Ötən il Səngəçal
terminalından 283 milyon
barel neft ixrac olunub
Bunun 246,4 milyon
bareli Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə, təxminən 29,1
milyon bareli Qərb İxrac Boru Kəməri marşrutu, 6 milyon bareli dəmir yolu, 1,4 milyon bareli isə kondensat ixrac xətti ilə ixrac edilib.
"BP-Azərbaycan" şirkətinin
keçən ilin yekunlarına dair açıqladığı hesabatda
qeyd olunub ki, 2012-ci ildə terminaldan orta hesabla gündə təxminən 21,1 milyon kubmetr "Şahdəniz" qazı
ixrac olunub. Qaz Cənubi Qafqaz Boru Kəməri və terminalın qaz emalı qurğularını "Azəriqaz"ın
yerli şəbəkə
sisteminə birləşdirən
ARDNŞ-nin qaz boru kəməri vasitəsilə ixrac edilib.
Səngəçal terminalı dənizdən çıxarılan
nefti və qazı ixracdan əvvəl texnoloji emaldan keçirən mərkəzdir. Terminal
Xəzər hövzəsində
"BP-Azərbaycan" tərəfindən
işlədilən bütün
mövcud dəniz yataqlarından hasil edilən məhsulu texnoloji emal etmək üçün nəzərdə tutulub və genişləndirilmək
imkanı var. Terminala neft və qazı
texnoloji emal edən qurğular, BTC boru kəmərinin birinci nasos stansiyası,
Cənubi Qafqaz Boru Kəmərinin kompressor stansiyası və digər qurğular daxildir. Terminal Bakıdan 55 kilometr cənubda (Qaradağ rayonu) yerləşir və ümumi sahəsi 542 hektardır. Onun gündəlik texnoloji emal gücü 1,2 milyon barel
neft və 41,5 milyon kubmetr qazdır. Səngəçal
terminalının maksimal
tutumu 4 milyon, işlək tutumu isə 3,2 milyon
bareldir.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.