Mərkəzi Seçki Komissiyası bölgələrdə
seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslara
başlamışdır
Avqustun 5-də Mərkəzi
Seçki Komissiyası (MSK) Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli
və "Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının
müdafiəsinin
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq
edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli sərəncamlarının
icrası ilə əlaqədar regionlarda seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslara
başlamışdır.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki
dairəsi dairə seçki
komissiyasında seçki hüquqları
üzrə ixtisaslaşdırılmış kurslarda
dairə seçki komissiyasının
üzvləri və dairənin əhatə etdiyi
məntəqə seçki
komissiyalarının sədrləri iştirak
edirlər.
Kursun ikinci günündə
müdavimlər MSK-nın nümayəndələri Şahin Əsədli və Əziz Məhərrəmovun
"Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu,
yerli və xarici
müşahidəçilərin hüquq
və vəzifələri", rayon polis şöbəsinin rəisi Vaqif İsmayılovun "Seçici siyahılarının
təkmilləşdirilməsi, rəsmi seçki
sənədlərinin daşınması və
saxlanılmasının təhlükəsizliyinin təmin
edilməsi, habelə asayişin
qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu,
onların seçki komissiyaları ilə
qarşılıqlı əlaqələri", 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə
seçki komissiyasının sədri Xəqani
Vəliyevin "Azərbaycan Respublikası Prezidentinin
seçkilərinə hazırlıq, seçkilərin
keçirilməsi, səslərin hesablanması və nəticələrin
rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri
və fəaliyyətlərinin təşkili"
mövzularında məruzələrini dinləmişlər.
105 saylı Tovuz, 107 saylı Qazax, 108
saylı Ağstafa seçki
dairələri dairə seçki
komissiyalarında keçirilən kurslarda
da müdavimlərə bir
sıra qanunvericilik aktları, təlimatlar
barədə ətraflı məlumatlar verilmiş,
bəzi məsələlərə aydınlıq gətirilmişdir.
Məruzələrdə
və çıxışlarda 2013-cü ilin
prezident seçkilərinə
hazırlıq məsələlərinə geniş
yer ayrılmış, seçkilərin azad, demokratik və şəffaf
keçirilməsi məqsədi ilə bütün
şəhər və rayonlarda dairə seçki komissiyaları üçün
hər cür şəraitin
yaradıldığı bildirilmişdir. Həmçinin
seçicilərin hüquqlarının qorunması,
seçkiqabağı təşviqatın aparılmasına normal şəraitin yaradılması və digər
məsələlərdən də geniş
bəhs olunmuşdur.
* * *
Avqustun 6-da Mərdəkan
mədəniyyət sarayında 13 saylı Xəzər-Pirallahı
və 14 saylı Xəzər seçki
dairələri dairə seçki
komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirilmişdir.
Kursda çıxış edən
Xəzər Rayon Polis
İdarəsinin rəis müavini Ələddin
Səfərov seçkilərin hazırlanmasında və
keçirilməsində daxili işlər
orqanlarının
qarşısında duran vəzifələrdən
danışmışdır. Bildirilmişdir
ki, əsas vəzifələrdən biri də ölkədə mövcud
olan sabitliyi qoruyub saxlamaq və təmin
etməkdir. Daxili İşlər Nazirliyi (DİN)
seçicilərin səsvermə hüququnun
reallaşdırılması üçün
onların hər birinin şəxsiyyət
vəsiqəsi ilə təmin olunması məsələsini ciddi nəzarətdə saxlayır. DİN
seçkilər prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin
tam təmin olunması istiqamətində
də seçki komissiyaları ilə
qarşılıqlı əlaqə şəraitində fəaliyyət
göstərəcəkdir. Daxili işlər
orqanlarının əməkdaşları DİN tərəfindən
seçkilərlə bağlı hazırlanmış tədbirlər
planına uyğun olaraq
artıq fəaliyyət göstərməkdədirlər.
