Mərkəzi Seçki
Komissiyası bölgələrdə seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslara
başlamışdır
Avqustun 5-də
Mərkəzi Seçki Komissiyası (MSK) Gəncədə Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" 2006-cı
il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il
27 dekabr tarixli sərəncamlarının icrası ilə əlaqədar
seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslara
başlamışdır.
Gəncədəki
37 saylı Nizami I və 38 saylı Nizami II, 39 saylı Kəpəz
I və 40 saylı Kəpəz II seçki dairələri
dairə seçki komissiyaları üzvlərinin və məntəqə
seçki komissiyaları sədrlərinin iştirakı ilə
keçirilən kurslarda şəhər icra hakimiyyətinin məsul
işçiləri Şahlar Qocayev, MSK-nın nümayəndələri
Baxşeiş Əsgərov və Fərhad Eminbəyli, Kəpəz
Rayon Məhkəməsinin hakimi Nuru Quliyev, rayon icra hakimiyyətinin
ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Vasif
Əliyev "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın
aparılmasına şərait yaradılması, bildirişlərin
seçicilərə çatdırılması və s. bu
kimi istiqamətlərdə yerli icra və bələdiyyə
qurumlarının rolu və onların seçki
komissiyaları ilə qarşılıqlı əlaqələrinin
qurulması", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları,
aşağı seçki komissiyaları və məhkəmələr
tərəfindən seçki hüququnun qorunması mexanizmləri",
"Seçici siyahıları ilə iş qaydası" və
" Seçki prosesində KİV-lərin rolu, yerli və
xarici müşahidəçilərin hüquq və vəzifələri"
mövzularında məruzələrlə
çıxış etmişlər.
Məruzəçilər
qeyd etmişlər ki, ildən-ilə təkmilləşən
seçki prosesi zamanı ölkəmizdə uğurlu nailiyyətlərə
imza atılır. Artıq vətəndaşlar öz
hüquqlarından istifadə edərək qanunlarla idarə
olunan seçki prosesində fəallıq göstərirlər.
Şəffaf və demokratik yolla keçən seçkilərdə
öz vətəndaş hüquqlarından istifadə edirlər.
Bildirilmişdir
ki, qarşıdan gələn prezident seçkilərinə
hazırlıq məqsədi ilə təşkil olunmuş bu
kurslar Avropanın bir hissəsi olan Azərbaycanda seçkilərin
beynəlxalq standartlara uyğun, yüksək səviyyədə
keçirilməsində mühüm əhəmiyyət
daşıyır.
Natiqlər onu da vurğulamışlar ki, əvvəlki
seçkilərdə olduğu kimi, növbəti prezident
seçkilərində də obyektivliyin təmin olunması məqsədi
ilə bütün imkanlar yaradılmışdır. Bunun
üçün dairə seçki komissiyaları sədrlərinin
seçki hüquqları barədə kifayət qədər
bilik və təcrübələri vardır.
Seçki
prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə
həyata keçirilməsinin vacibliyini vurğulayan məruzəçilər,
dairə seçki komissiyaları üzvlərinin məntəqə seçki
komissiyalarında maarifləndirmə istiqamətində zəruri
işlər aparmalarının zəruriliyindən də
danışmışlar.
Seçki prosesində mənfi hallara qarşı
mümkün olan bütün işlərin görülməsinin
vacibliyi qeyd edilmişdir.
Mərkəzi Seçki
Komissiyasının təşkil etdiyi
ixtisaslaşdırılmış kurslar 98 saylı Şəmkir
şəhər, 99 saylı Şəmkir kənd və 100
saylı Şəmkir-Daşkəsən seçki dairələri
dairə seçki komissiyalarında da uğurla
başlanmışdır. Kurslarda müxtəlif
mövzularda çıxış edən rayon icra hakimiyyətinin
ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Abdulla
Sadıqov, rayon polis şöbəsinin rəis müavini
İqbal Əliyev ölkəmizin əlamətdar hadisə -
prezident seçkiləri qarşısında olduğunu qeyd
etmişlər. Bildirilmişdir ki, bu məsul
kampaniyanın qanunvericiliyə uyğun keçirilməsi
üçün hər bir Azərbaycan vətəndaşının
qarşısında məsul vəzifələr durur. İstər
dairə seçki komissiyalarında, istərsə də
seçki məntəqələrində bu məsul işə
ciddi yanaşılmalı, Azərbaycanın beynəlxalq
imicinin qorunması üçün hər kəs üzərinə
düşən işin öhdəsindən layiqincə gəlməlidir.
