Azərbaycan Respublikası Prezidentinin seçkilərində xüsusi seçki
hesablarının açılması qaydaları haqqında
TƏLİMAT
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Mərkəzi
Bankının sədri
____________
E.S.RÜSTƏMOV
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının 18 iyun 2013-cü il tarixli
6/38 saylı Qərarı
ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri
______________ M.M.PƏNAHOV
Bu Təlimat
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində xüsusi seçki hesablarının
açılması qaydalarını müəyyən etmək
məqsədilə Azərbaycan Respublikası Seçki
Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi)
94.1-ci maddəsinə əsasən
hazırlanmışdır.
1. Ümumi
müddəalar
1.1. Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
xüsusi seçki
hesablarının açılması qaydaları Seçki Məcəlləsinin 91-ci, 190-cı
maddələri, "Banklar
haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Təlimatla
tənzimlənir.
1.2. Prezidentliyə namizədin
(bundan sonra - namizədin)
seçki fondunun
formalaşdırılması məqsədilə xüsusi seçki
hesabı açılır.
1.3. Namizədin
irəli sürülməsinə dair bildiriş və ya siyasi partiya, siyasi partiyaların blokunun
buna dair qərarı
Mərkəzi Seçki Komissiyasına təqdim
edildikdən sonra, lakin
namizədin qeydə alınması üçün
tələb olunan sənədlərin komissiyaya təqdim edilməsi gününə
azı 5 gün,
o cümlədən namizədin
qeydiyyatı üçün zəruri olan seçici
imzalarının yığılmasına azı 24 saat qalmış
xüsusi seçki
hesabı açılmalıdır.
1.4. Namizədlərin
yalnız bir xüsusi
seçki hesabı ola
bilər.
1.5. Xüsusi
seçki hesabları yalnız Azərbaycan
Respublikasının Beynəlxalq Bankında və onun filiallarında açılmalıdır.
2. Namizəd özü
və ya
seçicilərin təşəbbüs qrupu
tərəfindən irəli sürüldükdə, xüsusi seçki
hesabının açılması üçün
tələb edilən sənədlər
2.1. Namizəd və ya onun səlahiyyətli
nümayəndəsi aşağıdakı sənədləri
müvafiq banka təqdim
etməlidir:
2.1.1. xüsusi
seçki hesabının
açılması üçün ərizə;
2.1.2. xüsusi
seçki hesabının
açılması üçün
müraciət edənin şəxsiyyətini təsdiq edən
sənəd;
2.1.3. Seçki
Məcəlləsinin 53.2-ci maddəsinə uyğun
olaraq tərtib edilərək Mərkəzi
Seçki Komissiyasına təqdim olunmuş bildirişin komissiya tərəfindən
təsdiq edilmiş surəti;
2.1.4. Seçki Məcəlləsinin
53.3-cü maddəsinin tələbinə uyğun
olaraq tərtib edilmiş
və namizədliyi irəli sürülmüş
şəxsin məhkumluğunun olub-olmaması, vətəndaşlıq
vəziyyəti və başqa dövlətlər
qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident
seçiləcəyi halda, həmin
vəzifə ilə uzlaşmayan fəaliyyətinə
xitam verəcəyi barədə öhdəliyi
göstərilmiş ərizə;
2.1.5. namizədin səlahiyyətli
nümayəndəsinin notariat
qaydasında rəsmiləşdirilmiş vəkalətnaməsi
(əgər səlahiyyətli nümayəndə təyin
edilmişdirsə);
2.1.6. notariat
qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqəsi (xüsusi seçki
hesabı üzrə əməliyyat aparan
şəxsin).
Qeyd: Təlimatın
2.1.4-cü bəndində göstərilən sənəd bank tələb etdikdə təqdim edilir.
