Qəbələdə
su-kanalizasiya sisteminin yenidən qurulması davam edir
Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə davam edir.
Layihəyə uyğun olaraq, suötürücü
qovşaq, su anbarları tikilmiş, anbarlararası boru xətləri çəkilmiş,
subartezian quyuları qazılmışdır.
Qəbələnin şimalındakı Dəmiraparan çayının
sahilində suqəbuledici
kompleks - hər birinin tutumu 1000 kubmetr olan iki
su anbarı, xlorator qurğusu və laboratoriya binasının inşası
başa çatdırılmışdır.
Gələcəkdə
5 quyudan saniyədə
62,5 litr su çıxarılacaq ki, bu da
istehlakçıların tələbatını
tam ödəməyə imkan
verəcək. Podratçı şirkət suyun əhaliyə öz axarı ilə verilməsini təmin etmək üçün hündür yerlərdə
6 yeni anbar inşa edir.
Hazırda "Qəbələ
şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən
qurulması" layihəsinin ikinci mərhələsi
həyata keçirilir. Bu
günlər şəhərin Sahil
küçəsində plastik borularla 2.500 poqon/metr kanalizasiya xəttinin
çəkilişi, 2 subartezian quyusunun qazılması işləri başa çatmışdır. "Qaraçay", "Duruca"
su mənbələrində yerləşən
anbarlar lil və qumdan təmizlənmiş, cari
təmir işləri görülmüşdür.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.