2012/2013-cü tədris ilində
keçirilmiş «Ən yaxşı
ümumtəhsil məktəbi» müsabiqəsinin qaliblərinin
mükafatlandırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"Ən yaxşı
ümumtəhsil məktəbi
və ən yaxşı müəllim
mükafatlarının təsis
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının 1-ci hissəsinə
uyğun olaraq qərara alıram:
1.
2012/2013-cü tədris ilində keçirilmiş
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsində müvəffəqiyyət
qazandıqlarına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri
10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə
mükafatlandırılsın:
Ağstafa şəhəri 2
nömrəli tam
orta məktəb
Bakı Dövlət Universiteti nəzdində "Gənc
İstedadlar" liseyi
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey
kompleksi
6
nömrəli məktəb-lisey
Bakı şəhəri 20 nömrəli
məktəb-lisey
Bakı şəhəri 27 nömrəli
tam orta məktəb
Bakı şəhəri 29 nömrəli
tam orta məktəb
Bakı şəhəri 30 nömrəli
tam orta məktəb
Bakı şəhəri 32 nömrəli
tam orta məktəb
Bakı şəhəri 35 nömrəli
tam orta məktəb
Bakı şəhəri 39 nömrəli
tam orta məktəb
Bakı şəhəri 46 nömrəli
tam orta məktəb
Bakı şəhəri 70 nömrəli
məktəb-lisey
Bakı şəhəri 94 nömrəli
tam orta məktəb
Bakı şəhəri 110 nömrəli
tam orta məktəb
Bakı şəhəri 160 nömrəli
Klassik gimnaziya
Bakı şəhəri 191 nömrəli
tam orta məktəb
Bakı şəhəri 220 nömrəli
məktəb-lisey
Bakı şəhəri 263 nömrəli
tam orta məktəb
Bakı şəhəri 275 nömrəli
tam orta məktəb
Bakı şəhəri 287 nömrəli
"Zəkalar" liseyi
Bakı şəhəri 308 nömrəli
tam orta məktəb
Bakı şəhəri 319 nömrəli
tam orta məktəb
Balakən şəhəri 1 nömrəli
tam orta məktəb
Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-lisey
Bərdə şəhəri 3 nömrəli
tam orta məktəb
Gəncə şəhəri 4 nömrəli
tam orta məktəb
Göyçay şəhəri 3 nömrəli
tam orta məktəb
Xəzər Universitetinin Dünya məktəbi
İsmayıllı
şəhəri 1 nömrəli
tam orta məktəb
İsmayıllı
rayonu Lahıc qəsəbə tam orta məktəbi
İsmayıllı
rayonu Talıstan kənd tam orta məktəbi
Kürdəmir şəhəri 1 nömrəli
tam orta məktəb
Qax şəhəri
2 nömrəli məktəb-lisey
Qazax şəhəri
1 nömrəli tam orta
məktəb
Qəbələ şəhəri 4 nömrəli
tam orta məktəb
Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli
tam orta məktəb
Naxçıvan şəhəri 10 nömrəli
tam orta məktəb
Oğuz rayonu Xaçmaz kənd
1 nömrəli
tam orta məktəb
Ordubad şəhəri 3 nömrəli
tam orta məktəb
Sumqayıt şəhəri təbiət
elmləri təmayüllü
gimnaziya
Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyi
Sumqayıt şəhəri "İstedad"
liseyi
Sumqayıt şəhəri 30 nömrəli
tam orta məktəb
Sumqayıt şəhəri
31 nömrəli tam orta
məktəb
Şərur şəhəri 1 nömrəli
tam orta məktəb
Şirvan şəhəri
10 nömrəli tam orta
məktəb
Tovuz rayonu
Azaflı kənd tam orta məktəbi
Ucar şəhəri
2 nömrəli tam orta
məktəb "Zəngi"
liseyi
2.
Bu sərəncamın 1-ci hissəsin
də nəzərdə tutulmuş
pul mükafatları Azərbaycan Respublikası
Prezidentinin "Ən
yaxşı ümumtəhsil
məktəbi müsabiqəsinin
keçirilməsi Qaydaları
və ümumtəhsil
məktəblərinə verilmiş
mükafatın istifadə
istiqamətləri"nin və
"Ən yaxşı
müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında" 2008-ci il 25
fevral tarixli 714 nömrəli fərmanının
3-cü hissəsinə uyğun
ödənilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 7 avqust.- S. 2.