Ağdamlı gənclər
qarşıdan gələn prezident
seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəklər
Ağdam rayonunun
Quzanlı qəsəbəsində qarşıdan gələn
prezident seçkiləri və 12 avqust - Beynəlxalq Gənclər Gününə
həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və rayon gənclər və idman
idarəsinin birgə təşkilatçılığı
ilə keçirilmişdir.
YAP rayon təşkilatının sədri İsgəndər
Quliyev, gənclər və idman idarəsinin rəisi Elnur
Əhmədov tədbir iştirakçılarını
qarşıdan gələn əlamətdar gün
münasibətilə təbrik etmiş, həmin
günün tarixi və
əhəmiyyətindən, qarşıdan gələn prezident
seçkilərindən danışmışlar.
Bildirilmişdir ki,
Beynəlxalq Gənclər Günü
1998-ci il avqustun 8-dən
12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə
keçirilən beynəlxalq konfransda elan olunmuşdur. Həmin vaxtdan hər il avqustun 12-nin dünyada Gənclər
günü kimi qeyd olunması qərara
alınmışdır.
Vurğulanmışdır
ki, Prezident İlham Əliyevin rəhbərliyi altında
ölkəmizdə həyata keçirilən məqsədyönlü
siyasətin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Ölkəmizdə
gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğuna cəlb edilmələri, ictimai-siyasi fəallıqlarının
artırılması üçün əlverişli
şərait və möhkəm hüquqi
baza yaradılmışdır.
Son 10 ildə ölkə həyatının
bütün sahələrində əldə
olunan uğurları qeyd
edən natiqlər bildirmişlər ki,
xalqımız növbəti beş ildə
də Prezident İlham
Əliyevi dövlət başçısı kimi
görmək istəyir.
Mərasimdə
iştirak edən gənclər ölkədə
bütün sahələrdə gedən inkişafdan, aparılan gənclər siyasətindən
məmnunluqlarını, qarşıdan gələn prezident seçkilərində ümummilli
lider Heydər Əliyevin layiqli
davamçısı dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəklərini bildirmişlər.
Sonda gənclər və idman idarəsi
tərəfindən rayonun ictimai-siyasi
həyatında fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyyələr
verilmişdir.
Azərbaycan. - 2013.- 4 avqust.- S. 1.