Şirvan şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların
verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Şirvan şəhərinin
yaradılmasının 50 illiyi münasibətilə
və şəhərin sosial-iqtisadi
inkişafındakı xidmətlərinə görə
aşağıdakı şəxslərə Azərbaycan
Respublikasının fəxri adları verilsin:
"Əməkdar müəllim"
Həziyev Məlikməhəmməd
Babaxan oğlu
Vəliyeva Xumar
Sərdar qızı
"Əməkdar həkim"
Cavadov Ədalət Əsgər
oğlu
Qədirov Şakir
Vəzir oğlu
"Əməkdar bədən
tərbiyəsi və idman xadimi"
Qarayev Əvəzağa Sabir oğlu
"Əməkdar jurnalist"
Hüseynov Tofiq Yadulla oğlu
"Əməkdar mühəndis"
Cəbrayılov İbadət Səfər oğlu
Məmmədov Usubağa Mirzəmməd oğlu
Yusifov İltizam Balayusif oğlu
"Əməkdar mədəniyyət
işçisi"
Hacıyeva Şəfaqət Mirzəcan
qızı
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 7 avqust.- S. 2.