Rasim Ocaqovun
80 illik yubileyi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2013-cü
ildə Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi,
kinorejissor, SSRİ və
respublika Dövlət
mükafatları laureatı,
xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun anadan olmasının 80 illiyi tamam olur.
Dünya kinematoqrafiyasının
nailiyyətlərindən daim
yaradıcı şəkildə faydalanan Rasim Ocaqov ekran
həyatı verdiyi əsərləri ilə
milli kino salnaməsinə
yeni səhifələr yazmış, Azərbaycan
mədəniyyəti xəzinəsini zənginləşdirmişdir.
Onun ölkəmizdə kinooperator
sənətinin geniş imkanlarının
üzə çıxarılması və təkmilləşdirilməsində
mühüm xidmətləri vardır.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq milli
kinonun inkişafı və təbliği
işinə dəyərli töhfələr vermiş
Rasim Ocaqovun 80 illik yubileyinin keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının təkliflərini
nəzərə almaqla, xalq
artisti Rasim Ocaqovun 80 illik yubileyinə
həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 7 avqust.- S.1.