Dairə seçki
komissiyalarının sədrləri Mütəllim Balaqardaşov və İmran
Qəmbərov çıxış edərək kursların əhəmiyyətini
vurğulamışlar. Bildirilmişdir ki, kurslar Azərbaycan
Prezidentinin "Azərbaycan
Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq
edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan
Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli
sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Natiqlər
bildirmişlər ki, respublikamızda həyata
keçirilən uğurlu siyasət nəticəsində
demokratik seçkilərin keçirilməsi
üçün zəruri ictimai-siyasi
sabitlik bərqərar olmuş,
beynəlxalq təcrübəyə söykənən mütərəqqi
hüquqi baza
yaradılmışdır.
Dövlət başçısının siyasi
iradəsi, diqqəti və qayğısı nəticəsində
ölkəmizdə demokratik seçki təcrübəsi ildən-ilə
mükəmməlləşdirilir. Qarşıdan gələn
seçkilər tam azad,
şəffaf və demokratik şəraitdə
keçiriləcəkdir.
Həmin gün
26 saylı Sabunçu birinci
və 27 saylı Sabunçu ikinci seçki dairələri
dairə seçki komissiyalarının inzibati binalarında da seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar keçirilmişdir.
Prezident seçkilərinin
ölkəmizin ictimai-siyasi həyatındakı
mühüm rolundan
danışan 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki
komissiyasının sədri Hacı Əliyev seçkilərə
hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə
düşən məsul vəzifələrdən, bu
sahədə hər kəsin yüksək məsuliyyətindən
ətraflı danışmışdır.
27 saylı Sabunçu
ikinci seçki dairəsi
dairə seçki komissiyasının sədri
Nadir Əjdərov seçki hüququ
üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən
danışmışdır. Bildirilmişdir
ki, Prezident İlham Əliyevin müvafiq
sərəncamlarına uyğun olaraq keçirilən kurslar
bu sahədə görülən
genişmiqyaslı işlərin tərkib hissəsidir.
Kurslarda MSK-nın üzvü Şaitdin
Əliyev "Seçki prosesində
kütləvi informasiya vasitələrinin
rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda çıxış etmiş, seçicilərin hüquqlarının
qorunması, seçkiqabağı təşviqatın
aparılmasına normal şəraitin
yaradılması və s. məsələlərdən ətraflı
söhbət açmışdır.
Sonda kurs
iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, geniş fikir mübadiləsi
aparılmışdır.
* * *
Avqustun 6-da 51
saylı Qusar, 52 saylı Quba
və 53 saylı Quba-Qusar seçki
dairələri dairə seçki
komissiyalarında təşkil edilmiş kurslarda MSK-nın üzvü
Validə Kazımova və bu qurumun təşkilat şöbəsinin müdiri İsmayıl Abbasəliyev mühazirə
ilə çıxış etmişlər.
Təqdim olunan məruzələrdə bildirilmişdir
ki, kurslar Azərbaycan
Prezidentinin "Azərbaycan
Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq
edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan
Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli
sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Məruzələrdə
prezident seçkilərinin ölkəmizin
ictimai-siyasi həyatındakı mühüm rolundan,
seçkilərin azad, demokratik
və şəffaf keçirilməsi üçün
möhkəm hüquqi bazanın
yaradılmasından, seçkilərə hazırlıqda dairə
və məntəqə seçki
komissiyalarının üzərinə düşən məsul vəzifələrdən,
bu sahədə hər kəsin yüksək
məsuliyyətindən ətraflı
danışılmışdır.
54 saylı Şabran-Siyəzən
seçki dairəsində də
kursların ikinci günü müvəffəqiyyətlə keçirilmişdir. Dairə seçki komissiyasının sədri
Əmircan Ocaqov bildirmişdir
ki, burada təşkil
edilmiş kurslarda Şabran Rayon Məhkəməsinin
nümayəndəsi Səfa Məmmədov dairə seçki komissiyasının üzvləri və
dairənin əhatə etdiyi 68 məntəqə
seçki komissiyasının sədrləri
qarşısında maarifləndirici mühazirə ilə
çıxış etmişdir.
