ABŞ ilə Azərbaycan
arasında hərbi-texniki əməkdaşlığın
istiqamətləri barədə geniş fikir mübadiləsi aparılmışdır
Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev
ABŞ-ın müdafiə naziri Çak Heygelin dəvəti
ilə Vaşinqtonda səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, nazir
S.Əbiyev əvvəlcə "Arlinqton"
xiyabanını ziyarət edərək Naməlum əsgərin
məzarı önünə əklil qoymuşdur.
Sonra müdafiə naziri
Pentaqona gəlmişdir.
Nazir Səfər Əbiyev Pentaqonun giriş
qapısında düzülmüş fəxri
qarovul dəstəsi və ABŞ
müdafiə naziri Çak
Heygel tərəfindən təntənəli
surətdə qarşılanmışdır.
Görüşdə
Azərbaycan ilə ABŞ arasında strateji
tərəfdaşlıq münasibətlərinin müxtəlif
aspektlərinə toxunan nazir
Səfər Əbiyev əlaqələrin qurulmasında və
inkişafında Azərbaycanın praktiki
addımlarının xüsusi önəmi
olduğunu qeyd etmişdir.
O bildirmişdir ki,
ABŞ ilə Azərbaycan arasında müdafiə sahəsində
bir sıra proqramlar
üzrə əməkdaşlığın davam
etdirilməsi istiqamətində müsbət nəticələr
əldə olunmuşdur.
Nazir ölkəmizin 2014-cü
ildən sonra da
Əfqanıstandakı əməliyyatlara töhfə verəcəyini
vurğulamış və artıq bu niyyətin
NATO tərəfindən dəstəkləndiyini həmkarının
diqqətinə çatdırmışdır. Səfər
Əbiyev beynəlxalq terrorizmə qarşı mübarizədə
səylərin birləşdirilməsinin və beynəlxalq koalisiya əməliyyatlarında birgə
iştirakın verdiyi töhfələrin
əməkdaşlığın möhkəmləndirilməsində
böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Avratlantik təhlükəsizliyə
töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işlərdən danışan
Səfər Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji
əməkdaşlığın inkişaf
etdirilməsində mühüm amilə çevrildiyini vurğulamışdır.
Cənubi Qafqaz
regionunda hərbi-siyasi vəziyyət barədə
söhbət açan müdafiə naziri bildirmişdir ki, Azərbaycan torpaqları 20 ildir
işğal altındadır. ABŞ və
beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
münasibətdə beynəlxalq hüquq
normalarına əsaslanaraq təcavüzkarla işğala
məruz qalan tərəfi fərqləndirmirlər.
Ermənistanın işğalçı siyasəti
nəticəsində Azərbaycanda bir milyondan artıq insan öz ölkəsində qaçqın və
məcburi köçkün vəziyyətinə
düşmüşdür. Çox təəssüf ki,
beynəlxalq təşkilatlar və aparıcı dövlətlər
tərəfindən bu günədək
Ermənistanın işğalçı ölkə olduğu bəyan edilməmişdir.
Səfər Əbiyev bu məsələdə 907-ci düzəlişin
indiyədək aradan
qaldırılmamasının yaratdığı problemləri
və bunun ABŞ-ın xarici
siyasəti ilə ziddiyyət təşkil etdiyini
xüsusi vurğulamışdır.
Nazir Səfər
Əbiyev Dağlıq Qarabağ münaqişəsinin
həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad
olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi-siyasi vəziyyətin
davam edəcəyini amerikalı həmkarının
diqqətinə çatdırmışdır.
Görüş zamanı
ABŞ-ın müdafiə naziri Çak Heygel müdafiə
naziri Səfər Əbiyevin fikirləri
ilə razılaşdığını bildirmiş
və Azərbaycanın dostu olaraq bundan sonra
da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə
səy göstərəcəyini vurğulamışdır.
Daha sonra
nazirlər ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın
istiqamətləri barədə geniş fikir mübadiləsi aparmışlar.
Çak Heygel
müdafiə nazirindən Azərbaycan Respublikasının
Prezidentinə salamlarını çatdırmasını xahiş etmişdir.
Görüşün sonunda
Azərbaycan Respublikasının müdafiə naziri
Səfər Əbiyev ABŞ müdafiə naziri
Çak Heygellə Azərbaycana rəsmi
səfərə dəvət məktubunu təqdim etmişdir.
Ç.Heygel dəvəti məmnuniyyətlə
qəbul etdiyini bildirmişdir.
Azərbaycan
Respublikasının müdafiə naziri Səfər
Əbiyevin həmin gün ABŞ Hərbi
Dəniz Qüvvələrinin komandanı ilə də görüşü olmuşdur.
Söhbət
zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri
arasında əməkdaşlığın hazırkı vəziyyəti
və inkişaf perspektivləri ətrafında
müzakirələr aparılmışdır.
Hər iki
görüşdə Azərbaycanın ABŞ-dakı səfiri
Elin Süleymanov iştirak etmişdir.
Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.