Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında TƏLİMAT

 

Razılaşdırılmışdır:

 

 

 

Azərbaycan Respublikası

 

Mərkəzi Bankının sədri

 

 

 

____________ E.S.RÜSTƏMOV

 

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki

 

Komissiyasının 18 iyun 2013-cü il tarixli

 

6/39 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

Mərkəzi Seçki Komissiyasının sədri

 

 

 

______________ M.M.PƏNAHOV

 

 

 

Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fonduna vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydalarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 90-cı, 94-cü və 191-ci maddələrinə əsasən hazırlanmışdır.

 

 

 

1. Ümumi müddəalar

 

 

 

1.1. Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarına (bundan sonra - seçki fondu) vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları Seçki Məcəlləsinin 90-cı, 94-cü, 191-ci maddələri, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu  bu Təlimatla tənzimlənir.

 

1.2. Prezidentliyə namizədlərin, qeydə alınmış namizədlərin (bundan sonra - namizədlərin) fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondları yaradılır.

 

1.3. Namizədlərin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz.

 

 

 

2. Namizədlərin seçki fondunun mənbələri

 

 

 

2.1. Namizədlərin seçki fondu yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

 

2.1.1. namizədin özü tərəfindən 250 000 (iki yüz əlli min)  manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait  siyasi partiyaların, siyasi partiyaların bloklarını yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

 

2.1.2. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşların köçürdüyü vəsait 3000 (üç min) manatdan, hüquqi şəxslərin köçürdüyü vəsait 50 000 (əlli min) manatdan çox ola bilməz).

 

2.2. Namizədlərin seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:

 

2.2.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

 

2.2.2.  xarici vətəndaşlara;

 

2.2.3.  vətəndaşlığı olmayan şəxslərə;

 

2.2.4. 18 yaşına çatmamış vətəndaşlara;

 

2.2.5.  seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında yuxarıda göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;

 

2.2.6. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

 

2.2.7.   dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;

 

2.2.8.   dövlət, bələdiyyə təşkilatları və idarələrinə;

 

2.2.9.  seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

 

2.2.10. hərbi hissələrə;

 

2.2.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

 

2.2.12. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim  ianə köçürənlərə (vətəndaş üçün - soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin  ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün - vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, bunlar olduğu halda - miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).

 

 

 

3. Namizədlərin seçki fonduna ianələrin köçürülməsi və xərclənməsi qaydası

 

 

 

3.1. Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.

 

3.2. Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.

 

3.3. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçtya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.

 

3.4. Namizədlərin seçki fonduna ianələr Seçki Məcəlləsinin 90.2-ci maddəsində və bu Təlimatın 2.2-ci bəndində göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud Seçki Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank bu Təlimatın 1 saylı əlavəsində göstərilən formada Mərkəzi Seçki Komissiyasına məlumat verir.

 

3.5. Namizədlərin seçki fonduna könüllü ianələr buna hüququ olmayan fizikihüquqi şəxslərdən daxil olubsa, yaxud Seçki Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə,  ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd ianənin bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.

 

3.6. Xüsusi seçki hesabına daxil olmuş anonim ianələr daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən dövlət büdcəsinə köçürülür.

 

3.7. Göstərilən müddət ərzində anonim ianə dövlət büdcəsinə köçürülmədikdə, müvafiq bank Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə dövlət büdcəsinə köçürür.

 

3.8. Qeydə alınmış namizədlərin xüsusi seçki hesabları üzrə bütün  əməliyyatlar səsvermə günündən sonra 3 günü müddətində dayandırılır.

 

3.9. Seçki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulmuş digər hallarda Mərkəzi Seçki Komissiyasının göstərişi ilə müvafiq bank namizədlərin xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.

 

3.10. Maliyyə əməliyyatlarının aparılması müddəti Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 92.1-ci maddəsində müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:

 

3.10.1. qeydiyyatdan imtina edilənədək namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar bloklarının gördükləri işlərin dəyərinin ödənilməsi üçün;

 

3.10.2. namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri çağırılması;

 

3.10.3. öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi partiyaya, siyasi partiyaların bloklarına, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;

 

3.10.4. digər hallarda - qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna səs vermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.