Kursların ikinci günündə Xaçmaz
Rayon Polis Şöbəsinin
rəis əvəzi Valik Vəlimətov
55 saylı Xaçmaz şəhər, Xudat Şəhər Polis Bölməsinin
rəisi Elçin Rəcəbov isə 56
saylı Xaçmaz kənd seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda
mühazirələrlə çıxış etmişlər.
Bildirilmişdir ki,
ölkəmizdə seçkilərin keçirilməsi üçün zəruri olan
ictimai-siyasi sabitlik mövcuddur.
MSK tərəfindən regionlarda dairə seçki
komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki
hüququ üzrə
ixtisaslaşdırılmış kurslar avqust ayının 8-dək davam
etdiriləcəkdir.
* * *
98 saylı
Şəmkir şəhər, 99 saylı Şəmkir kənd
və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarında avqustun
6-da keçirilən kurslar seçki prosesində vacib
olan bir neçə məsələnin
müzakirəsi ilə yadda
qalmışdır.
"Seçki siyahılarının təkmilləşdirilməsi,
rəsmi seçki sənədlərinin
daşınması və saxlanılmasının təhlükəsizliyinin
təmin edilməsi, habelə asayişin
qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu,
onların seçki komissiyaları ilə
qarşılıqlı əlaqələri", "Azərbaycan Respublikası
Prezidentinin seçkilərinə
hazırlıq, seçkilərin keçirilməsi, səslərin
hesablanması və nəticələrin rəsmiləşdirilməsi
işində məntəqə seçki
komissiyalarının vəzifələri və fəaliyyətinin
təşkili" mövzularında dinlənilən məruzələrdən
sonra müzakirələr olmuşdur.
Müzakirələrdə
bildirilmişdir ki,
2013-cü il oktyabrın 9-da ölkəmizdə
növbəti prezident seçkiləri
keçiriləcəkdir. 2008-ci il
oktyabrın 15-də keçirilən prezident
seçkilərinin yekunları bir daha göstərdi
ki, Azərbaycan demokratik
cəmiyyət quruculuğu yolu ilə irəliləyən ölkələr
sırasındadır. Bütün sahələrdə olduğu kimi, seçki sistemində
də uğurlu nəticələrə imza atan ölkəmiz bu sahədə dünyanın bir
çox ölkəsinə nümunə ola bilər. Şəffaf və demokratik şəraitdə keçən
seçkilər xalqımızın iradəsini ifadə etməklə
yanaşı, bu sahədə müəyyən
təcrübənin qazanılmasına da
müsbət təsir göstərir.
Məruzəçilər
onu da qeyd
etmişlər ki, Azərbaycan
Respublikasının Seçki Məcəlləsi
mükəmməl sənəd olaraq hər
bir vətəndaşın fəal seçki hüquqlarına təminat
yaradır. Dünya standartlarına
uyğunlaşdırılmış Seçki
Məcəlləsi beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilmiş, seçki
üzrə ixtisaslaşmış təsisatların müsbət
rəyini almışdır. Lakin Seçki Məcəlləsi daim
təkmilləşməyə ehtiyacı olan
qanunvericilik aktıdır. Bu mənada məcəllə
qəbul edildikdən sonra ona
müəyyən əlavələrin və dəyişikliklərin
edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikada
ümumi prinsiplər baxımından dünyada qəbul edilən modelə uyğun seçkilərin keçirilməsinin
daim diqqət mərkəzində
olmasından xəbər verir.
Kurslarda seçkilərdə
böyük əhəmiyyət
daşıyan seçki
siyahılarının təkmilləşdirilməsi,
rəsmi seçki sənədlərinin
daşınması, təhlükəsizliyin təmin edilməsi
və asayişin qorunması, həmçinin
səslərin hesablanması və nəticələrinin rəsmiləşdirilməsi kimi mövzular ətrafında fikir
mübadiləsi aparılmışdır.
