Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
196 Bakı şəhəri,
2 avqust 2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli
130 nömrəli qərarı ilə təsdiq edilmiş
"İmmiqrant statusu
olmayan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılması Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
"İnsan alverinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2013-cü il
19 aprel tarixli 609-IVQD
nömrəli qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 7 may tarixli 887 nömrəli fərmanının
1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli
130 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 696, ¹ 8, maddə 769) ilə
təsdiq edilmiş "İmmiqrant
statusu olmayan əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılması
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 3-cü hissənin üçüncü cümləsi ləğv
edilsin;
2. aşağıdakı
məzmunda 3-1-ci hissə əlavə edilsin:
"3-1."
İnsan alverinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bərpa və fikirləşmə
müddəti verilmiş insan
alverinin qurbanına həmin müddətdə
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxartma tətbiq edilmir.".
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 7 avqust.- S.2.