Mərkəzi Seçki Komissiyası bölgələrdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır

 

Kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.

Avqustun 5-dən etibarən şimal bölgəsini əhatə edən altı seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birində  üç gün davam edəcək  kurslara başlanılmışdır.

55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının (DSK) inzibati binasında təşkil edilmiş kurslarda bu dairə seçki komissiyasının üzvləri və dairəyə daxil olan 38 məntəqə seçki komissiyalarının sədrləri iştirak etmişlər.

Kurslarda mühazirələrlə çıxış edən MSK-nın üzvü Validə Kazımova və  bu qurumun təşkilat şöbəsinin müdiri İsmayıl Abbasəliyev bildirmişlər ki, prezident seçkilərində vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün heç bir problem yoxdur. Seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur. Qeyd olunmuşdur ki, Azərbaycanda seçkilər hətta bir çox Avropa ölkələrindəki prosedurlardan müsbət mənada fərqlənir.

Kurslarda üç gün ərzində MSK-nın üzvləri, məsul işçiləri, DSK sədrləri ilə yanaşı, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələrlə çıxış edirlər.

56 saylı Xaçmaz kənd seçki dairəsində də kurslara müvəffəqiyyətlə başlanılmışdır. Dairə seçki komissiyasının sədri Zöhrab Səfərov bildirmişdir ki, burada təşkil edilmiş kurslarda  komissiya üzvləri və 43 məntəqə seçki komissiyasının sədri maarifləndirici mühazirələri dinləmişlər.

Avqustun 5-də 51 saylı Qusar seçki dairəsində də maarifləndirici kurslara başlanılmışdır. Kursların ilk günündə dairə seçki komissiyasının, eləcə də 61 məntəqə seçki komissiyasının sədrləri müzakirələrdə fəal iştirak etmişlər.

52 saylı Quba və 53 saylı Quba-Qusar seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda rayon icra hakimiyyətinin hüquqşünası Hikmət Yasinov mühazirə ilə çıxış etmişdir. Dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri ilə birgə qarşıda duran vəzifələr geniş müzakirə edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Özündə 49 min 405 seçicini birləşdirən 54 saylı Şabran-Siyəzən seçki dairəsində də kurslar uğurla başlanılmışdır. Kursların ilk günündə Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyov və rayon polis şöbəsinin rəis müavini Fikrət Əliyev 68 məntəqə seçki komissiyası sədrlərinin iştirak etdikləri kurslarda mühazirə ilə çıxış etmişlər.

MSK tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqust ayının 8-dək davam etdiriləcəkdir.

 

* * *

 

Mərkəzi Seçki Komissiyası (MSK)  oktyabrın 9-da ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı cənub bölgəsinin dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrasına uyğun olaraq avqustun 5-də başlanan təlim məşğələlərində MSK üzvlərinin, şəhər və rayon məhkəmələrinin sədrlərinin, rayon icra hakimiyyəti aparatının nümayəndələrinin, rayon prokurorlarının və dairə seçki komissiyalarının sədrlərinin seçki hüququ ilə əlaqədar müxtəlif mövzularda məruzələri dinlənilmişdir.

77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının (DSK)  inzibati binasında keçirilən təlim məşğələsində çıxış edən DSK-nın sədri Hikmət Əkbərov bildirmişdir ki, oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı MSK-nın təsdiq etdiyi Tədbirlər Planına müvafiq olaraq keçirilən təlim kurslarının əsas məqsədi seçkilərin yüksək səviyyədə, azad, demokratik və şəffaf keçirilməsini təmin etməkdir.

H.Əkbərov prezident seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının gördüyü işlər barədə məlumat verərək bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Tədbirdə rayon məhkəməsinin sədri İsmayıl Abdurrahmanlı "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", Astara Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrinin qurulması", MSK-nın üzvü Qabil Orucov "Seçki prosesində KİV-lərin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında məruzələr etmişlər.

Məşğələnin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri üzrə dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda  rayon məhkəməsinin sədri Ələjdər Ələkbərov "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov "Seçici siyahıları ilə işin aparılması,  seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair  bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrinin qurulması", MSK-nın üzvü Nizami Nadirov "Seçki prosesində KİV-lərin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında məruzələrlə çıxış etmişlər.

70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd və 72 saylı Yardımlı-Masallı seçki dairələri üzrə DSK-larda keçirilən ixtisaslaşdırılmış kurslarda Masallı Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri Adəm Məhərrəmov və informasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əkbərov "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", rayon məhkəməsinin sədri Cahangir Nəsibov və Yardımlı Rayon Qeydiyyat İdarəsinin müdiri İlqar Məhərrəmov  "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri" mövzularında çıxış etmişlər.

73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri üzrə DSK-larda keçirilən ixtisaslaşdırılmış kurslarda rayon məhkəməsinin sədri Elçin Kazımov "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə şöbəsinin müdiri Əlimərdan Əliyev "Seçici siyahıları ilə işin aparılması,  seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrinin qurulması", rayon prokuroru Natiq Abdullayev "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri", rayon polis şöbəsi rəisinin müavini Şaban Kərimov "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri" mövzularında məruzələrlə çıxış etmişlər.

 

78 saylı Lerik seçki dairəsinin dairə seçki komissiyasının inzibati binasında keçirilən təlim məşğələsində rayon məhkəməsinin sədri Vəzirxan Məlikov "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", Lerik Rayon İcra Hakimiyyətinin məsul işçisi Araz Quliyev "Seçici siyahıları ilə işin aparılması,  seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrinin qurulması" mövzusunda çıxış etmiş, iştirakçıların suallarını cavablandırmışlar.

 

* * *

 

Avqustun 5-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar ölkənin bütün regionlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.