Mərkəzi
Seçki Komissiyasının təşkil
etdiyi kursların ikinci
günündə Gəncədəki 37 saylı Nizami I, 38 saylı Nizami
II, 39 saylı Kəpəz I və 40 saylı Kəpəz II seçki dairələrində də yaddaqalan müzakirələr olmuşdur.
Şəhər icra hakimiyyətinin məsul
işçiləri, eləcə də Nizami
və Kəpəz rayonları məhkəmələri sədrlərinin
seçkilərin azad və demokratik keçirilməsi üçün
ən çox diqqət yetiriləcək
məsələlərdən bəhs edən məruzələri
dinlənilmişdir.
Məruzələrdə
qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin
seçkilərinə hazırlıq, seçkilərin
keçirilməsi, səslərin hesablanması və nəticələrin
rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzərinə
böyük vəzifələr düşür. Hər bir məntəqə
sədri və onun üzvləri seçki prosesinə mənfi təsir göstərə
biləcək amillərə qarşı mübariz
olmalı, azad fikir
şəraiti yaratmalıdırlar.
MSK-nın
ixtisaslaşdırılmış kursları 96 saylı Goranboy-Naftalan, Goranboy-Ağdam-Tərtər,
101 saylı Göygöl-Daşkəsən, 102 saylı
Samux-Şəmkir, 103 saylı Gədəbəy və 104
saylı Gədəbəy-Tovuz seçki
dairələrində də maraqlı və yaddaqalan
müzakirələrlə davam etdirilmiş, iştirakçıları
maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Dairə seçki
komissiyalarının üzvləri və məntəqə seçki komissiyaları sədrləri üçün
ixtisaslaşdırılmış kurslar avqustun 7-də davam etdiriləcəkdir.
* * *
Avqustun 6-da Qarabağ bölgəsində keçirilən
təlim məşğələlərinin ikinci
günündə MSK nümayəndələrinin, rayon polis şöbələri
rəislərinin, dairə seçki
komissiyaları (DSK) sədrlərinin seçki
hüququ ilə əlaqədar müxtəlif
mövzularda məruzələri dinlənilmişdir.
Bərdə
rayonunda fəaliyyət göstərən
93 saylı Bərdə şəhər və 94 saylı Bərdə
kənd seçki dairələri dairə
seçki komissiyalarında təşkil olunan kurslarda MSK-nın
nümayəndələri Samir
Tağıyev, Şirzad Məmmədli, rayon polis şöbəsinin
rəisi Hikmət Quliyev, DSK-ların
sədrləri Şakir Əliyev və Asif Hüseynov, "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçici siyahılarının təkmilləşdirilməsi,
rəsmi seçki sənədlərinin
daşınması və saxlanmasının təhlükəsizliyinin
təmin edilməsi, asayişin
qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu.
Onların seçki
komissiyaları ilə qarşılıqlı əlaqələri",
"Azərbaycan Respublikası Prezidentinin
seçkilərinə hazırlıq, seçkilərin
keçirilməsi, səslərin hesablanması və nəticələrin
rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri
və fəaliyyətlərinin təşkili"
mövzularında məruzələrlə
çıxış etmişlər.
Məruzələrdə
oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq,
məntəqə seçki
komissiyaları sədrlərinin vəzifələri, məntəqələrin
fəaliyyətlərinin təşkili, seçki
prosesində KİV-lərin rolu və sair məsələlər barədə
danışılmış, müvafiq
tövsiyələr verilmiş, vətəndaşların
Konstitusiyada təsbit olunmuş
hüquqları barədə fikir
mübadiləsi aparılmışdır. Bildirilmişdir
ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti
prezident seçkilərinin də şəffaf
və demokratik keçirilməsi, obyektivliyin təmin olunması məqsədi ilə
ölkəmizdə bütün imkanlar yaradılmışdır.