Avqustun 5-də
96 saylı Göranboy-Naftalan və 97 saylı
Goranboy-Ağdam-Tərtər seçki dairələri dairə
seçki komissiyalarında keçirilən
ixtisaslaşdırılmış kurslarda da bir çox məsələlərə
aydınlıq gətirilmiş, seçkilərin şəffaf
və demokratik keçirilməsi üçün maraqlı
fikirlər səsləndirilmişdir.
Mərkəzi
Seçki Komissiyasının məsul işçisi Samir
Tağıyev, rayon polis şöbəsinin rəisi Məhəmməd
Məmmədov dairə seçki komissiyası üzvlərinin,
eləcə də seçki məntəqələrinin sədrləri
qarşısında çıxış edərək
milyonlarla Azərbaycan vətəndaşının
iştirak edəcəyi seçkilərin yüksək səviyyədə
keçirilməsi üçün ölkədə hər
bir şəraitin yaradıldığını qeyd etmiş,
hər bir seçicinin hüquqlarının qorunması
istiqamətində görülən işlərdən
danışmışlar. Artıq Azərbaycanda
seçki prosesinin demokratik əsaslarla keçirilməsi
üçün bütün qanunverici aktların olduğunu
diqqətə çatdıran məruzəçilər onu da
əlavə etmişlər ki, seçki prosesi zamanı hər
bir seçiciyə hörmətlə yanaşılmalı,
onun azad və istəyinə uyğun səs verməsi
üçün lazımi şərait
yaradılmalıdır.
Gədəbəydə
keçirilən ixtisaslaşdırılmış kurslarda da
maraqlı fikirlər səsləndirilmişdir. 103 saylı Gədəbəy
və 104 saylı Gədəbəy-Tovuz seçki dairələri
dairə seçki komissiyalarının binalarında
keçirilən kurslarda çıxış edən
MSK-nın məsul işçiləri Şahin
Əsədov və Əziz Məhərrəmov, rayon prokuroru
Allahverdi Səfərov, rayon məhkəməsinin sədri
Vahid Sadıqov, rayon polis şöbəsinin rəisi Məhərrəm
Quliyev və rayon icra hakimiyyətinin məsul işçisi
Nizaməddin Quliyev seçki prosesi ilə bağlı
qarşıda duran vəzifələrdən
danışmış və bildirmişlər ki, Azərbaycan
müstəqillik qazandıqdan sonra ən sürətlə
inkişaf edən ölkələr sırasına
çıxmışdır. İqtisadiyyatımız gündən-günə
inkişaf etmiş, elm, təhsil, səhiyyə və digər
sahələrdə misli görünməmiş nailiyyətlər
qazanılmışdır. İndi respublikamız dünya
birliyi ölkələri sırasında uğurlu addımlarla
irəliləyir. Söz yox ki, bütün bu uğurlar insanların şüurunda da
inkişaf meyilləri yaratmışdır. Xüsusilə
ölkəmizin seçki prosesində demokratik meyillər ildən-ilə
genişlənməkdədir. Bunu ötən seçkilərdə
qazanılan uğurlar da bir daha təsdiq edir. Lakin əldə
olunmuş nailiyyətlər işin
başlanğıcıdır. Ona görə də
qarşıdan gələn prezident seçkilərində hər
bir seçicinin öz iradəsini ifadə etməsi
üçün şəffaf şərait yaradılmalı,
onların seçki məntəqələrinə gələrək
sərbəst şəkildə istədikləri namizədə
səs vermələri təmin olunmalıdır.
102 saylı
Samux-Şəmkir seçki dairəsi dairə seçki
komissiyasında keçirilən kurslarda çıxış
edən MSK-nın məsul işçiləri Tofiq Həsənov
və Fərid Orucov, eləcə də rayon məhkəməsinin
sədri Nizami Hümbətov ölkəmizin böyük
sınaq qarşısında olduğunu qeyd etmiş və bu məsul
kampaniyaya - prezident seçkilərinə ciddi hazırlıq
görüldüyünü diqqətə
çatdırmışlar. Bildirilmişdir ki, seçkilərin
azad və demokratik keçirilməsi üçün
qanunvericiliyin bütün müddəalarına əməl
olunmalıdır. Səsvermə prosesi zamanı heç bir
seçicinin arzu və istəyinə müdaxilə etmək
olmaz. Seçki prosesi zamanı qanunvericiliyin tələblərinin
pozulması hallarına qarşı tədbirlər
görülməlidir.
