Ş.Ş.Usubovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan
Respublikasında dövlət qulluğunda
səmərəli fəaliyyətinə görə Şahmar Şahhüseyn oğlu Usubov
"Şöhrət" ordeni ilə təltif
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 7 avqust.- S.1.