Bölgənin
digər seçki dairələrində də
eyni mövzularda məruzələr
dinlənilmiş, MSK-nın təmsilçiləri dairə seçki komissiyaları üzvlərini və
məntəqə seçki
komissiyaları sədrlərini maraqlandıran məsələlərə
aydınlıq gətirmişlər.
95 saylı Tərtər
seçki dairəsi dairə seçki komissiyasının 9 üzvünün,
37 məntəqə sədrinin, habelə qaçqın və
köçkün rayonlarının seçki məntəqələri sədrlərinin
iştirak etdikləri kursda
tematik plana uyğun olaraq məruzələr dinlənilmiş, seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə
həyata keçirilməsi üçün
məntəqə seçki
komissiyalarının sədrlərinə tövsiyələr verilmişdir.
İxtisaslaşdırılmış
kurslar 119 saylı Ağdam
kənd seçki dairəsi dairə seçki komissiyası üçün
əlamətdar olmuşdur. Həmin gün Quzanlı qəsəbəsində DSK üçün inşa edilmiş yeni inzibati bina istifadəyə
verilmişdir.
Yeni binada
keçirilən kursda 37 məntəqə
seçki komissiyasının sədri, eləcə
də 118 saylı Ağdam şəhər
seçki dairəsi üzrə 21, digər
işğal altında olan
rayonlardan 2 məntəqə sədri iştirak etmişdir. MSK-nın nümayəndəsi Ramin
Nurəliyev, rayon polis
şöbəsinin rəisi və DSK-nın sədri məruzələr
etmiş, seçkilərin demokratik və şəffaf keçirilməsi
üçün məntəqə seçki komissiyalarının vəzifələrindən
danışmışlar.
82 saylı Ağcabədi seçki dairəsi dairə seçki
komissiyasında ixtisaslaşdırılmış kurslar uğurla davam etdirilmişdir. Kursda 43 məntəqə seçki
komissiyasının sədri, dairə seçki
komissiyasının 8 üzvü, həmçinin
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 3 məntəqə sədri
iştirak etmişlər.
Məruzələrdə
xüsusilə seçki prosesində
KİV-lərin rolu, yerli
və xarici müşahidəçilərin
hüquq və vəzifələri
iştirakçıların diqqətinə
çatdırılmışdır.
Vurğulanmışdır ki, seçkilərin
azad və demokratik
keçirilməsi üçün məntəqələrdə
lazımi şərait yaradılmalı, seçki
prosesi zamanı qanunvericiliyin
tələblərinin pozulması hallarına qarşı tədbirlər
görülməlidir.
83 saylı
Ağcabədi-Füzuli seçki dairəsində
keçirilmiş kursda
rayon polis şöbəsinin
rəisi Şamil Seyidli
və DSK-nın sədri Mübahir Nəsirov
məruzələrində seçici
siyahılarının təkmilləşdirilməsi, seçki sənədlərinin
daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi,
seçkilərə hazırlıq, seçkilərin yüksək
səviyyədə keçirilməsi və səslərin
hesablanmasından bəhs etmişlər.
İxtisaslaşdırılmış
kurslar 84 saylı Füzuli
seçki dairəsi dairə seçki komissiyasında da
uğurla davam etdirilmişdir. Rayon polis şöbəsinin rəisi Kamandar Əsədov və DSK-nın sədri Ramiz Teymurov seçki prosesi ilə bağlı qarşıda duran vəzifələrdən
danışmışlar. Qeyd olunmuşdur ki,
qarşıdan gələn prezident
seçkilərində hər bir seçicinin öz iradəsini
ifadə etməsi, KİV nümayəndələrinin fəaliyyəti,
yerli və xarici
müşahidəçilərin seçki
prosesini izləməsi üçün
şəffaf şərait yaradılmalı, seçkilərin
demokratik keçirilməsi təmin
olunmalıdır.
Ağcabədi
rayonunun Taxtakörpü
ərazisində yerləşən 121 saylı Laçın seçki dairəsi dairə seçki
komissiyasında keçirilən kurslarda seçki hüququ və onun təminatının qanunvericilik
əsasları, aşağı seçki
komissiyaları və məhkəmələr tərəfindən
seçki hüququnun
qorunması mexanizmləri,
prezident seçkilərinin keçirilməsi,
səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi
və sair barədə məlumat verilmişdir.