Kurslarda
iştirakçıların suallarına da aydınlıq gətirilmişdir.
Mərkəzi Seçki
Komissiyasının aşağı seçki
komissiyalarının üzvləri üçün
keçirdiyi kurslar avqustun 6-da davam edəcəkdir.
* * *
Avqustun 5-də
Şəki-Zaqatala bölgəsi rayonlarında fəaliyyət
göstərən seçki dairələrinin dairə
seçki komissiyalarında dairə seçki
komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış
kurslar başlanmışdır.
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" 28 dekabr
2006-cı il tarixli və "Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr
2011-ci il tarixli sərəncamlarının icrasına uyğun
olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı
ilə keçirilən bu kurslar üç gün davam edəcəkdir.
Şəkidə
fəaliyyət göstərən 113 saylı Şəki
şəhər, 114 saylı Şəki kənd birinci və
115 saylı Şəki kənd ikinci seçki dairələrinin
dairə seçki komissiyalarında təşkil olunan kurslarda
hər üç dairə üzrə, ümumilikdə, 25 nəfər
dairə seçki komissiyasının üzvü və 109 nəfər məntəqə
seçki komissiyasının sədri iştirak edir.
Təlimlərin
ilk günündə "Seçki siyahıları ilə
işin aparılması, seçkiqabağı təşviqatın
aparılmasına şərait yaradılması, bildirişlərin
seçicilərə çatdırılması və sair bu
kimi istiqamətlərdə yerli icra və bələdiyyə
orqanlarının rolu", "Seçki hüququ və onun
təminatının
qanunvericilik əsasları, aşağı seçki
komissiyaları və məhkəmələr tərəfindən
seçki hüququnun qorunması mexanizmləri",
"Seçki siyahıları ilə iş qaydası"
mövzularında məruzələr dinlənilmişdir.
Kurslarda Mərkəzi
Seçki Komissiyasının hüquq şöbəsinin
müdiri İradə Hacıyeva, MSK-nın təşkilat
şöbəsinin böyük məsləhətçisi Fərid
Əbilov, habelə şəhər icra hakimiyyətinin məsul
nümayəndələri, şəhər məhkəməsinin
sədr və əməkdaşları iştirak etmişlər.
Məruzələrdə
cari ilin oktyabrında keçiriləcək növbəti
prezident seçkilərinə hazırlıq məsələləri
barədə danışılmış, seçkilərin
azad, demokratik və şəffaf keçirilməsini təmin
etmək məqsədilə respublikanın bütün şəhər
və rayonlarında dairə seçki komissiyaları üçün
hər cür şəraitə malik olan yeni inzibati
binaların tikilib istifadəyə verildiyi, komissiya üzvlərinin
iş şəraitinin daha da
yaxşılaşdırıldığı diqqətə
çatdırılmışdır. Qeyd olunmuşdur ki, 113
saylı Şəki şəhər və 115 saylı Şəki
kənd ikinci seçki dairələrinin dairə seçki
komissiyaları üçün
2013-cü ilin mayında hər cür şəraiti olan yeni
inzibati binalar tikilib istifadəyə verilmişdir.
MSK-nın təmsilçiləri
dairə seçki komissiyaları üzvlərini və məntəqə
seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə
aydınlıq gətirmişlər.
109 saylı Balakən
seçki dairəsi dairə seçki komissiyasında da
ixtisaslaşdırılmış kursların ilk günü
MSK-nın tematik planı əsasında
aparılmışdır. Təlimlərdə dairə
seçki komissiyasının 6 üzvü və 33 məntəqə
sədri iştirak etmişdir.
Məruzələri dairə
seçki komissiyasının sədri Vahid Əliyev, rayon məhkəməsinin
sədri Rafiq Kazımov, habelə rayon icra hakimiyyətinin məsul
nümayəndələri təqdim etmişlər.
110 saylı
Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin
dairə seçki komissiyalarında keçirilən
ixtisaslaşdırılmış kurslarda, ümumilikdə,
dairə seçki komissiyalarının 18 üzvü və 83
nəfər məntəqə seçki komissiyasının sədri
iştirak etmişdir.
