Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarında qalan
pul vəsaitlərinin geri
qaytarılması, ödənişsiz efir
vaxtı və dövri nəşrlərdə
dərc yerinin ödənilməsi
qaydaları haqqında TƏLİMAT
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Mərkəzi
Bankının sədri
____________
E.S.RÜSTƏMOV
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının 18 iyun 2013-cü il tarixli
6/41 saylı qərarı
ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri
______________ M.M.PƏNAHOV
Bu Təlimat
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində seçki
fondlarında qalan pul
vəsaitlərinin geri qaytarılması,
habelə saçkiqabağı təşviqat məqsədilə
ayrılmış ödənişsiz efir
vaxtı və dövri nəşrlərdə
dərc yerinin ödənilməsi
qaydalarını müəyyən etmək məqsədilə
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi) 94.1-ci maddəsinə
əsasən hazırlanmışdır.
1. Namizədlərin seçki fondlarında qalan
pul vəsaitlərinin geri
qaytarılması qaydaları
1.1. Seçki fondlarında qalan pul vəsaitlərinin
geri qaytarılması və
seçkiqabağı təşviqat məqsədilə
ayrılmış ödənişsiz efir
vaxtı və dövri nəşrlərdə
dərc yerinin ödənilməsi
qaydaları Seçki Məcəlləsinin
90.5-ci, 90.7-ci, 195-ci, 196-cı və 197-ci maddələri və bu Təlimatla
müəyyən edilir.
1.2. Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasında (bundan sonra
- Mərkəzi Seçki Komissiyası)
qeydə alınmamış prezidentliyə namizəd maliyyə
hesabatı təqdim edilənədək seçki
fondunun xərclənməmiş pul vəsaitlərini köçürülən
ianələrin məbləğlərinin proporsional
nisbətinə uyğun
olaraq ianəçi vətəndaşlara
və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış
namizəd bu hüquqdan
istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət büdcəsinə köçürülür.
1.3. Namizədlərin
seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini Mərkəzi Seçki
Komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə
günündən 60 gün keçdikdən
sonra onun
hesabına köçürməlidir.
1.4. Namizəd öz statusunu itirdikdə
namizədlərin üzərinə qoyulmuş
öhdəliklər namizəd, qeydə alınmış namizəd
sayılmış vətəndaşın üzərinə qoyulur.
2. Seçkiqabağı təşviqat
üçün ayrılmış ödənişsiz
efir vaxtı və dövri
nəşrlərdə dərc yerinin
ödənilməsi qaydaları
2.1. Prezidentliyə
qeydə alınmış namizədlər (bundan
sonra - namizədlər) təsisçiləri
dövlət orqanları, təşkilatları, idarələri
olan və ya dövlət
büdcəsindən maliyyələşdirilən, verilişləri
Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna
(həmçinin azına) yayımlanan ictimai teleradio verilişləri
təşkilatlarına, o cümlədən
onların müvafiq
bölmələrinə və dövri nəşrlərin
redaksiyalarına müvafiq olaraq
pulsuz efir
vaxtının və dövri nəşrlərdə
ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Mərkəzi Seçki
Komissiyası Prezident seçkilərinin nəticələrinin
rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində
həmin namizədlərin adlarını, onların
ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və
dövri nəşrdə
ayrılmış yerin dəyərinin
ödənilməsi barədə bildirişlərin təsdiq
edilmiş surətlərini müvafiq teleradio
verilişləri təşkilatlarına və dövri
nəşrlərin redaksiyalarına göndərir.
2.2. Bu Təlimatın 2.1-ci bəndində
göstərilən teleradio verilişləri
təşkilatları və dövri nəşrlərin
redaksiyaları Prezident seçkilərinin
nəticələrinin rəsmi dərc edildiyi
gündən sonra 10 gün
müddətində prezidentliyə namizədlərə istifadə
edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında,
özlərinin hüquqi ünvanı və
bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.
2.3. Pulsuz efir
vaxtının və dövri nəşrdə
ayrılmış yerin dəyəri namizədlərə
verilmiş efir
vaxtının və dövri nəşrdə
ayrılmış yerin ümumi
həcminin teleradio verilişləri təşkilatlarının
və dövri nəşrlərin
redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri
nəşrdə yerin qiymətinə
vurulması yolu ilə müəyyən edilir.
2.4. Namizədlər
təşviqat tədbirlərinin (müzakirələrin,
"dəyirmi masa"ların və s.)
birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından
istifadə etdikdə, hər bir namizədin
qaytardığı pul vəsaitinin həcmi
teleradio verilişləri təşkilatları
tərəfindən onların iştirak
etdikləri birgə təşviqat tədbirlərinin hər
birinin iştirakçılarının ümumi sayına proporsional
olaraq bərabər bölünməsi yolu ilə müəyyənləşdirilir.
2.5. Namizədlər püşkatma keçirildikdən sonra pulsuz efir
vaxtından imtina etdikdə və bu barədə efirə çıxmağa 2 gün qalmış müvafiq
teleradio təşkilatlarına məlumat
verdikdə, ayrılmış pulsuz efir vaxtının dəyəri ödənilmir.
2.6. İctimai teleradio təşkilatı və dövri
nəşrlərin redaksiyaları səsvermə günündən
başlayaraq 12 ay
müddətində Mərkəzi Seçki
Komissiyasına pulsuz efir
vaxtının və dövri nəşrdə
ayrılmış yerin dəyərini tam ödəməmiş namizədlər
haqqında məlumat verirlər.
2.7. İctimai teleradio təşkilatına və dövri
nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri
nəşrdə ayrılmış yerin dəyərinin
ödənilməsinədək seçki
fonduna ianə
köçürmüş vətəndaşlara
və hüquqi şəxslərə seçki fondlarının xərclənməmiş
pul
vəsaitlərinin qaytarılması qadağandır.
2.8. Seçki fondunda
pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda, verilmiş pulsuz efir vaxtının və dövri
nəşrdə ayrılmış yerin dəyərinin
ödənilməsi namizədliyi irəli sürülmüş
(və ya qeydə alınmış) vətəndaşın
öz vəsaiti hesabına həyata keçirilir.
3. Yekun
müddəalar
3.1. Bu Təlimat qüvvəyə
mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 4 iyul
2008-ci il tarixli 6/23-10
saylı qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Prezidentinin
seçkilərində prezidentliyə namizədlərin, qeydə
alınmış prezidentliyə namizədlərin aldıqları
pul vəsaitlərinin geri
qaytarılması qaydaları haqqında" Təlimat
qüvvədən düşmüş hesab edilir.
Azərbaycan. - 2013.- 6 avqust.- S. 3.