Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda səfərdədir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorka səfəri başlamışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi avqustun 6-da BMT Təhlükəsizlik Şurasında "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regionalsub-regional təşkilatlar arasında əməkdaşlıq" mövzusunda keçiriləcək açıq müzakirələrdə iştirak etməkdir.

Tədbirə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcəkdir. 

Səfər çərçivəsində Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasında çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 5.