Təqdim olunan məruzələrdə
məntəqə seçki komissiyaları sədrlərinin vəzifələri,
məntəqələrin fəaliyyətlərinin təşkili
barədə danışılmış, müvafiq tövsiyələr
verilmişdir.
112 saylı
Qax seçki dairəsi dairə seçki komissiyasının
sədri Abdukərim Əliyevin verdiyi məlumata görə, təlimlərdə
9 nəfər komissiya üzvü və 55 nəfər məntəqə
seçki komissiyasının sədrləri ilə
yanaşı, Qaxda məskunlaşan məcburi
köçkünlərin
qeydiyyatda olduqları rayonları təmsil edən 3 seçki
məntəqəsinin sədrləri də iştirak etmişlər.
Mərkəzi
Seçki Komissiyasının üzvü Etibar Quliyev və MSK
katibliyinin əməkdaşı Faiq Bəşirovun
iştirakı ilə keçirilən təlimlərdə
qeyd olunmuşdur ki, seçkilərin azad, demokratik və şəffaf
şəraitdə keçməsi ilk növbədə,
seçki məntəqələrində səsvermə
prosesinin mövcud təlimatlara
uyğun təşkil edilməsindən, komissiya üzvlərinin
hazırlıq səviyyəsindən asılıdır. Odur
ki, komissiya sədrləri və üzvləri təlimatları
daha dərindən öyrənməli, seçki qanununun tələblərinə
ciddi əməl etməlidirlər.
117 saylı Oğuz-Qəbələ
seçki dairəsi dairə seçki komissiyasında
keçirilən təlimlər də MSK-nın tərtib
etdiyi tematik plana uyğun aparılır. Dairə seçki
komissiyasından verilən məlumata görə,
ixtisaslaşdırılmış kurslarda dairə seçki
komissiyasının 6 üzvü və 57 nəfər məntəqə
sədri iştirak edir.
Kursların ilk
günündə rayon icra hakimiyyəti
başçısının birinci müavini Yusif
Naxçıvanski, rayon məhkəməsinin sədri Rəfail
Şirinov və dairə seçki komissiyası sədrinin məruzələri
dinlənilmişdir.
İxtisaslaşdırılmış
kurslar üç gün davam edəcəkdir.
* * *
Ağdam
rayonunun Quzanlı qəsəbəsində keçirilən
kursların ilk günündə 118 saylı Ağdam şəhər
seçki dairəsi dairə seçki komissiyasının
(DSK) sədri Ramiz Səfərov DSK üzvləri və məntəqə
seçki komissiyaları sədrlərinin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi
və seçki hüququ ilə bağlı biliklərinin
artırılması baxımından kursların əhəmiyyətini
yüksək qiymətləndirmişdir. Bildirmişdir
ki, kurslar komissiya üzvlərinin maarifləndirilməsi məqsədi
daşımaqla yanaşı, həm də onların siyasi
biliklərinin artırılmasında, həyata keçirdikləri
hər bir seçki hərəkətinə məsuliyyətlə
yanaşmalarında, seçkilərin demokratik və şəffaf
keçirilməsində böyük təsirə
malikdir.
Kursda
Ağdam Rayon İcra Hakimiyyəti aparatının şöbə
müdiri Tahir Abbasov və rayon məhkəməsinin sədri
Seyfəli Seyfullayev "Seçici siyahıları ilə
işin aparılması, seçkiqabağı təşviqatın
aparılmasına şərait yaradılması, bu kimi istiqamətdə
yerli icra və bələdiyyə qurumlarının rolu və
onların seçki komissiyaları ilə səmərəli
qarşılıqlı əlaqələrinin
qurulması", "Seçki hüququ və onun təminatının
qanunvericilik əsasları, aşağı seçki
komissiyaları və məhkəmələr tərəfindən
seçki hüququnun qorunması mexanizmləri"
mövzularında məruzələr etmiş, vətəndaşların
Konstitusiyada təsbit olunmuş hüquqları barədə ətraflı
danışmışlar.
Kurs çərçivəsində
seminar da təşkil olunmuş, dinləyiciləri
maraqlandıran suallara aydınlıq gətirilmiş,
mövzular ətrafında fikir mübadiləsi
aparılmışdır.
