Pentaqonun başçısı
ABŞ ilə strateji tərəfdaşlığa
görə Azərbaycanın müdafiə naziri
Səfər Əbiyevə minnətdarlığını bildirmişdir
ABŞ
Müdafiə Nazirliyinin mətbuat xidmətinin
məlumatına görə,
Birləşmiş Ştatların müdafiə naziri Çak Heygel Azərbaycan hökumətinin
Əfqanıstanda hərbi əməliyyatlarda Birləşmiş
Ştatlara davamlı dəstəyinə, o cümlədən Azərbaycanın hərbi
kontingentinin Əfqanıstanda Beynəlxalq
Təhlükəsizliyə Yardım
Qüvvələrinin (ISAF) missiyasında
iştirakına görə Vaşinqtonda
rəsmi səfərdə olan Azərbaycanın
müdafiə naziri Səfər Əbiyevə
minnətdarlığını bildirmişdir.
Pentaqonun mətbuat
xidmətinin başçısı Corc Litl mətbuat konfransında
çıxışında Əfqanıstanda ABŞ
qoşunlarının maddi-texniki təminatı
üçün yerüstü,
hava və dəniz tranzit
məkanının təqdim edilməsində Azərbaycanın
rolunu xüsusi
vurğulamışdır.
O bildirmişdir ki, hər iki ölkənin
müdafiə nazirləri terrorizmə qarşı mübarizə
və dənizdə təhlükəsizliyin təmin
olunması sahəsində NATO ilə interperabellik
məsələlərinə dair işi davam etdirmək barədə
razılığa gəlmişlər. Regional
təhlükəsizlik məsələləri də
müzakirə edilmişdir. Pentaqonun rəhbəri
vurğulamışdır ki,
İranın yeni seçilmiş
prezidenti Həsən Ruhani
ölkəsinin dünya birliyini
narahat edən nüvə proqramı ilə
bağlı təcili tədbirlər görməlidir. Mətbuat
katibi demişdir:
"Müdafiə naziri Ç.Heygel
regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında Azərbaycanın
rolunu qiymətləndirir və strateji tərəfdaşlığı davam etdirməyə maraq
göstərir".
ABŞ-ın
hərbi sahədə Azərbaycana köməyi mülki və hərbi münasibətlərə
dair məsləhətlər verilməsini,
peşəkar hərbi təhsil almaq,
fövqəladə hallarda idarəçilik
vərdişlərinə yiyələnmək üçün
imkan yaradılmasını nəzərdə
tutur.
Pentaqonun
nümayəndəsi qeyd etmişdir
ki, ABŞ Azərbaycanın
qarşılıqlı fəaliyyət dəstələrinin,
o cümlədən Kosovo,
İraq və Əfqanıstanda beynəlxalq
missiyalarda iştirak etmiş sülhməramlılar batalyonunun inkişafı və təkmilləşdirilməsi
məsələlərində Bakıya yardım göstərir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.