Azərbaycan
Respublikasının Nazirlər Kabineti
qərar ¹ 195 Bakı
şəhəri, 2 avqust
2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli
203 nömrəli qərarı ilə təsdiq edilmiş
"İnsan alveri
qurbanları üçün xüsusi müəssisələrin
yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti,
habelə onların fəaliyyətinə nəzarət
Qaydaları"nda dəyişiklik edilməsi barədə
"İnsan alverinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2013-cü il
19 aprel tarixli 609-IVQD
nömrəli qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 7 may tarixli 87 nömrəli fərmanının
1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il
9 noyabr tarixli 203 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 11, maddə 1063; 2006, ¹ 5, maddə 476) ilə təsdiq edilmiş
"İnsan alveri
qurbanları üçün xüsusi müəssisələrin
yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti,
habelə onların fəaliyyətinə nəzarət
Qaydaları"na aşağıdakı məzmunda 3.3-1-ci bənd
əlavə edilsin:
"3.3-1. "İnsan alverinə qarşı mübarizə
haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz vəziyyətini bərpa etmək, cinayətkarların
təsirindən yayınmaq və cinayət təqibi orqanları
ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul
etmək üçün bərpa və
fikirləşmə müddəti verilmiş
insan alverinin
qurbanı təhlükəsizlik və müdafiə
ehtiyaclarının təmin edilməsi, fiziki,
psixoloji və sosial vəziyyətinin
bərpası üçün
sığınacaqların və yardım mərkəzlərinin
xidmətlərindən istifadə edə bilər.".
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 7 avqust.- S.2.