Beyləqan
rayonunda keçirilən kurslarda 81 saylı Beyləqan
seçki dairəsi DSK-nın 9 üzvü və 35 seçki
məntəqəsinin sədrləri, 80 saylı
İmişli-Beyləqan seçki dairəsi üzrə 18 məntəqə
sədri, habelə qaçqın və köçkün
rayonlarının seçki məntəqələrinin sədrləri
iştirak etmişlər.
Beyləqan
Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri İlqar Quliyev və rayon məhkəməsinin
sədri Maşallah Şirvanov kursda məruzə ilə
çıxış edərək iştirakçılara
seçkilərlə bağlı dairə və məntəqə
seçki komissiyalarının
vəzifələri barədə məlumat vermişlər.
82 saylı Ağcabədi
seçki dairəsi dairə seçki komissiyasının
üzvləri və məntəqə seçki
komissiyalarının sədrləri də kurslara həvəslə
başlamışlar. Kursda 43 məntəqə seçki
komissiyasının sədri, dairə seçki
komissiyasının 8 üzvü, həmçinin 124 saylı
Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin
3 məntəqə sədri iştirak etmişlər.
83 saylı
Ağcabədi-Füzuli seçki dairəsində
keçirilmiş kursda Ağcabədi
Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Qurban Babayev və rayon məhkəməsinin
sədri Xanlar Fərhadov çıxış edərək
seçici siyahıları ilə işin təşkili,
seçkiqabağı təşviqatın aparılması, Azərbaycan
Respublikasının Konstitusiyası ilə verilən
seçki hüquqları, Seçki Məcəlləsi, əsas
anlayış və prinsiplər, seçki
hüquqlarının məhkəmə müdafiəsi,
seçki hüquqlarının pozulmasına görə məsuliyyət
nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət
növləri barədə ətraflı məlumat vermişlər.
84 saylı
Füzuli seçki dairəsi dairə seçki
komissiyasında kursların ilk günündə
iştirakçılara seçki siyahıları ilə
işin təşkili, seçkiqabağı təşviqatın
aparılması, seçki prosesi, protokolların
yazılması, kargüzarlıq və sair məsələlər
barədə məlumat verilmiş, seminar keçirilmişdir.
48 saylı Yevlax seçki
dairəsi dairə seçki komissiyasının üzvləri
və dairədə fəaliyyət göstərən 29 məntəqənin
sədrləri seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslara fəal
başlamışlar.
Kursların
birinci günündə Yevlax Şəhər İcra Hakimiyyətinin
şöbə müdiri Vaqif Abdullayev, rayon polis şöbəsinin
rəis müavini Natiq Həsənov və DSK-nın sədri
Yaşar Abbasov seçki siyahıları ilə işin təşkili,
seçkiqabağı təşviqatın aparılması, rəsmi
seçki sənədlərinin
daşınması və saxlanmasının təmin edilməsi,
asayişin qorunmasında daxili işlər orqanlarının
rolu mövzularında məruzələrlə
çıxış etmişlər.
Kurs çərçivəsində
keçirilən seminarda dinləyiciləri maraqlandıran
suallara aydınlıq gətirilmişdir.
93 saylı Bərdə
şəhər seçki dairəsi dairə seçki
komissiyasında keçirilən
ixtisaslaşdırılmış kursda rayon icra hakimiyyəti
aparatının şöbə müdiri Mürsəl
Bağırov və DSK-nın sədri Şakir Əliyev məruzə
edərək dinləyicilərə seçici
siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın
aparılması, prezident seçkilərinin keçirilməsi,
səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi
və sair barədə məlumat vermişlər.
94 saylı Bərdə
kənd seçki dairəsi dairə seçki komissiyasının
6 üzvünün, 54 məntəqə sədrinin, habelə
qaçqın və köçkün rayonlarının
seçki məntəqələri sədrlərinin iştirak
etdikləri kursda DSK sədri və rayon icra hakimiyyəti aparatının hüquq
şöbəsinin müdiri məruzə etmiş, komissiya sədrlərinin
sualları cavablandırılmışdır.
95 saylı Tərtər
seçki dairəsi dairə seçki komissiyasında təşkil
olunmuş kursda rayon icra hakimiyyətinin şöbə
müdiri Elmir Abbaszadə və rayon məhkəməsinin sədri
Hüseyn Mirzəliyevin çıxışları dinlənilmişdir.
Kursların ilk günündə seçki hüququ,
seçici siyahıları ilə işin aparılması barədə
danışılmış, məntəqə seçki
komissiyaları sədrlərinin sualları
cavablandırılmışdır.
