119 saylı Ağdam
kənd seçki dairəsi dairə seçki komissiyasının yeni
inzibati binası istifadəyə verilmişdir
Ağdam rayonunun
Quzanlı qəsəbəsində 119 saylı Ağdam
kənd seçki dairəsi dairə seçki komissiyası üçün
yeni inşa edilmiş inzibati bina istifadəyə verilmişdir.
Bu münasibətlə
keçirilən mərasimdə çıxış edənlər
ölkəmizdə gedən hərtərəfli inkişafdan, o cümlədən
demokratik cəmiyyət quruculuğu
istiqamətində görülən işlərdən
danışmış, dairə seçki
komissiyası üçün yeni inzibati binanın tikilib istifadəyə verilməsini bu sahədə
atılan müsbət addım kimi dəyərləndirmişlər.
Sonra rəmzi
qırmızı lent kəsilmiş, mərasim
iştirakçıları binada
yaradılan şəraitlə tanış olmuşlar.
Müasir texnologiya və
avadanlıqla təmin olunmuş binada iclas zalı, 8 iş otağı, arxiv və
yardımçı otaqlar
yaradılmış, tikili istilik
sistemi ilə təchiz edilmişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.