Azərbaycan Prezidenti
İlham Əliyev Almaniyanın ölkəmizdə
yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
6-da Almaniya Federativ
Respublikasının ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri xanım Haydrun
Tempelin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir xanım Haydrun Tempel etimadnaməsini
Prezident İlham
Əliyevə təqdim etdi.
Sonra
Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Ramazan bayramı münasibətilə
dövlət başçısını
təbrik edən Almaniyanın
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
xanım Haydrun Tempel Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı.
O, ölkəmizdəki diplomatik
fəaliyyəti müddətində
Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin
bütün istiqamətlərdə
daha da genişləndirilməsi
ilə bağlı səylərini əsirgəməyəcəyini
dedi.
Dövlət başçısı
ölkələrimiz arasında
ikitərəfli əlaqələrin
yüksək səviyyədə
olduğunu vurğuladı.
Azərbaycanla Almaniyanın uzun
illər fəal əməkdaşlıq etdiyini
bildirən Prezident İlham Əliyev bu əməkdaşlığın
müxtəlif sahələrdə,
o cümlədən iqtisadi
sahədə genişləndirilməsi
üçün qarşılıqlı
marağın olduğunu
qeyd etdi. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün böyük
potensialın olduğunu
deyən dövlət
başçısı xanım
Haydrun Tempelin bu münasibətlərin daha da möhkəmləndirilməsi
işinə öz töhfəsini verəcəyinə
əminliyini ifadə etdi.
Görüşdə Avropa İttifaqı,
Cənub dəhlizi, qeyri-neft sektoru, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıqla
bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan. - 2013.- 7 avqust.- S.1.