Azərbaycan son on ildə siyasi, iqtisadi humanitar mərkəzə çevrilib

 

Son on il ərzində  Azərbaycan mədəniyyətinin dünya xalqlarının marağına səbəb olması bəşər sivilizasiyasının bir hissəsinə çevrilməsi dövlət siyasətinin uğurlarındandır.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı cənab İlham Əliyev  əldə olunan nailiyyətlərə nəzər salarkən  son vaxtlar paytaxt Bakının dünyanın iqtisadi, siyasi mədəni mərkəzlərindən birinə çevrildiyini xüsusi vurğulamışdır: "Deyə bilərəm ki, keçən rübdə Azərbaycanda bir  neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu da Azərbaycanın, Bakının dünya miqyasında bir siyasi, iqtisadi mədəni mərkəzə çevrilməsinə xidmət göstərmişdir".

Ölkə başçısı paytaxtda keçirilmiş beynəlxalq tədbirlərdən söz açarkən bir daha  İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun mahiyyətinə nəzər salmışdır: "...Eyni zamanda, keçən rübdə Bakıda İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir ki, bu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Bu, ikinci forumdur. Onu  deməyə əsas verir ki, bu, artıq ənənəvi xarakter daşıyacaqdır. Azərbaycanda bu səpkidən olan tədbirlər vaxtaşırı keçirilir. Dünya Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, digər tədbirlər, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilmişdir. Yəni, ölkəmiz siyasi, iqtisadi humanitar mərkəzə çevrilibdir".

Milli mədəniyyətimizin Azərbaycanın turizm potensialının dünyada tanıdılması, inteqrasiya olunması, klassik irsimizin, dəyər sərvətlərimizin qorunub saxlanılması,  eləcə inkişaf etdirilməsi istiqamətlərində  aparılan  humanitar siyasətin uğurlu nəticələri göz önündədir. Ötən  on ilin  ölkəmizin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıması, Azərbaycan mədəniyyəti tarixinə silinməz izlərlə həkk edilməsi   təbii ki, ilk növbədə, dövlət başçısının  apardığı məqsədyönlü  siyasətin nailiyyətlərini əks etdirən nəticələrdəndir.

Mədəni-kütləvi tədbirlərlə zəngin olan 2012-ci ildə yeddi ölkədə Azərbaycanın mədəniyyət günlərinin uğurlu təşkili hər kəsdə xoş təəssürat oyatdı. Ölkə başçısının sərəncamlarına uyğun olaraq şair yazıçılarımızın yubileyləri geniş qeyd olundu. N.Gəncəvi, M. F.Axundzadə, X.Natəvan, M.Ə.Sabir, H.Cavid,  ümumilikdə, 12 görkəmli ədəbiyyat mədəniyyət xadiminin yubileyləri ilə bağlı həm Azərbaycanda, həm xarici ölkələrdə mərasimlər keçirildi. TÜRKSOY-un xətti ilə türkdilli ölkələrdə, habelə İtaliya, İran, Çin digər dövlətlərdə maraqlı mədəni tədbirlər təşkil olundu. Romada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldıldı.

Respublikamızda "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili  xalqımızın zəngin musiqi mədəniyyətinin, eyni zamanda, onun qonaqpərvərliyinin təbliğində mühüm məsələ demək idi.

Diqqət mərkəzində olan faktlardan biri təbii ki, Azərbaycanın dünya turizm təşkilatının ən qabaqcıl tərəfdaşları siyahısında olmasıdır. Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Qəbələ, VI Rostropoviç, Üzeyir Hacıbəyli adına beynəlxalq musiqi festivalları, vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqələrinin keçirilməsi respublikamızın regionun mədəniyyət paytaxtına çevrilməsində mühüm əhəmiyyət daşıyır. Bu festivallarda Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya, İsveçrə, Almaniya kimi inkişaf etmiş ölkələrin dünya şöhrətli musiqiçiləri kollektivləri iştirak etdilər.  

Ötən ilin payızında Bakıda keçirilən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində əsasən müasir dövrün teatr problemlərinə həsr olunmuş "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər alternativlər" adlı konfransda nəinki yaxın MDB məkanından, eləcə Avropa, Afrika, Amerika Asiya qitələrindən gəlmiş 80-dən çox  səhnə sənəti mütəxəssisləri var idi.

