Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında TƏLİMAT

 

Razılaşdırılmışdır:

 

 

Azərbaycan Respublikası

 

Mərkəzi Bankının sədri

 

 

 

____________ E.S.RÜSTƏMOV

 

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki

 

Komissiyasının 18 iyun 2013-cü il tarixli    

 

6/40 saylı qərarı ilə təsdiq edilmişdir.

 

Mərkəzi Seçki Komissiyasının sədri

 

 

 

______________ M.M.PƏNAHOV

 

 

 

Bu Təlimat Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsinin dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilməsi, bu məqsədlə ayrılmış vəsaitlər üzərində seçki komissiyalarının sərəncam verməsi, vəsaitlərdən istifadə haqqında hesabatların təqdim olunması qaydalarını müəyyənləşdirir.

 

 1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Prezidenti seçkilərinin (bundan sonra - seçkilərin) hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi və həmin vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 89-cu, 96-cı, 97-ci maddələri, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunubu Təlimatla tənzimlənir.

 

1.2. Seçkilərin  hazırlanması və keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi xərcləri  dövlət büdcəsi hesabına həyata keçirilir.

 

1.3. Maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq seçki komissiyasının nəzarət-təftiş xidməti nəzarət edir.

 

1.4. Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu seçki komissiyaları tərəfindən aparılır.

 

2. Maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi

 

2.1.  Seçkilərin hazırlanması və keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi üçün ayrılmış maliyyə vəsaitləri dövlət büdcəsindən qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) bank hesabına köçürülür.

 

2.2. Mərkəzi Seçki Komissiyasına daxil olmuş pul vəsaitləri səsvermə gününə ən geci 35 gün qalmış  dairə seçki komissiyalarına köçürülür, onlar isə öz növbəsində bu vəsaiti səsvermə gününə ən geci 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürür.

 

2.3. Pul vəsaitləri seçki komissiyaları arasında onların əhatə etdiyi hər bir ərazinin inzibati, demoqrafiksosial-iqtisadi göstəriciləri, coğrafi mövqeyiiqlim şəraiti nəzərə alınmaqla bölüşdürülür.

 

2.4. Seçki komissiyalarının sədrləri müvafiq seçki komissiyalarına ayrılmış pul vəsaitlərinin sərəncamçılarıdırlar.

 

2.5. Seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi ilə əlaqədar məsələlərin komissiyaların iclasında müzakirə edilməsi, maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün müvafiq seçki komissiyasının sədri şəxsən məsuliyyət daşıyır.

 

2.6. Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti seçki günündən ən geci 60 gün keçənədək dairə və məntəqə seçki komissiyalarının hesabından Mərkəzi Seçki Komissiyasının hesabına köçürülüronun hesabında qalır. Bu vəsaitlər üzrə əməliyyatlar Azərbaycan Respublikasının "Büdcə sistemi haqqında" Qanununun 19.5-ci maddəsinin tələbləri gözlənilməklə həyata keçirilir.

 

3. Maliyyə vəsaitlərinin uçotu, maliyyə hesabatlarının (məlumatının) hazırlanması və təqdim edilməsi

 

3.1. Seçkilərin hazırlanması və keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarına ayrılmış büdcə vəsaitinin uçotu Mərkəzi Seçki Komissiyası  tərəfindən   maliyyə   hesabatı   formalarına  uyğun  olaraq  ayrı-ayrılıqda aparılır.

 

3.2. Dairə seçki komissiyaları dairə və məntəqə seçki komissiyalarının seçkilərlə bağlı təsdiq olunmuş smetalarına uyğun surətdə həyata keçirilmiş xərclərin icrasının uçotunu hər bir xərc maddəsi üzrə aparır.

 

3.3. Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının maliyyə hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 15 iyul 1998-ci il tarixli İ-62 saylı əmri ilə təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur.

 

3.4. Məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq, maliyyə hesabatı təqdim edir. Hesabat komissiyanın iclasında müzakirə edildikdən sonra məntəqə seçki komissiyasının sədri tərəfindən təsdiq edilir.

 

3.5. Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq, maliyyə hesabatı təqdim edir. Hesabat komissiyanın iclasında müzakirə edildikdən sonra dairə seçki komissiyasının sədri tərəfindən təsdiq edilir.

 

3.6. Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərc edildiyi tarixdən başlayaraq 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq, məntəqə seçki komissiyalarının icmal hesabatlarını və dairə seçki komissiyasının hesabatlarını komissiyanın sədri və yerli xəzinədarlıq idarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmaqla, Mərkəzi Seçki Komissiyasına təqdim edir.

 

3.7. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə və kütləvi informasiya vasitələrinə büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarının vəsaitinin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı və məlumatlar Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir.

 

4. Yekun müddəalar

 

4.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-9 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında" Təlimat qüvvədən düşmüş hesab edilir.

 

 

 

Təlimata 1 saylı əlavə

 

 

 

Azərbaycan Respublikasının Prezidenti  seçkilərinin keçirilməsi ilə bağlı

 

______________________________

 

(hesabatı təqdim edən seçki komissiyasının adı)

 

 

 

seçki komissiyası xərclərinin

 

 

 

malİyyə  HESABATI

 

           (manatla)                                 

 

 

 

Xərclərin iqtisadi təsnifatı

 

Smeta üzrə təsdiq edilib

 

Maliyyələşmə

 

Xərc

 

Qalıq

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

 

Xərclərin cəmi:

 

 

o cümlədən:

 

 

 

210000

 

Əməyin ödənişi

 

 

211000

 

Əmək haqqı

 

 

211100

 

Ştatda olan işçilərin əmək haqqı

 

 

 

 

211200

 

Ştatdankənar işçilərin əmək haqqı

 

 

 

211300

 

Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri

 

 

 

212000

 

Əmək haqqına üstəlik

 

 

212100

 

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

 

 

220000

 

Malların (işlərin və xidmətlərin) satınalınması

 

 

 

221000

 

İdarənin saxlanılması

 

 

 

221100

 

Dəftərxana və təsərrüfat xərcləri

 

 

222000

 

Ezamiyyə xərcləri

 

 

 

 

 

 

 

 

 

222100

 

Ölkədaxili ezamiyyələr

 

 

223000

 

Nəqliyyat xidmətləri haqqının ödənilməsi

 

 

 

223100

 

Yanacaqsürtkü materialları

 

 

 

223200

 

Digər nəqliyyat xidmətləri

 

 

224000

 

Kommunalkommunikasiya xidmətlərinin ödənilməsi

 

 

 

224100

 

Elektrik enerjisi haqqının ödənilməsi

 

 

224200

 

Qaz haqqının ödənilməsi

 

 

224300

 

Su haqqının ödənilməsi

 

 

224400

 

İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi

 

 

 

224500

 

Kanalizasiya xidmətləri haqqının ödənilməsi

 

 

224600

 

Digər kommunal xidmətləri haqqının ödənilməsi

 

 

224700

 

Kommunalkommunikasiya xidmətləri ilə bağlı digər xərclər

 

 

224800

 

Telefon danışıq haqlarının ödənilməsi

 

 

224810

 

Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi

 

 

282000

 

Sair müxtəlif xərclər

 

 

282100

 

Sair xərclər

 

 

282300

 

Bank xərcləri

 

 

Müvafiq seçki

 

komissiyasının sədri:    ______________        ___________________________

 

                                                 (imza)                                  (inisialı və soyadı)    

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

 

LİNKLƏR

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 3.