Azərbaycan ilə Rusiya arasında müdafiə sənayesi sahəsində
əməkdaşlığın perspektivləri müzakirə
edilmişdir
Avqustun 6-da Azərbaycan
Respublikasının müdafiə sənayesi naziri
Yavər Camalov Rusiya
Federasiyasının Taktiki Raket
Silahları Korporasiyasının baş direktoru Boris Obnasovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Müdafiə Sənayesi
Nazirliyindən bildirmişlər ki,
görüşdə nazir Yavər Camalov nümayəndə heyətinə qurumun fəaliyyəti barədə məlumat vermişdir.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi
sahəsində əməkdaşlığın perspektivləri
və qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilmişdir. B.Obnasov səmimi görüşə görə
minnətdarlığını bildirmişdir.
Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.