48 saylı Yevlax
seçki dairəsi dairə seçki komissiyasında təşkil olunmuş kurslarda
DSK-nın üzvləri və 29 məntəqənin sədri iştirak etmişlər. Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvü
İlham Məmmədov, rayon
prokuroru və DSK-nın sədri məruzə edərək seçki hüququ, yerli və beynəlxalq müşahidəçilər,
eləcə də namizədlərin səlahiyyətli
nümayəndələri ilə işin
təşkili barədə danışmış,
seçkilərin demokratik və şəffaf
keçirilməsində məntəqə seçki
komissiyalarının vəzifələri və fəaliyyətlərindən
bəhs etmişlər.
* * *
Mərkəzi
Seçki Komissiyasının 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki
dairələri dairə seçki
komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi
kurslarda rayon polis şöbəsinin rəisi İslam Hümbətovun "Seçici
siyahılarının təkmilləşdirilməsi, rəsmi
seçki sənədlərinin
daşınması və saxlanılmasının təhlükəsizliyinin
təmin edilməsi, habelə asayişin
qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu,
onların seçki komissiyaları ilə
qarşılıqlı əlaqələri" mövzusunda məruzəsi dinlənilmişdir.
Avqustun 6-da kurslarda, həmçinin 88 saylı Göyçay seçki
dairəsi dairə seçki
komissiyasının sədri Eldəniz Həmidov və 89
saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki
komissiyasının sədri Nizam Məhərrəmov
"Azərbaycan Respublikası Prezidentinin
seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi,
səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi
işində məntəqə seçki
komissiyalarının vəzifələri və fəaliyyətlərinin
təşkili" mövzusunda məruzə
etmişlər.
Qeyd edilmişdir ki,
qarşıdan gələn prezident
seçkilərinə hazırlıq məqsədilə təşkil
olunmuş bu kurslar Azərbaycanda seçkilərin beynəlxalq
standartlara uyğun,
yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət
daşıyır.
Natiqlər onu da vurğulamışlar ki,
əvvəlki seçkilərdə olduğu
kimi, növbəti prezident
seçkilərində də obyektivliyin təmin
olunması, seçicilərin hüquqlarının
qorunması, onların səsvermə prosesində sərbəst
iştirakı üçün bütün imkanlar
yaradılmışdır. Bunun üçün dairə seçki
komissiyaları sədrlərinin seçki
hüquqları barədə kifayət qədər bilik və təcrübələri vardır. Kurslarda seçki prosesində kütləvi informasiya vasitələrinin rolu,
yerli və xarici
müşahidəçilərin hüquq
və vəzifələrindən danışılmış,
rayonda insan
hüquqlarının müdafiəsi, seçki
hüquqlarının, seçicilərin şəxsiyyət vəsiqəsi
ilə təmin olunması işinin təkmilləşdirilməsi
və digər zəruri məsələlər müzakirə
edilmişdir.
Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi ixtisaslaşdırılmış kurslar 116 saylı Qəbələ, 47 saylı
Mingəçevir, 90 saylı Ağdaş
seçki dairələri dairə seçki komissiyalarında da
uğurla davam edir.
Kursların ikinci
günündə həmin dairə seçki
komissiyalarında da eyni
mövzular üzrə məruzələr
dinlənilmiş, müzakirələr aparılmış,
müdavimlərin sualları
cavablandırılmışdır.
* * *
Avqustun 6-da Lənkəran
şəhərindəki Heydər Əliyev Mərkəzində
keçirilən kurslarda 73 saylı Lənkəran
şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı
Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara
seçki dairələri dairə seçki komissiyalarının üzvləri və
məntəqə
seçki komissiyalarının sədrləri
iştirak etmişlər.
