İranın yeni
Prezidenti parlamentdə
and içmişdir
Avqustun
4-də İranın yeni
Prezidenti Həsən Ruhani İran İslam Şurası Məclisində and içmişdir.
Müxtəlif ölkələrdən
dövlət, hökumət
və parlament başçılarının iştirakı
ilə keçirilmiş
mərasimdə Azərbaycan
Respublikasını Milli
Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti
təmsil etmişdir.
Parlamentdə çıxış
edən H.Ruhani fəaliyyət proqramının
istiqamətlərini açıqlamışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 6 avqust.- S.1.