 

3.11. Namizədlərin xüsusi seçki hesabında cəmləşən vəsaitlərdən yalnız namizədlərin müdafiəsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi, seçkiqabağı təşviqatla bağlı işlərin, həmçinin informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi, habelə seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər üçün istifadə edilə bilər (Təlimata 1 saylı əlavə). Bu vəsaitdən Seçki Məcəlləsinin 88.2-ci, 88.4-cü, 88.5-ci maddələrinin tələblərinin pozulması ilə həyata keçirilən təşviqat məqsədləri üçün istifadə edilməsi qadağandır.

 

 

 

4. Seçki fondunun vəsaitlərinə dair hesabat

 

 

 

4.1. Müvəkkil bank Seçki Məcəlləsində və bu Təlimatın 2.2-ci, 3.9-cu, 3.10-cu və 3.11-ci bəndlərində nəzərdə tutulan hallar barədə Mərkəzi Seçki Komissiyasına məlumat verməlidir.

 

4.2. Namizədlər Mərkəzi Seçki Komissiyasına öz maliyyə hesabatlarını (Təlimata 2 saylı əlavə) aşağıdakı növbəliklə təqdim edirlər:

 

4.2.1. birinci ilkin maliyyə hesabatı Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

 

4.2.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilən tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

 

4.2.3. yekun maliyyə hesabatı seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.

 

4.3. Namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd olmuş vətəndaşların üzərinə qoyulur.

 

4.4. Müvəkkil bank həftədə bir dəfədən az olmamaq şərtilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günü ərzində bir dəfədən az olmamaq şərtilə Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədlərin xüsusi seçki hesablarına daxil olan və xərclənən vəsaitlər barədə bu Təlimatın 1 saylı əlavəsinə uyğun formada məlumat verir.

 

 

 

5. Yekun müddəalar

 

 

 

5.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-12 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında" Təlimat qüvvədən düşmüş hesab edilir.

 

 

 

 

 

Təlimata 1 saylı əlavə

 

 

 

 

 

(Prezidentliyə namizədin, qeydə alınmış namizədin soyadı, adı, atasının adı)

 

 

 

“_____” ____________________ ________ ilə xüsusi seçki hesabı barədə

 

 

 

 

 

M Ə L U M A T

 

 

 

 

 

Xüsusi seçki hesabına daxil olan vəsaitlər

 

 

 

Sıra sayı

 

Tarix

 

Əməliyyatın məzmunu

 

 

 

 

 

Daxil olmuşdur, o cümlədən :

 

Cəmi

 

Özünün xüsusi vəsaiti

 

Siyasi partiyanın vəsaiti

 

Vətəndaşlardan daxil olmuş ianələr

 

Hüquqi şəxslərdən daxil olmuş ianələr

 

Sair daxil- olmalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd: sair daxilolmalar maddəsinin açıqlaması: _______________________________________________________

 

_______________________________________________________

 

_________________________________

 

 

 

 

 

 

 

 

 

Xüsusi seçki hesabından istifadə olunan vəsaitlər

 

 

 

 

 

Sıra sayı

 

Tarix

 

Əməliyyatın məzmunu

 

 

 

 

 

Xərclənmişdir, o cümlədən :

 

Cəmi

 

Seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlər üçün

 

Seçkiqabağı təşviqatla bağlı işlərin, habelə informasiya məşvərət xidmətlərinin dəyərinin ödənilməsi üçün

 

Seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin ödənilməsi ilə bağlı xərclər

 

Sair xərclər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Y e k u n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd: sair xərclər maddəsinin açıqlaması: ___________________________________________________________

 

___________________________________________________________

 

_________________________________

 

 

 

Bankın rəhbəri

 

 

 

Baş mühasib

 

(möhür)

 

“_____”________________ _______ il

 

Azərbaycan. - 2013.- 4 avqust.- S. 4.