Təlim məşğələsində
rayon məhkəməsinin sədri Elçin Kazımov "Seçki
hüququ və onun təminatının
qanunvericilik əsasları,
aşağı seçki komissiyaları
və məhkəmələr tərəfindən seçki hüququnun
qorunması mexanizmləri", rayon polis şöbəsi rəisinin müavini Şaban Kərimov
"Seçici siyahılarının təkmilləşdirilməsi,
rəsmi seçki sənədlərinin
daşınması və saxlanılmasının təhlükəsizliyinin
təmin edilməsi, habelə asayişin
qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu,
onların seçki komissiyaları ilə
qarşılıqlı əlaqələri", rayon prokurorunun müavini Mülkün
Mahmudov "Seçki
subyektləri, seçki
hüquqlarının pozulmasına görə məsuliyyət
nəzərdə tutan qanunvericilik
aktları və məsuliyyət növləri", MSK-nın
üzvü Qabil Orucov "Seçki
prosesində KİV-lərin rolu, yerli və xarici
müşahidəçilərin hüquq
və vəzifələri" mövzularında
çıxış etmişlər.
Məruzələrdə
qeyd olunmuşdur ki, qarşıdan gələn prezident
seçkilərinə hazırlıq məqsədilə təşkil
olunmuş
ixtisaslaşdırılmış kurslar
Avropanın bir hissəsi olan
Azərbaycanda seçkilərin beynəlxalq standartlara
uyğun, yüksək səviyyədə
keçirilməsində mühüm əhəmiyyət
daşıyır.
Bildirilmişdir ki, əvvəlki
seçkilərdə olduğu kimi, növbəti prezident
seçkilərində də obyektivliyin təmin
olunması üçün ölkəmizdə
hər cür şərait
yaradılmışdır. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin seçki hüquqları barədə kifayət
qədər bilik və təcrübələri
vardır.
Seçki prosesinin bütün mərhələlərinin
müvəffəqiyyətlə həyata keçirilməsinin
vacibliyini vurğulayan
natiqlər dairə seçki
komissiyaları üzvlərinin məntəqə seçki komissiyalarında maarifləndirmə
istiqamətində zəruri işlər aparmalarının
vacibliyindən də danışmış, seçki
prosesində mənfi
hallara qarşı mümkün
olan bütün
işlərin görülməsinin vacibliyini
diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, oktyabrın 9-da ölkəmizdə növbəti
seçkilərin azad, demokratik
və şəffaf şəraitdə keçməsi ilk növbədə seçki
məntəqələrində səsvermə prosesinin
mövcud təlimatlara uyğun
təşkil edilməsindən, komissiya
üzvlərinin hazırlıq səviyyəsindən
asılıdır.
Ölkəmizdə həyata keçirilən uğurlu
siyasət nəticəsində demokratik
seçkilərin keçirilməsi üçün
möhkəm qanunvericilik bazası
yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Həmin gün 67 saylı Cəlilabad şəhər,
68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar,
70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd,
72 saylı Yardımlı-Masallı, 77 saylı Astara və 78 saylı Lerik
seçki dairələri dairə seçki komissiyalarında keçirilən
ixtisaslaşdırılmış
kurslarda çıxış edənlər
iştirakçılara seçki hüququna dair müxtəlif
məsələlər barədə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları
cavablandırmışlar.
* * *
41 saylı
Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü,
44 saylı Sumqayıt-Abşeron və 45 saylı Abşeron seçki dairələri
dairə seçki komissiyalarında (DSK)
keçirilən seçki
hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda DSK-nın üzvləri və dairənin
əhatə etdiyi məntəqə seçki
komissiyalarının sədrləri, həmçinin
qaçqın və məcburi köçkün
rayonlarının dairə seçki
komissiyalarının sədrləri iştirak
etmişlər.
