«Sumqayıt» EŞ Müəssisəsi ilin ilk yarısını uğurla başa vurub

 

"Sumqayıt" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi cari ilin birinci yarısını uğurla başa vurmuşdur.

Cari ilin son üç ayında 10,6 və 0,4 kilovoltluq elektrik verilişi xətti təmir olunmuş və 3,6 kilometrə yaxın kabel işlədilmişdir. Eyni zamanda 5,7 kilometrə yaxın naqil dəyişdirilmiş, 15,7 kilometrə yaxın SİP kabel xətti çəkilmiş, 12 dayaq basdırılmış, mənzillərə 1310-dan artıq sayğac quraşdırılmışdır.

Eləcə də 6 ayda müəssisə üzrə 5 milyon 468,9 min kilovat/saata yaxın itirilmiş elektrik enerjisinin 328,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.