Yarım ildə 55 min yeni iş yeri
Regionların inkişafına yönəldilən
dövlət proqramlarına
uyğun olaraq bölgələrdə həyata
keçirilən ardıcıl
tədbirlər, iri şəhərlərlə yanaşı,
kənd rayonlarında
yaradılan müxtəlif
təyinatlı istehsal
müəssisələri insanların
məşğulluq probleminin
həllində əvəzsiz
rol oynayır.
Görülən tədbirlər sayəsində yeni-yeni iş yerləri yaranır ki, bu da əhalinin
güzəranının daha
da da yaxşılaşdırılmasına
xidmət edir. Ona görə də yeni iş
yerlərinin təşkil
olunmasını dövlət
prioritet vəzifələrdən
biri kimi qarşıya qoyub.
Nazirlər Kabinetinin
2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: "İşsizliyin
aradan qaldırılması
10 il bundan əvvəl qarşıya
qoyulmuş ən əsas vəzifələrdən
biri idi. On il ərzində
1 milyon 180 min yeni iş yeri açılmışdır.
Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır.
Onlardan 45 mini daimi iş yeridir. Yəni bu proses
davam edir və bu da
təbiidir. Çünki
bizim iqtisadi siyasətlə bağlı
təşəbbüslərimiz, o cümlədən Azərbaycanda
aparılan sənayeləşmə
siyasəti, əlbəttə
ki, yeni iş yerlərinin açılmasına gətirib
çıxarır".
Yeni iş yerlərinin
sayı aydan-aya, ildən-ilə artır. Dövlət Statistika Komitəsinin məlumatına
görə, regionların
sosial-iqtisadi inkişafına
istiqamətlənmiş ikinci
Dövlət Proqramının
icrasını əhatə
edən 2009-cu ilin yanvar ayından bu ilin aprelinə
qədər ölkədə
388,9 min yeni iş yeri açılıb ki, bunların da 297 mini daimidir. İş yerləri həm yeni obyektlərdə,
həm də mövcud və fəaliyyətini bərpa
etmiş müəssisə
və təşkilatlarda
açılır.
Statkomun bildirdiyinə əsasən, bu ilin birinci rübündə
yeni iş yerlərinin 72,2 faizi regionlarda yaradılıb. Məsələn, onlardan
19,7 faizi Aran, 14,7 faizi Gəncə-Qazax, 8 faizi Abşeron, 7,9 faizi Lənkəran iqtisadi rayonlarının payına düşür.
Yeni iş yerlərinin 95,2 faizi özəl sektorda açılıb.
Birinci yarımilliyin sonunda
ölkədə iqtisadi
fəal əhalinin sayı 4720,9 min nəfər olub. Onlardan 4480,6 min nəfərini iqtisadi əmək fəaliyyəti
ilə məşğul
olanlar təşkil edib.
2013-cü il iyunun 1-i vəziyyətinə
muzdla işləyənlərin
sayı 1480 min nəfər,
o cümlədən iqtisadiyyatın
dövlət bölməsində
896,2 min nəfər, qeyri-dövlət bölməsində 583,8 min nəfər
olub. Neft sektorunda 37,3 min nəfər, qeyri-neft sektorunda isə 1442,7 min nəfər çalışıb.
Muzdla işləyənlərin
tərkibində qeyri-kənd
təsərrüfatı sahəsində
əmək fəaliyyəti
ilə məşğul
olanlar 1438,2 min nəfər təşkil edib.
Bəs məşğul
əhalinin ayrı-ayrı
sahələr üzrə
cəmləşməsi necədir? Müəssisə
və təşkilatlarda
muzdla işləyənlərin
21,8 faizi məhsul istehsalı sahələrində çalışır.
Onlardan 6,8 faizi tikintidə, 6,2 faizi emal sənayesində,
2,8 faizi kənd, meşə və balıqçılıq
təsərrüfatlarında cəmləşib. Qalan
2,5 faizi mədənçıxarma
sənayesində, 2,1 faizi
elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi
və təchizatında,
1,4 faizi su təchizatı, tullantıların
təmizlənməsi və
emalı sahəsində
məşğul olub.
İşləyənlərin 23 faizi
təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,
8,8 faizi əhaliyə
səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi
dövlət idarəetməsi
və müdafiə, sosial təminat sahələrində fəaliyyət
göstərir. 4,9 faizi
nəqliyyat və anbar təsərrüfatında,
3,9 faizi istirahət, əyləncə və incəsənət, 3,7 faizi
peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi informasiya və rabitə sahələrində
işləyir. 1,8 faizi
maliyyə və sığorta fəaliyyəti,
1,6 faizi inzibati və yardımçı
xidmətlərin göstərilməsi,
1,4 faizi turistlərin yerləşdirilməsi və
ictimai iaşə, 1 faizi digər sahələrdə və
0,8 faizi daşınmaz
əmlakla əlaqədar
əməliyyatlarda cəmlənib.
Bu il
iyulun 1-i vəziyyətinə
məşğulluq xidməti
orqanları tərəfindən
ölkə üzrə
rəsmi işsiz statusu verilmiş şəxslərin sayı
37,2 min nəfər olub. Onların 41,7 faizini qadınlar
təşkil edib. İşsizliyə görə
müavinətin orta məbləği 239,1 manat olub.
İlin əvvəlində
Azərbaycanda işsizliyin
səviyyəsi 5 faiz təşkil edirdi. 5 faiz səviyyəsində işsizlik istənilən
ölkə üçün
arzuolunan rəqəmdir.
Çünki bəzi
inkişaf etmiş ölkələrdə bu rəqəm 10-15, hətta 25 faiz səviyyəsindədir. Əlbəttə ki, bu, həmin
ölkələr üçün
ciddi sosial problemlər yaradır.
Azərbaycanda məşğulluq məsələsilə
bağlı görülən
bütün işlər
və bunu əks etdirən fakt və rəqəmlər
göstərir ki,
problem uğurla həll
olunur. Altı ayın
yekunlarına həsr olunmuş iclasda ölkə Prezidenti əmin olduğunu bildirib ki, işsizliyin
səviyyəsini göstərən
5 rəqəmi ilin sonuna qədər daha da azalacaq.
Flora SADIQLI
Azərbaycan.
- 2013.- 3 avqust.- S. 5.