Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş Şuşa
şəhəri ilə qardaşlaşmış
Macarıstanın Cöncöş şəhərində
beynəlxalq folklor festivalı keçiriləcəkdir
Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş Şuşa
şəhəri ilə qardaşlaşmış
Macarıstanın Cöncöş şəhərində
avqustun 5-dən 11-dək XIII Beynəlxalq folklor festivalı keçiriləcəkdir.
Bu ilki festivalda ev sahibləri ilə
bir sırada Serbiya, Braziliya, Gürcüstan, Panama, Polşa,
Yunanıstan, İndoneziya, Kolumbiya,
Çin və Fransadan
musiqiçilər və rəqs ansamblları
çıxış edəcəklər. Cöncöş
meriyasının dəvəti ilə bu
şəhərlə qardaşlaşma Şuşa şəhərinin mahnı və
rəqs ansamblı mötəbər musiqi
festivalında ölkəmizi təmsil edəcəkdir.
Şuşanı təmsil edəcək 25 nəfərdən
ibarət ansamblın üzvləri festival
proqramlarında və qala-konsertdə
çıxış etməklə yanaşı, Cöncöş və Budapeştdə də
konsertlər verməyi planlaşdırırlar. Eyni zamanda, onların
iştirakı ilə avqustun 10-da
Cöncöşdə "Azərbaycan gecəsi"
keçiriləcəkdir. Qardaş şəhərlər
kimi Şuşa və
Cöncöş il ərzində
bir sıra digər mədəni
proqramları da hazırlayıb həyata
keçirmək niyyətindədirlər.
Pərvanə QARAYEVA,
AzərTAc-ın
xüsusi müxbiri
Budapeşt
Azərbaycan. - 2013.- 4 avqust.- S. 8.