Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələr üçün iftar süfrəsi təşkil etmişdir

 

Geniş iftar süfrələrinin təşkil edilməsi müqəddəs Ramazan ayının ən mühüm ənənələrindən biri hesab edilir.

İftar mərasimlərinə daha çox müsəlmanın qatılması Ramazanın həmrəylik, sevgi, mərhəmət və ruzi ayı olduğunu bir daha təsdiq edir.

 AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi bu ənənələrə sadiq qalaraq qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr üçün İzmir şəhərində iftar süfrəsi təşkil etmişdir.

Tədbirdə tələbələrlə yanaşı, İzmirdəki nüfuzlu universitetlərin müəllimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Azərbaycan diasporunun təmsilçiləri də iştirak etmişlər.

Çıxış edənlər tələbələrin iftar süfrəsi arxasında bir yerə toplanmasını milli-mənəvi dəyərlərimizə, təhsilə və gənclərə daim böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun növbəti nəcib təşəbbüsü kimi qiymətləndirmişlər.

Mərasimdə ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun Azərbaycanda və hüdudlarımızdan kənarda həyata keçirdiyi genişmiqyaslı layihələrin əhəmiyyəti qeyd edilmişdir.

 

Azərbaycan. - 2013.- 4 avqust.- S. 7.