Mərkəzi Seçki Komissiyasında prezident
seçkiləri ilə əlaqədar işçi
qrupu yaradılmışdır
Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident
seçkiləri ilə əlaqədar işçi
qrupu yaradılmışdır.
MSK mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
işçi qrupu
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə
namizədlərin qeydə alınması üçün
imza vərəqələri və onlara əlavə edilmiş
lazımi sənədlər MSK-ya təqdim
edildikdən sonra qanunvericiliklə müəyyən
olunmuş qaydada və
müddətdə araşdırma aparacaqdır. Bundan sonra isə işçi qrupunun rəyi nəzərə alınmaqla namizədliyin
qeydə alınıb-alınmaması məsələsi həll
olunacaqdır. İşçi qrupun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin
ekspertləri, Maliyyə, Daxili İşlər,
Vergilər nazirliklərinin, Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin, Hesablama Palatasının mütəxəssisləri
daxil edilmişdir.
MSK üzvü
İlham Məmmədov İşçi
qrupunun rəhbəri təyin olunmuşdur.
Azərbaycan. - 2013.- 6 avqust.- S. 5.