Azərbaycan Respublikası
ilə Amerika Birləşmiş
Ştatları arasında miqrasiya sahəsində
əməkdaşlıq əlaqələri uğurla
inkişaf edir
Avqustun 5-də Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
(DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri
Firudin Nəbiyev Amerika
Birləşmiş Ştatlarının ölkəmizdəki
səfiri Riçard Morninqstar
və onun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşmüşdür.
DMX-dən AzərTAc-a
bildirmişlər ki, F.Nəbiyev qonaqlara Xidmətin yaranma tarixi, strukturu, fəaliyyət
istiqamətləri barədə məlumat vermiş,
miqrasiya sahəsində qanunvericiliyin
beynəlxalq normalara və müasir
dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən,
ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən
danışmışdır. Həmçinin Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinin
qəbul edilməsi və miqrasiya sahəsində
tətbiq edilən yeniliklər barədə qonaqlara
ətraflı məlumat vermişdir.
Görüşə
görə Xidmət rəisinə minnətdarlığını
bildirən səfir R.Morninqstar Azərbaycan
iqtisadiyyatının inkişafından bəhs etmiş,
həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı Regional
Miqrasiya İdarəsinin miqrasiya
şöbəsinin yenidən fəaliyyətə
başlamasını və ölkəmizdə insan
alverinə
qarşı aparılan mübarizə tədbirləri nəticəsində
ABŞ-ın insan alverinə dair hesabatında Azərbaycanın bir pillə irəliləməsini müsbət
hal kimi dəyərləndirmişdir.
Görüşdə miqrasiya sahəsinə dair
fikir mübadiləsi aparılmış, qanunsuz miqrasiyaya
qarşı mübarizə istiqamətində birgə əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir.
Sonda qonaq
Xidmətin Heydər Əliyev Muzeyi ilə
tanış olmuş, ulu
öndərin həyat və fəaliyyətini əks etdirən
fotoşəkillərə baxmış və xatirə
kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan. - 2013.- 6 avqust.- S. 6.