Ağcabədi
rayonunun Taxtakörpü ərazisində yerləşən 121
saylı Laçın seçki dairəsi dairə seçki
komissiyasında keçirilən kurslarda MSK-nın nümayəndəsi
Ramil Nurəliyev və rayon icra hakimiyyətinin şöbə
müdiri Aslan Abbasov seçki prosesində KİV-lərin
rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri,
seçki siyahıları ilə işin təşkili,
seçkiqabağı təşviqatın aparılması
mövzularında məruzə etmişlər.
Kurslar avqustun 8-dək davam etdiriləcəkdir.
*
* *
105 saylı Tovuz seçki dairəsi dairə
seçki komissiyasında üç gün davam edəcək
seçki hüquqları üzrə
ixtisaslaşdırılmış kurslarda dairə seçki
komissiyasının üzvləri və dairənin əhatə
etdiyi məntəqə seçki komissiyalarının sədrləri
iştirak edirlər. Kursun birinci
günündə müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli
nümayəndəsi Fərman Qurbanovun "Seçici
siyahıları ilə işin aparılması,
seçkiqabağı təşviqatın aparılmasına
şərait yaradılması, bildirişlərin seçicilərə
çatdırılması və sair bu kimi istiqamətlərdə
yerli icra və bələdiyyə qurumlarının rolu və
onların seçki komissiyaları ilə səmərəli
qarşılıqlı əlaqələrinin
qurulması", rayon məhkəməsinin sədri Könül Məmmədovun
"Seçki hüququ və onun təminatının
qanunvericilik əsasları, aşağı seçki
komissiyaları və məhkəmələr tərəfindən
seçki hüquqlarının qorunması mexanizmləri",
105 saylı Tovuz seçki dairəsi dairə seçki
komissiyasının sədri Əhməd İbrahimovun
"Seçici siyahıları ilə iş qaydası"
mövzularında məruzələrini dinləmişlər.
Həmin
gün 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə
seçki komissiyasında keçirilən kursda Tovuz Rayon
İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi
Fərman Qurbanov "Seçici siyahıları ilə
işin aparılması, seçkiqabağı təşviqatın
aparılmasına şərait yaradılması, bildirişlərin
seçicilərə çatdırılması və sair bu
kimi istiqamətlərdə yerli icra və bələdiyyə
qurumlarının rolu və onların seçki
komissiyaları ilə səmərəli
qarşılıqlı əlaqələrinin
qurulması", rayon məhkəməsinin sədri Könül Məmmədov
"Seçki hüququ və onun təminatının
qanunvericilik əsasları, aşağı seçki
komissiyaları və məhkəmələr tərəfindən
seçki hüquqlarının qorunması mexanizmləri",
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə
seçki komissiyasının sədri Xəqani Vəliyev
"Seçici siyahıları ilə iş qaydası"
mövzularında məruzələrlə
çıxış etmiş, iştirakçıları
maraqlandıran sualları cavablandırmışlar.
108
saylı Ağstafa seçki dairəsi dairə seçki
komissiyasında keçirilən kursun birinci günündə
müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli
nümayəndəsi Ramiz Tatarovun "Seçici
siyahıları ilə işin aparılması,
seçkiqabağı təşviqatın aparılmasına
şərait yaradılması, bildirişlərin seçicilərə
çatdırılması və sair bu kimi istiqamətlərdə
yerli icra və bələdiyyə qurumlarının rolu və
onların seçki komissiyaları ilə səmərəli
qarşılıqlı əlaqələrinin
qurulması", rayon məhkəməsinin hakimi Kamil Rzayevin
"Seçki hüququ və onun təminatının
qanunvericilik əsasları, aşağı seçki
komissiyaları və məhkəmələr tərəfindən
seçki hüquqlarının qorunması mexanizmləri",
108 saylı Ağstafa seçki dairəsi dairə seçki
komissiyasının sədri Tamerlan Eyyubovun "Seçici
siyahıları ilə iş qaydası" mövzularında
məruzələrini dinləmişlər.
Məruzələrdə və
çıxışlarda 2013-cü ilin prezident seçkilərinə
hazırlıq məsələlərinə geniş yer
ayrılmış, seçkilərin azad, demokratik və şəffaf
keçirilməsi məqsədi ilə bütün şəhər
və rayonlarda dairə seçki komissiyaları
üçün hər cür şəraitin
yaradıldığı bildirilmişdir.
