Təhsil naziri
xarici ölkələrin ali
təhsil müəssisələrində Dövlət
Proqramı çərçivəsində təhsil almaq üçün təsdiq
olunmuş tələbələr ilə görüşmüşdür
Təhsil naziri Mikayıl Cabbarov
2013-2014-cü tədris ilində xarici
ölkələrin ali təhsil müəssisələrində
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
təhsil almaq üçün
Azərbaycan Respublikası Prezidenti
yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk 41 tələbə
ilə görüşmüşdür.
Təhsil Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
M. Cabbarov tələbələri təbrik
edərək, onlara təhsillərində
uğurlar arzulamış və dövlətimizin
gənclərə göstərdiyi etimadı tam
şəkildə doğruldacaqlarına ümidvar
olduğunu bildirmişdir.
Azərbaycan gənclərinin
dünyanın ən aparıcı ali məktəblərində
təhsil almasının əhəmiyyətinə toxunan təhsil naziri
onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli
töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.
Nazir bildirmişdir ki, ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində
ötən əsrin 70-80-ci illərindən azərbaycanlı
gənclərin SSRİ-nin nüfuzlu
ali məktəblərində oxumağa göndərilməsi ilə
yaxşı bir ənənənin əsası
qoyulmuşdur. Ulu öndərin ölkəmizin
müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə
xüsusi diqqət göstərdiyini vurğulayan M.Cabbarov
hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır.
Azərbaycan
Respublikası Prezidenti yanında Təhsil
üzrə Komissiya tərəfindən
müsbət rəy verilmiş ilk 41 tələbə təhsilini Böyük Britaniya (14 nəfər),
Türkiyə (9 nəfər), Kanada (6 nəfər),
İsveçrə (6 nəfər), Avstraliya
(2 nəfər), Fransa (1 nəfər), Litva (1 nəfər), İsveç
(1 nəfər) və Niderlandda (1 nəfər)
təhsilin bakalavriat (16 nəfər), magistratura (16 nəfər), rezidentura
(8 nəfər) və doktorantura (1 nəfər)
səviyyələrində davam etdirəcəkdir.
Müvafiq Dövlət Proqramına
2013-2014-cü tədris ili üçün
sənəd qəbulu avqustun 15-dək davam edəcəkdir. Avqustun
2-dək 828 nəfər elektron ərizə dolduraraq
Dövlət Proqramına qeydiyyatdan keçmişdir. Sənədləri
qaydasında olmadığı üçün
qəbul olunmayan 80 nəfər sənədlərini
müvafiq qaydada
tamamladıqdan sonra 15 avqust
tarixinədək yenidən Təhsil Nazirliyinə müraciət
edə bilər. Artıq 374 namizədlə müsahibələr
aparılmış və onlardan 93-ü
müsahibə zamanı müsbət rəy ala
bilməmişdir. Sənədləri qəbul olunmuş
namizədlərlə müsahibələr davam
etməkdədir.
Ötən
illərdən fərqli olaraq, müsahibələrdə
Təhsil Nazirliyinin əməkdaşları
ilə yanaşı, Səhiyyə Nazirliyi
(tibb ixtisas istiqaməti
üzrə müraciət edənlərlə), Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan
və Məzun Olmuş Azərbaycanlı
Gənclərin Beynəlxalq Forumunun
(ASAIF) nümayəndələri
iştirak edirlər. Bu
amil seçimlərin şəffaf
aparılmasına və daha layiqli namizədlərin seçilməsinə
əlverişli zəmin yaradır. Müsahibə
zamanı namizədlərin müvafiq tədris
dilini yüksək səviyyədə bilməsi,
tədris alacağı ixtisas üzrə
biliklərinin yetərli səviyyədə olması, təhsillərini
başa vurduqdan sonra qayıdaraq ölkəmizin
inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi
tətbiq olunur.
Dövlət Proqramına
sənəd vermiş digər namizədlərlə
bağlı qərarlar verildiyi zaman bu barədə də
mütəmadi olaraq ictimaiyyətə məlumat
veriləcəkdir.
Azərbaycan. - 2013.- 6 avqust.- S. 6.