Məlum olduğu kimi, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, məhz bizim xalqa məxsus bir sıra sənət nümunələrinin (xalçaçılıq, aşıq sənəti, muğamlarımız tar ifaçılığı) UNESCO-nun siyahısına daxil edilməsi onun beynəlxalq səviyyədə nümayişi Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü dəstəyi ilə həyata keçirilir. Qeyri-maddi mədəni irsin qorunması, təbliği təşviqi məqsədilə müvafiq proqrama uyğun olaraq, 2012-ci il Gədəbəy Azərbaycanın əfsanələr, Masallı folklor, Quba isə sənətkarlıq paytaxtları elan edilmişdir. Yeri gəlmişkən, Muzey mərkəzində "2012-ci il üçün Azərbaycanın Xalq Yaradıcılıq Paytaxtları"nın təqdimat mərasimi keçirilmişdir. 2012-ci il TÜRKSOY tərəfindən "Mirzə Fətəli Axundzadə ili" elan edilmiş, Azərbaycan Prezidenti böyük mütəfəkkirin anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar hələ 13 aprel 2010-cu il tarixində sərəncam imzalamışdır. Eləcə kulturologiya elminin inkişafına dəstək göstərilməsi məqsədilə Bakıda Kulturoloqların II Beynəlxalq Bakı Forumu, "Davamlı inkişaf mədəniyyəti: qlobal regional aspektlər" adlı beynəlxalq konfrans təşkil olunmuşdur. Bir faktı da  vurğulamaq yerinə düşər ki, Çexiyanın Lidise şəhərində keçirilmiş 40-cı ənənəvi beynəlxalq uşaq incəsənət sərgisində respublikamızdan 30 uşağın 481 əsəri təqdim edilmiş, 67 ölkədən 26 mindən çox sənət nümunələrinin nümayiş olunduğu həmin tədbirdə 5 azərbaycanlı müəllifin əl işləri mükafata layiq görülmüşdür.

UNESCO Azərbaycanda xalqımızın tarixi, incəsənəti, musiqisi bütövlükdə mədəni irsi ilə maraqlandıqca  xəzinə kəşf edirmiş kimi heyrətini gizlətmədən çox zəngin mədəni sərvətə malik olduğumuzu dünyaya təqdim edən  nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Sevindirici haldır ki, o, Azərbaycanla əməkdaşlığın çərçivəsini daha da genişləndirir. Beynəlxalq tədbirlərin Bakıda keçirilməsinə maraq göstərən qurumun xalqımızın sahib olduğu zəngin mədəniyyətini dünyaya nümayiş etdirməsi qarşılıqlı əməkdaşlığın bariz nümunələrindən biridir. Məhz  bu mötəbər təşkilatla sıx əməkdaşlığın nəticəsidir ki, xalqımızın tarixi keçmişini, həyat tərzini, adət-ənənələrini özündə yaşadan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız qalası UNESCO-nun Dünya İrs siyahısına daxil edilib.  2003-cü ildən Azərbaycan muğamları da bu mötəbər qurum tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub, nadir irs kimi siyahıya əlavə edilmişdir. 2009-cu ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi məhz bu əməkdaşlığın nəticəsidir.

Bu ilin may ayında Bakıda Heydər Əliyev Mərkəzində dünyanın 90 ölkəsindən 500-dən çox nümayəndənin  iştirakı ilə keçirilən "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azırbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Bakı, əslində, coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir. Belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayan ölkə başçısı demişdir: "Biz fəxr edirik ki, bu gün müstəqil Azərbaycan çoxmillətli çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil öz rolunu oynamışdır".

Forumda  həmçinin o da qeyd edilmişdir ki, tarix boyu Azərbaycan xalqı onunla bir məmləkətdə yaşayan xalqlarla mehriban olmuş, qonşuluq münasibətlərini yaşatmağa çalışmışdır. Lakin  Ermənistanın  həyata keçirdiyi təcavüzkar siyasət  nəticəsində torpaqlarımız işğal edilmişdir. Azərbaycan 20 ildən çoxdur ki, erməni vandallarının təcavüzünə məruz qalmışdır. Nəticədə  mədəni abidələr qəddarlıqla dağıdılmış, sərvətlər talanmış, bir sözlə, həm bu ölkənin sakinləri, həm onların dədə-babalarının yaratdığı milli sərvətlər ermənilər tərəfindən vəhşi münasibətlərə məruz qalmışdır. UNESCO-nun baş direktoru İrina Bokova çıxış edərək mədəni irsin qorunmasını bütün bəşəriyyətin qarşısında duran vacib məsələ kimi səciyyələndirmişdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi həmin ərazilərdə olan mədəniyyət abidələrini dağıtması iştirakçılar tərəfindən qətiyyətlə pislənilmişdir. Bir sözlə, mədəniyyətlərarası dialoqun bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərindən biri əgər xalqların bir-birinə daha çox yaxınlaşmasına xidmət etməkdirsə, digəri isə işğala, təcavüzə son qoymaq bunu bütün millətlərə bəyan etmək, Azərbaycanın haqq səsini dünyaya yaymaqdır.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 2.