də
aşağı seçki
komissiyalarının üzvləri üçün
seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslar
keçirmişdi.
Azərbaycan. - 2013.- 4 avqust.- S. 1.