45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasında keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kursların birinci günündə müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Azər Məmmədovun "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", rayon şəhər məhkəməsinin sədr əvəzi hakim İlham Kərimlinin "Seçki hüququ, onun təbliğatının qanunvericilik əsasları, aşağı seçki komissiyalarının nümayəndələri tərəfindən seçki hüququnun qorunması", 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının sədri Dilşad Abbasovanın "Seçki siyahıları ilə qaydası" mövzularında məruzələrini dinləmişlər.

Məruzəçilər ölkəmizin böyük sınaq qarşısında olduğunu qeyd etmişbu məsul kampaniyaya -prezident seçkilərinə ciddi hazırlıq görüldüyünü diqqətə çatdırmışlar.

44 saylı Sumqayıt-Abşeron seçki dairəsi dairə seçki komissiyasında keçilən kursların birinci günündə müdavimlər rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi Nizami Quliyevin, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynovun müvafiq mövzularda və Mərkəzi Seçki Komissiyası katibliyinin şöbə müdiri Zirəddin Cəlilovun "Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda maraqlı məruzələrini dinləmiş, dinləyicilərin sualları cavablandırılmışdır.

Natiqlər vurğulamışlar ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması məqsədilə bütün imkanlar yaradılmışdır. Bunun üçün dairə seçki komissiyaları sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri vardır.

 

* * *

 

Avqustun 5-də Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin bütün regionlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.

Qəbələ rayonunda keçirilən kurslarda 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının (DSK) sədri Ramiz Əsədov çıxış edərək 3 gün davam edəcək kurslarda DSK-nın üzvlərinin  dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrlərinin iştirak edəcəklərini bildirmişdir. O, "Seçici siyahıları ilə qaydası" mövzusunda məruzə etmişdir.

Seçki hüquqları üzrə ixtisaslaşdırılmış kursların ilk günündə rayon icra hakimiyyətinin şöbə müdiri Zahid Əfəndiyevin və rayon məhkəməsinin sədri Tofiq Məmmədovun müvafiq mövzularda məruzələri dinlənilmişdir.

 

Kursda 2013-cü ilin prezident seçkilərinə hazırlıq məsələlərindən danışılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilmişdir.

Həmin gün 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələri dairə seçki komissiyalarında keçirilən kurslarda rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev, 88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasının sədri Eldəniz Həmidov, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov məruzələrlə çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursun ilk günündə isə müdavimlər Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədovun "Seçki prosesində KİV-lərin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri", şəhər icra hakimiyyətinin şöbə müdiri Sahib Əliyevin "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", şəhər məhkəməsinin sədri Rasim Kazımovun "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri", 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının sədri Oqtay Məmmədovun "Seçici siyahıları ilə qaydası" mövzularında məruzələrini dinləmişlər.

 

* * *

 

Avqustun 5-də 46 saylı Şirvan seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında keçirilən təlim məşğələsində çıxış edən DSK-nın sədri Taleh Ağayev bildirmişdir ki, MSK-nın təsdiq etdiyi Tədbirlər Planına müvafiq olaraq keçirilən təlim kurslarının əsas məqsədi prezident seçkilərinin yüksək səviyyədə, azad, demokratik və şəffaf keçirilməsini təmin etməkdir.

T.Ağayev prezident seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının gördükləri işlər barədə məlumat verərək bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Tədbirdə şəhər məhkəməsinin sədri Elçin Qurbanov "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", MSK-nın nümayəndəsi İlham Yusifov "Seçki prosesində KİV-lərin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında məruzələr etmiş, iştirakçıların suallarını cavablandırmışlar.

İxtisaslaşdırılmış kursların birinci günündə  62 saylı Saatlı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda, Saatlı Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Lütfəli Şıxəliyev,  rayon məhkəməsinin sədri Şahin Quliyev, rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev məruzələrlə çıxış etmişlər.

59 saylı Salyan, 60 saylı Salyan-Neftçala seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda da məruzələr dinlənilmiş, suallar cavablandırılmışdır.

Kurs çərçivəsində MSK-nın katibliyinin nümayəndələri Xətai Abbasov, Namiq Alıyev "Seçici siyahıları ilə qaydası" mövzusunda seminar keçirmişlər.

61 saylı Neftçala və 66 saylı Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilən kurslarda təqdim olunan məruzələrdə məntəqə seçki komissiyaları sədrlərinin vəzifələri, məntəqələrin fəaliyyətlərinin təşkili barədə danışılmış, müvafiq tövsiyələr verilmişdir.

 

* * *

 

86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında keçirilən kursun ilk günündə DSK-nın üzvləri və dairənin əhatə etdiyi 65 məntəqə seçki komissiyalarının  sədrləri iştirak etmişlər.

Təqdim olunan məruzələrdə prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün möhkəm hüquqi bazanın yaradılmasından, seçkilərə hazırlıqda dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən ətraflı danışılmışdır. Seçicilərin hüquqlarının qorunması, seçkiqabağı təşviqatın aparılmasına normal şəraitin yaradılması və s. məsələlərdən də ətraflı bəhs olunmuşdur.

Tədbirdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilmiş, məntəqə seçki komissiyalarının sədrlərinə MSK tərəfindən göndərilmiş təlimatlar paylanılmışdır.

85 saylı Şamaxı, 50 saylı Qobustan-Xızı-Sumqayıt, 87 saylı Ağsu-İsmayıllı, 57 saylı Kürdəmir, 92 saylı Zərdab-Ucar və 91 saylı Ucar seçki dairələri dairə seçki komissiyalarında keçirilən kurslarda da iştirakçılara bir sıra qanunvericilik aktları, təlimatlar barədə ətraflı bilgilər verilmiş, bəzi məsələlərə aydınlıq gətirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 5.