İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2013-cü ildə Azərbaycan
ədəbiyyatının tanınmış nümayəndəsi,
şair və dramaturq
İslam Əhməd oğlu
Səfərlinin 90 illiyi tamam
olmuşdur.
İslam Səfərli
bütün yaradıcılığı
boyu ana dilinin geniş bədii
imkanlarından ustalıqla faydalanmış, vətən təbiətinin
gözəlliklərini və insanın mənəvi aləminin
zənginliklərini tərənnüm edən, yüksək
şeriyyətə malik əsərləri
ilə milli ədəbiyyatı zənginləşdirmişdir.
Azərbaycan ədəbiyyatının
inkişafında özünəməxsus xidmətləri olan şair və dramaturq İslam Səfərlinin
90 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini nəzərə
almaqla, İslam Səfərlinin
90 illik yubileyinə dair
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 7 avqust.- S.1.