*
* *
Avqustun 5-də seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar ölkənin
bütün regionlarında olduğu kimi, Sumqayıt şəhərində
də mütəşəkkil surətdə
başlamışdır.
41
saylı Sumqayıt birinci seçki dairəsi dairə
seçki komissiyasında (DSK) keçirilən seçki
hüquqları üzrə ixtisaslaşdırılmış
kurslarda DSK-nın üzvləri və dairənin əhatə
etdiyi 39 məntəqə seçki komissiyalarının sədrləri,
həmçinin qaçqın və məcburi
köçkün rayonlarının dairə seçki
komissiyalarının sədrləri iştirak etmişlər.
İxtisaslaşdırılmış
kursların birinci günündə müdavimlər şəhər
icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi
Vüqar Cavadovun "Seçici siyahıları ilə
işin aparılması, seçkiqabağı təşviqatın
aparılmasına şərait yaradılması, bildirişlərin
seçicilərə çatdırılması və sair bu
kimi istiqamətlərdə yerli icra və bələdiyyə
qurumlarının rolu və onların seçki
komissiyaları ilə səmərəli
qarşılıqlı əlaqələrinin
qurulması", Sumqayıt Şəhər Məhkəməsinin
hakimi Ruhiyyə Mahmudovanın "Seçki hüququ və
onun təminatının qanunvericilik əsasları, aşağı
seçki komissiyaları və məhkəmələr tərəfindən
seçki hüququnun qorunması mexanizmləri", 41
saylı Sumqayıt seçki dairəsi dairə seçki
komissiyasının sədri Məzahir Süleymanovun seminar
xarakterli "Seçki siyahıları ilə iş
qaydası" mövzularında məruzələrini dinləmişlər.
Həmin gün 42 saylı
Sumqayıt ikinci seçki dairəsi dairə seçki
komissiyasında keçirilən kurslarda DSK-nın üzvləri
və dairənin əhatə etdiyi 36 məntəqə
seçki komissiyalarının sədrləri, həmçinin
Şuşa, Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər
seçki dairələri üzrə məntəqə
seçki komissiyalarının sədrləri iştirak
etmişlər.
İxtisaslaşdırılmış
kursların birinci günündə müdavimlər Mərkəzi
Seçki Komissiyasının katibliyinin şöbə
müdiri Zirəddin Cəlilovun, Sumqayıt Şəhər Məhkəməsinin
hakimi Elman Məmmədovun, şəhər icra hakimiyyətinin
nümayəndəsi Zaur Əliyevin müvafiq mövzularda
maraqlı məruzələrini dinləmişlər. Məruzəçilər qeyd etmişlər ki, ildən-ilə
təkmilləşən seçki prosesi zamanı ölkəmizdə
uğurlu nailiyyətlərə imza atılır. Artıq vətəndaşlar öz
hüquqlarından istifadə edərək qanunlarla idarə
olunan seçki prosesində fəallıq göstərirlər.
Şəffaf və demokratik yolla keçən
seçkilərdə öz vətəndaş
hüquqlarından istifadə edirlər.
43
saylı Sumqayıt üçüncü seçki dairəsi
dairə seçki komissiyasında keçirilən kurslarda
DSK-nın üzvləri və dairənin əhatə etdiyi 33
məntəqə seçki komissiyalarının sədrləri,
həmçinin qaçqın və məcburi
köçkün rayonlarının 125 və 120 saylı
seçki dairələrinin dairə seçki
komissiyalarının sədrləri iştirak etmişlər.
Kursların
birinci günündə müdavimlər şəhər icra
hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elşən
Qəmbərovun, Sumqayıt Şəhər Məhkəməsinin
hakimi İlqar Məmmədovun, 43 saylı Sumqayıt
seçki dairəsi dairə seçki komissiyasının sədri
Həsən Məmmədovun müxtəlif mövzularda məruzələrini
dinləmiş, dinləyicilərin sualları
cavablandırılmışdır.
Məruzələrdə
və çıxışlarda 2013-cü ilin prezident
seçkilərinə hazırlıq məsələlərinə
geniş yer ayrılmış, seçkilərin azad, demokratik
və şəffaf keçirilməsi məqsədilə
bütün şəhər və rayonlarda dairə seçki
komissiyaları üçün hər cür şəraitin
yaradıldığı bildirilmişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 6 avqust.- S. 4.