İKT sektoruna 71,2 milyon manat investisiya qoyulmuşdur

 

Cari ilin birinci yarısında Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin müəssisə struktur bölmələrinin informasiya-kommunikasiya texnologiyaları sektoruna yatırdığı investisiyaların həcmi 29,98 milyon manat olmuşdur.

Bu dövrdə İKT sektoruna ümumilikdə 71,2 milyon manat həcmində investisiya qoyulmuşdur. İKT sektoru poçt rabitəsi üzrə əldə edilən gəlirlərin 76,1 faizi özəl sektorun payına düşmüşdür. Ümumi gəlirlərin isə 65,2 faizi mobil rabitənin payına düşmüşdür ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 8,4 faiz çoxdur.

Yanvar-iyun aylarının yekunlarına əsasən, İKT sektoru poçt rabitəsi üzrə gəlirlərin həcmi 2012-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 10,5 faiz artaraq 756,8 milyon manat təşkil etmişdir.

Ötən dövrdə ölkənin telekommunikasiya sektoru üzrə real artım tempi 6, poçt sektoru üzrə isə 11,7 faiz, informasiya texnologiyaları sektoru üzrə 1,8 dəfə olmuşdur.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.