Elçin Həşimov: Qəbələ
Beynəlxalq Musiqi Festivalı dünya musiqi tədbirləri
arasında layiqli yerini
tutmuşdur
Qəbələ Beynəlxalq
Musiqi Festivalı dünya
musiqi tədbirləri arasında layiqli yerini tutmuşdur. Qəbələ səhnəsində
Azərbaycan və dünya bəstəkarlarının
əsərlərinin yüksək səviyyədə ifası
bu möhtəşəm incəsənət
bayramının beynəlxalq musiqi
festivalları arasında xüsusi
mövqeyə malik olmasını bir daha təsdiqləyir.
Gənc ifaçılarla dünya
şöhrətli musiqiçilərin eyni
səhnəni bölüşmələri isə festivalın
daha bir gözəl
keyfiyyətlərindəndir.
Bu sözləri Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının
iştirakçısı, əməkdar artist,
Prezident təqaüdçüsü, tarzən
Elçin Həşimov AzərTAc-a
müsahibəsində demişdir.
Elçin Həşimov
Azərbaycanda mədəniyyətin inkişafına dövlət
başçısı İlham Əliyev
və Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən çox böyük dəstək
verilməsinin əhəmiyyətini xüsusilə
vurğulamışdır. Bildirmişdir ki, Qəbələ festivalında klassik və kamera musiqisi ilə yanaşı,
muğamlarımızın da ifa olunması hamıda xoş
ovqat yaradır. Mən festivalda çox zəngin
olan, insanları hər zaman
heyrətləndirən və dünya musiqi sənətində seçilən Azərbaycan
muğamının yenə də yerli və
xarici ölkə
tamaşaçılarının böyük
marağına səbəb olduğunu gördüm.
Azərbaycan. - 2013.- 6 avqust.- S. 7.