Azərbaycan nümayəndə
heyəti İran Prezidenti
ilə görüşmüşdür
Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti
İranın yeni Prezidenti
Həsən Ruhaninin andiçmə mərasimində
iştirak etmək üçün
Tehrana səfər etmişdir.
Səfər çərçivəsində
nümayəndə heyətimiz Prezident Həsən
Ruhani ilə görüşmüşdür.
Nümayəndə heyətimizi
səmimiyyətlə salamlayan H.Ruhani onun hərarətli
salamlarını və xoş
arzularını Azərbaycan Prezidenti İlham Əliyevə
çatdırmağı xahiş etmişdir. Andiçmə mərasimində
iştiraka görə, Azərbaycan tərəfinə
minnətdarlığını ifadə edən İran Prezidenti qeyd etmişdir ki, onun dövləti bütün məqamlarda Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləmiş
və münaqişənin Azərbaycanın suveren
sərhəd hüquqlarının qorunması çərçivəsində
həlli istiqamətində bundan sonra da səylər
göstərməyə hazır olacaqdır.
Azərbaycana səfərləri
ilə bağlı xatirələrindən bəhs edən İran Prezidenti ulu öndər Heydər Əliyevi müdrik siyasi lider kimi səciyyələndirərək
demişdir: "Azərbaycan sürətlə
inkişaf edir. Çox məmnunam ki, Heydər
Əliyevin müəyyən etdiyi siyasət
Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir".
İranda Azərbaycan
nümayəndə heyətinə göstərilən diqqətə
və səmimi qonaqpərvərliyə görə minnətdarlığını
bildirən O.Əsədov H.Ruhanini seçkilərdə qələbə
qazanması münasibətilə təbrik etmiş,
Prezident İlham
Əliyevin səmimi salamlarını və təbrikini
çatdırmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllində
İranın imkanlarını diqqətə çatdıran Milli Məclisin Sədri ümidvar
olduğunu bildirmişdir
ki, H.Ruhani
münaqişənin nizamlanmasında ciddi
səylər göstərəcəkdir.
İran Prezidentinin andiçmə mərasimindəki
çıxışında dövlətlərin ərazi
bütövlüyünə və suverenliyinə hörmətlə
yanaşdığına yer
ayırmasını yüksək qiymətləndirən Azərbaycan
parlamentinin rəhbəri, həmçinin
ulu öndər Heydər Əliyev barədə
xoş ifadələrinə və səmimi sözlərinə
görə də Həsən Ruhaniyə minnətdarlığını
ifadə etmişdir.
Səmimilik şəraitində
başa çatan
görüşdə İran-Azərbaycan münasibətlərinin
ayrı-ayrı istiqamətlərinə dair
səmərəli fikir mübadiləsi
aparılmışdır.
Səfər avqustun 5-də başa
çatmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 6 avqust.- S.1.