Seçki hüququ
üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti
yüksək qiymətləndirilmişdir
Dairə seçki
komissiyalarının (DSK) üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün təşkil edilən
ixtisaslaşdırılmış kurslar avqustun 6-da davam etmişdir. Kurslar 33, 34, 35 və 36 saylı Xətai birinci, ikinci, üçüncü və dördüncü
seçki dairələri dairə seçki komissiyalarında mütəşəkkil
qaydada keçirilmişdir.
Kurslarda dairələrin əhatə
etdiyi məntəqə seçki
komissiyalarının sədrləri ilə yanaşı, bu ərazilərdəki bir
sıra məcburi köçkün
rayonlarının aşağı seçki
orqanlarının sədrləri də iştirak
etmişlər.
Təlimlərin
ikinci günündə seçici
siyahılarının təkmilləşdirilməsi, rəsmi
seçki sənədlərinin
daşınması və saxlanılması təhlükəsizliyinin
təmin edilməsi, seçki prosesində
kütləvi informasiya vasitələrinin
rolu, seçkiqabağı təşviqatın
aparılmasına şəraitin yaradılması, bildirişlərin
seçicilərə çatdırılması, eləcə
də seçki komissiyaları ilə səmərəli
əlaqənin qurulması və digər mövzular
ətrafında çıxışlar olmuş,
fikir mübadiləsi
aparılmışdır.
Kurslarda Mərkəzi
Seçki Komissiyasının üzvləri,
DSK sədrləri, müvafiq şəhər,
rayon icra hakimiyyətlərinin
səlahiyyətli şəxsləri, rayon
prokurorları, məhkəmə sədrləri və polis rəisləri müvafiq
mövzularla bağlı mühazirələrlə
çıxış etmişlər. Seçki
hüququ üzrə
ixtisaslaşdırılmış kursların əhəmiyyəti
yüksək qiymətləndirilmişdir.
Sonda kurs
iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, geniş fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 7 avqust.- S. 2.