Elnur Əhmədov: «Azərbaycan
muğamı çox güclü
və sehrləyici təsirə malikdir»
"Azərbaycan
muğamı çox güclü
və sehrləyici təsirə malikdir. O,
müxtəlif millətlərə mənsub olan
insanları bir yerə, bir
auditoriyaya toplamağı bacarır".
Bu sözləri Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının
iştirakçısı, əməkdar artist,
Prezident təqaüdçüsü, kamança ifaçısı Elnur
Əhmədov AzərTAc-a müsahibəsində demişdir.
Elnur Əhmədov gənc
ifaçılara belə yüksək tədbirlərdə iştirak etmək üçün
yaradılan şəraitə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban
Əliyevaya minnətdarlığını bildirmişdir.
Qədim
tarixə və zəngin mədəniyyətə malik olan Qəbələdə
dünyaya səs salan
belə bir tədbirin keçirilməsini
yüksək qiymətləndirən Elnur
Əhmədov bu mötəbər incəsənət
bayramı ilə təəssüratlarının unudulmaz olduğunu demişdir.
Bildirmişdir ki, festivalda iştirak etdiyim üçün özümü xoşbəxt hiss
edirəm. Bəlkə də bu barədə
günlərlə danışa bilərəm. Bu,
əslində, musiqinin təntənəsidir.
Festival həm də xalqlar
arasında qarşılıqlı mədəni əməkdaşlığa
çox böyük
təkandır. Bu da coğrafi baxımdan festivalın
böyüklüyündən və əhəmiyyətindən
xəbər verir.
Azərbaycan. - 2013.- 4 avqust.- S. 7.