Azərbaycan Respublikası
Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri,
mülkiyyəti və əmlakları barədə məlumatların
təqdim edilməsi QAYDALARI
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/42 saylı qərarı
ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasının Prezidentliyinə namizədin gəlirlərinin
miqdarı, mənbələri, mülkiyyəti və əmlakları
barədə məlumatın təqdim edilməsi Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi) 58.1-ci,
58.1.4-cü, 58.1.5-ci və 58.3-cü maddələrinə və bu
Qaydalara uyğun olaraq həyata keçirilir.
1. Ümumi
müddəalar
1.1. Namizədin
qeydə alınması üçün
namizəd və ya onun
səlahiyyətli nümayəndəsi, siyasi
partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsi
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına (bundan sonra
- Mərkəzi Seçki Komissiyası) müvafiq sənədlərlə birlikdə
namizədin gəlirlərinin miqdarı, mənbələri
və mülkiyyət hüququ əsasında
ona məxsus əmlak haqqında məlumatlar
təqdim etməlidir (Seçki Məcəlləsinə
5 saylı, bu Qaydalara
1 və 2 saylı əlavələr).
1.2. Həmin məlumatlar
seçkilərin təyin edildiyi gündən
əvvəlki birillik dövrü
əhatə etməlidir. Eyni zamanda, bu məlumata gəlirlərin
alındığı təşkilatlardan və fiziki şəxslərdən həmin gəlirlərin
cəmi barədə arayışlar əlavə olunur.
2. Bu Qaydalarda istifadə edilən
anlayışların izahı
2.1. Əsas iş yerindən əməkhaqqı dedikdə,
vətəndaşlar tərəfindən mülkiyyət
formasından asılı olmayaraq hüquqi şəxslərlə (müəssisə,
idarə, təşkilat və s.)
bağlanmış əmək müqavilələrinə (kontraktlara) əsasən konkret
ixtisas, dərəcə və vəzifə
üzrə işlərin yerinə yetirilməsi, yaxud sahibkarlıq fəaliyyəti subyektləri
(fərdi sahibkar, kəndli-fermer təsərrüfatı,
kooperativ və
s.) ictimai və ya dini təşkilatlarda,
vəkillik fəaliyyəti, xidməti və ya
tədrislə əlaqədar əmək funksiyalarının
yerinə yetirilməsinə görə ödənişlər
başa düşülür.
2.2. Mükafat və maddi yardım dedikdə, il
ərzində işin yekununa
görə mükafat, xidmət illərinə
görə mükafat, birdəfəlik xarakter daşıyan əlavə
mükafatların bütün növləri,
yubiley və bayram
günləri, doğum günləri ilə
bağlı və digər oxşar hallarda verilən həvəsləndirici
ödənişlər, əmək funksiyalarının yerinə
yetirilməsinə görə digər mükafatlar
və bütün növlərdən olan maddi yardımlar başa düşülür.
2.3. Mülki-hüquqi
müqavilələrdən əldə olunan
gəlirlər dedikdə, bağışlama, dəyişdirmə,
vəzifənin icrası ilə əlaqədar olmayan
işlərin (birdəfəlik və əvəzçilik
üzrə) yerinə yetirilməsindən əldə edilən
gəlirlər hesab
edilir.
2.4. Sahibkarlıq
fəaliyyətindən əldə olunan gəlirlər
dedikdə, Azərbaycan Respublikasının mövcud
qanunvericiliyi ilə nəzərdə tutulan və qanunla qadağan edilməyən fəaliyyət
növlərindən əldə edilmiş
gəlirlər (sahibkarlıqla məşğul olan fiziki şəxs
(şəxslər) tərəfindən ilin
yekununa görə, vergi
orqanlarına təqdim edilmiş bəyannamədə
göstərilən gəlirlər) başa
düşülür.
