Gənclər və idman naziri Qəbələdə
vətəndaşları qəbul etmişdir
Prezident İlham
Əliyevin tapşırığına əsasən,
mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir,
onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin həllinə
kömək edirlər.
Növbəti belə qəbul avqustun 5-də
gənclər və idman naziri Azad Rəhimov
tərəfindən Qəbələdə keçirilmişdir.
Qəbələ Mədəniyyət
Mərkəzində keçirilən qəbulda
Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən
və İsmayıllı rayonlarının sakinlərinin
şikayət və təklifləri dinlənilmişdir.
Gənclər və İdman
Nazirliyinin aparat
rəhbəri və şöbə müdirlərinin də iştirak etdikləri qəbulda
vətəndaşların səsləndirdikləri
müraciət və şikayətlərlə əlaqədar
aidiyyəti qurumların rəhbərlərinə
müəyyən göstəriş və
tapşırıqlar verilmişdir.
Vətəndaşlardan
əksəriyyəti güzəştli ipoteka
krediti əldə etmək və idman sahəsində fəxri ad
almaq üçün
köməklik göstərilməsini xahiş
etmişdir. Həmçinin
müraciətlərin bir qismi
rayonlarda gənclər
mərkəzlərinin tikintisi, idman bölmələrinin
açılması, zalların və meydançaların
inşası, gənclərlə iş
sahəsində QHT-lərin yaradılmasına dəstək
vermək, sahibkarlıq fəaliyyəti üçün
güzəştli kredit almaq,
işə düzəlmə və digər şəxsi
məsələlərlə bağlı olmuşdur.
Vətəndaşların
Gənclər və İdman Nazirliyinə
aid olan
müraciətlərindən bəziləri elə
yerindəcə həllini tapmışdır.
Nazir Azad Rəhimov digər
məsələlərin nazirlikdə araşdırılaraq
vətəndaşların müraciətlərinin
müsbət həlli üçün müvafiq tapşırıqlar vermişdir.
Aidiyyəti üzrə olmayan
müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata
alınmışdır.
Vətəndaşlar onlar
üçün yaradılmış
şəraitdən razılıqlarını
bildirmişlər.
Qəbuldan sonra
gənclər və idman naziri
Azad Rəhimov Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı
rayonlarının gənclər və idman
idarələrinin rəisləri ilə görüşmüş,
onlara qəbulun yekunları ilə
bağlı müvafiq
tapşırıqlar vermişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 6 avqust.- S. 5.