3. Namizəd siyasi partiya tərəfindən
irəli sürüldükdə, xüsusi
seçki hesabının
açılması üçün tələb
edilən sənədlər
3.1. Xüsusi
seçki hesabı açmaq
səlahiyyəti verilmiş şəxs
aşağıdakı sənədləri müvafiq
banka təqdim edir:
3.1.1. xüsusi
seçki hesabının
açılması üçün ərizə;
3.1.2. siyasi
partiyanın dövlət qeydiyyatına alınması
haqqında sənədin (şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş
surəti;
3.1.3. siyasi
partiyanın qüvvədə olan nizamnaməsinin
notariat qaydasında təsdiq edilmiş surəti;
3.1.4. namizədin irəli
sürülməsi barədə siyasi
partiyanın qurultayının (konfransının, rəhbər
orqanı iclasının) qərarı və müvafiq
iclasın protokolu;
3.1.5. Seçki Məcəlləsinin
54.8-ci maddəsinin tələbinə uyğun
olaraq tərtib edilmiş
və namizədliyi irəli sürülmüş
şəxsin məhkumluğunun olub-olmaması, vətəndaşlıq
vəziyyəti və başqa dövlətlər
qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident
seçiləcəyi halda, həmin
vəzifə ilə uzlaşmayan fəaliyyətinə
xitam verəcəyi barədə öhdəliyi
göstərilmiş razılıq ərizəsi;
3.1.6. siyasi
partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsinin vəkalətnaməsi.
3.1.7. notariat
qaydasında təsdiq edilmiş imza və möhür
nümunələri vərəqəsi.
Qeyd: Təlimatın
3.1.3-cü, 3.1.5-ci bəndlərində göstərilən sənədlər
və 3.1.4-cü bəndindəki iclas protokolu bank tələb
etdikdə təqdim edilir.
4. Namizəd siyasi partiyalar bloku tərəfindən irəli
sürüldükdə, xüsusi seçki hesabının açılması üçün tələb edilən sənədlər
4.1. Xüsusi
seçki hesabı açmaq
səlahiyyəti verilmiş şəxs
aşağıdakı sənədləri müvafiq
banka təqdim edir:
4.1.1. xüsusi
seçki hesabının
açılması üçün ərizə;
4.1.2. siyasi
partiyalar blokuna daxil olan siyasi
partiyaların qurultaylarının (konfranslarının, rəhbər
orqanı iclasının) namizəd irəli sürmək barədə
qərarları ilə birlikdə müvafiq
iclasların protokolları;
4.1.3. siyasi
partiyalar blokuna daxil olan siyasi
partiyaların nümayəndələri iclasının
(qurultayının, konfransının) siyasi
partiyaların bloku adından namizəd irəli
sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
4.1.4. Seçki Məcəlləsinin
54.8-ci maddəsinin tələbinə uyğun
olaraq tərtib edilmiş
və namizədliyi irəli sürülmüş
şəxsin məhkumluğu, vətəndaşlıq vəziyyəti,
başqa dövlətlər
qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident
seçiləcəyi halda, həmin
vəzifə ilə uzlaşmayan fəaliyyətinə
xitam verəcəyi barədə öhdəliyi
göstərilmiş razılıq ərizəsi;
4.1.5. maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndənin notariat qaydasında və ya
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
müəyyən etdiyi qaydada
təsdiq edilmiş vəkalətnaməsi.
4.1.6. notariat
qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqəsi (xüsusi seçki
hesabı üzrə əməliyyat aparan
şəxsin).
Qeyd: Təlimatın 4.1.2-ci,
4.1.3-cü bəndlərində göstərilən iclas protokolları və 4.1.4-cü bəndindəki sənəd bank
tələb etdikdə təqdim edilir.
5. Xüsusi
seçki hesablarının
açılması və seçki fondu vəsaitləri
üzərində sərəncam verilməsi
5.1. Yuxarıda göstərilən
sənədlər təqdim edildikdə, müvafiq
bank namizədə dərhal, lakin 3 gündən artıq olmayan
müddətdə xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki
hesablarına manatla köçürülür.
5.2. Xüsusi seçki hesabının vəsaitləri
üzərində sərəncam verilməsi namizədin özü, onun təyin etdiyi səlahiyyətli nümayəndə və
yaxud namizədlə
razılaşdırılmaqla onun namizədliyini
irəli sürmüş siyasi
partiya və ya siyasi partiyalar bloku tərəfindən təyin edilmiş maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə
tərəfindən həyata keçirilir.
6. Yekun
müddəalar
6.1. Bu Təlimat qüvvəyə
mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 4 iyul
2008-ci il tarixli 6/23-8
saylı qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Prezidentinin
seçkilərində xüsusi seçki hesablarının
açılması qaydaları haqqında" Təlimat
qüvvədən düşmüş hesab edilir.
Azərbaycan. - 2013.- 4 avqust.- S. 4.