2.5. Qeyri-sahibkarlıq
fəaliyyətindən əldə edilən gəlirlər
dedikdə, aşağıda göstərilənlər də daxil olmaqla, muzdlu işlə əlaqədar və ya sahibkarlıq fəaliyyətindən əldə
olunan gəlirlərdən başqa,
aşağıdakı digər gəlirlər başa
düşülür:
2.5.1. banklardan
və kredit idarələrindən
alınmış faizlər;
2.5.2. dividentlər;
2.5.3. müəlliflik
haqqı;
2.5.4. royalti;
2.5.5. qiymətli
kağızlar üzrə əməliyyatlardan əldə edilən
gəlirlər;
2.5.6.
bağışlanmış borcun məbləği;
2.5.7. əmlakın icarəyə
verilməsindən əldə edilən gəlirlər;
2.5.8. həyatın
yığım sığortası üzrə gəlirlər;
2.5.9. ailə üzvü olmayan şəxslərdən
alınan hədiyyələr və maddi
yardımlar;
2.5.10. alınmış miraslar;
2.5.11. lotereya
uduşları;
2.5.12. birgə gəlirlər
(ər-arvadın birgə nikah
dövründə əldə etdikləri əmlak və digər
gəlirlər, ümumi birgə
mülkiyyətdə olan əmlak və s.);
2.5.13. qanunla
qadağan edilməyən digər gəlirlər.
2.6. Əmlak və
mülkiyyət haqqında məlumatlar əmlakın və
mülkiyyət hüququnun
qeydiyyatını həyata keçirən müvafiq
orqanlardan alınmış
arayışlarla təsdiq olunur.
3. Yekun
müddəalar
3.1. Bu Təlimat qüvvəyə
mindiyi gündən Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-11 saylı qərarı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Prezidentliyinə namizədin gəlirlərinin
miqdarı, mənbələri, mülkiyyəti və əmlakları
barədə məlumatın təqdim edilməsi
Qaydası" qüvvədən düşmüş
hesab edilir.
Qaydaya 1 saylı əlavə
Namizədin gəlirlərinin
miqdarı və mənbələri haqqında
M
Ə L U M A T
___________________________________________________________________________________________
[(namizədin soyadı,
adı, atasının
adı, doğum tarixi,
__________________________________________________________________________________________________
əsas iş və ya xidmət yeri, tutduğu vəzifə,
___________________________________________________________________________________________
(bu olmadıqda
- məşğuliyyəti),
___________________________________________________________________________________________
(yaşayış yerinin ünvanı)]
Vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi
(VÖEN)_____________________________________________________
(sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan doldurur)
Məlumatın əhatə etdiyi dövr:
“______”_______________________20___ ildən
“______”_______________________20___
ilədək
Dövrlər
Gəlirlərin mənbələri
il, ay
əsas iş yerindən əmək haqqı
mükafat və maddi yardım
mülki-hüquqi
müqavilələrdən gəlirlər
sahibkarlıq fəaliyyətindən gəlirlər
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər
cəmi
1
2
3
4
5
6
7
20___
il
20___
il
CƏMİ
Gəlirlərim barədə təqdim etdiyim məlumatın
düzgünlüyünü
təsdiq edirəm:
__________________
(namizədin imzası)
__________________________________
(tarix)
Qaydaya 2 saylı əlavə (Seçki Məcəlləsinə
5 saylı əlavə)
ƏMLAK
BARƏSİNDƏ MƏLUMAT
Mən, Azərbaycan Respublikası
Prezidentliyinə namizəd_______________________________________________
___________________________________________________________________________________________
(namizədin soyadı,
adı, atasının
adı, doğum tarixi)
__________________________________________________________________________________________________
(əsas iş
və ya xidmət yeri, tutduğu vəzifə)
___________________________________________________________________________________________
(bu olmadıqda
- məşğuliyyəti)
___________________________________________________________________________________________
(yaşayış yerinin ünvanı)
mənə xüsusi mülkiyyət hüququ əsasında (o
cümlədən ümumi
mülkiyyət hüququ
əsasında) məxsus
olan əmlakım haqqında məlumat verirəm:
Daşınmaz əmlak
sıra sayı
əmlakın
növü və adı
ölçü
vahidi
sahə
əmlakın
olduğu yer
1
torpaq sahəsi
ha
2
yaşayış
sahəsi
kv.m.
3
Mənzillər
kv.m
4
bağlar
kv.m
5
qaraj və digər bina, tikili, avadanlıq
kv.m
Nəqliyyat vasitələri
sıra sayı
nəqliyyat vasitəsinin növü
say
marka
1
minik avtomobili
2
yük avtomobili
3
digər nəqliyyat vasitəsi
Əmlakım haqqında təqdim etdiyim məlumatın
düzgünlüyünü
təsdiq edirəm:
______________________________
(namizədin
imzası)
__________________________________
(tarix)
QƏZETİN
BUGÜNKÜ NÖMRƏSİ
LİNKLƏR
Azərbaycan. - 2013.- 6 avqust.- S. 3.