İxtisaslaşdırılmış
kursların ikinci günündə
müdavimlər Mərkəzi Seçki
Komissiyasının katibliyinin şöbə
müdiri Zirəddin Cəlilovun, Mərkəzi
Seçki Komissiyasının üzvü Fuad Cavadovun "Seçki
prosesində kütləvi informasiya vasitələrinin
rolu, yerli və xarici müşahidəçilərin hüquq
və vəzifələri" mövzularında məruzələrini
dinləmiş, məsələ ilə əlaqədar mövcud təlimat şərh edilmişdir.
İştirakçılara
seçkiləri müşahidə olunma
qaydaları, seçkilərdə şərait
yaradılması yolları, seçki
subyektlərinə verilən vaxtlar, seçki prosesində kütləvi informasiya vasitələrinin hüquqları barədə
məlumat verilmişdir.
Tədbirlərdə
Sumqayıt Şəhər Polis İdarəsinin
nümayəndəsi Nizami Fərəcov, şəhər
post-patrul polis xidməti
taborunun komandiri Eldəniz
Mirzəyev, şəhər polis idarəsinin
ictimai təhlükəsizlik şöbəsinin
rəisi Zülfüqar Baxşəliyev,
şəhər polis idarəsinin ictimai asayiş üzrə
müavini Gəray Quliyev,
Abşeron Rayon Polis Şöbəsinin rəis müavini Oqtay
Süleymanlı "Seçici
siyahılarının təkmilləşdirilməsi, rəsmi
seçki sənədlərinin
daşınması və saxlanılmasının təhlükəsizliyinin
təmin edilməsi, habelə asayişin
qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu,
onların seçki komissiyaları ilə
qarşılıqlı əlaqələri" mövzusunda məruzələrlə
çıxış etmişlər.
Çıxışçılar
seçici siyahılarında olan problemlərin aradan
qaldırılması, şəffaflığın təmin
olunması, seçki hüquqları və
sair məsələlər barədə
danışmışlar. Sənədlərin rəsmiləşdirilməsi,
seçki subyektləri, seçki
hüquqlarının pozulmasına görə məsuliyyət
nəzərdə tutan qanunvericilik
sistemi, seçki
siyahılarının dəqiqləşdirilməsi, polisin seçkidə iştirakı barədə
geniş şərhlər verilmişdir.
Kurslarda 41 saylı
Sumqayıt birinci seçki
dairəsi dairə seçki komissiyasının
sədri Məzahir Süleymanov, 42
saylı Sumqayıt ikinci seçki
dairəsi dairə seçki
komissiyasının sədri Ruslan
Hacıyev, 43 saylı Sumqayıt üçüncü
seçki dairəsi dairə seçki komissiyasının sədri Həsən
Məmmədov və 44 saylı Sumqayıt-Abşeron dairə seçki komissiyalarının sədri Vaqif Məmmədov Azərbaycan Respublikası Prezidentinin seçkilərinə
hazırlıq, seçkilərin keçirilməsi, səslərin
hesablanması və nəticələrin rəsmiləşdirilməsi
işində məntəqə seçki
komissiyalarının vəzifələri və fəaliyyətlərinin
təşkilindən bəhs etmişlər. Məntəqələrin
işlək vəziyyətdə olması, seçkilərə
hazırlıq, seçkilərin keçirilməsi
qaydaları barədə təlimatdan irəli gələn məsələlər
dinləyicilərə geniş şərhlərlə
təqdim edilmişdir.
Məruzələrdə və
çıxışlarda qarşıdakı prezident
seçkilərinin yüksək səviyyədə, demokratik, şəffaf keçirilməsi üçün vacib olan məsələlər
iştirakçıların diqqətinə
çatdırılmışdır.
Məntəqə sədrlərinə
MSK tərəfindən göndərilmiş təlimatlar, Seçki Məcəlləsi, təşviqat
materialları, seçici siyahıları
ilə bağlı plakatlar paylanılmışdır.
Tədbirlərdə
iştirakçıları maraqlandıran suallara
da aydınlıq gətirilmişdir.
Kurslar iştirakçılar tərəfindən
maraqla qarşılanmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 7 avqust.- S. 5.