Heydər Əliyev Mərkəzində
keçirilən «Həyat, ölüm və
gözəllik» sərgisində açıq gün
səhər saatlarından başlamış və günün sonunadək davam
etmişdir
XX əsrin məşhur rəssamı
Endi Vorholun Heydər
Əliyev Mərkəzində keçirilən "Həyat, ölüm və gözəllik" sərgisində
avqustun 6-da açıq gün
olmuşdur.
AzərTAc xəbər verir ki, böyük
sənətkarın 85 illik yubileyi münasibətilə elan
edilən açıq gündə bütün
ziyarətçilər sərgiyə sərbəst şəkildə
tamaşa etmək hüququ
qazanmışlar.
Sərgidə XX əsrin pop-art sənətinin məşhur
simasının 100-dən çox əsəri,
kiçik filmləri nümayiş
olunur.
Azərbaycanda ilk dəfə keçirilən bu sərgi yerli sakinlər
və turistlər arasında böyük maraqla qarşılanmışdır. Bugünədək 2000-dən çox
ziyarətçi Endi Vorholun
müxtəlif illərdə çəkdiyi "Güllər"
(Flower), Kamuflyaj" (Camuflaje), "Sonuncu şam yeməyi" (The Last Supper), "Dua edən kişi əlləri"
(Male hand Praying), "Elektrik stulu" (Electric Chair), "Nəsli kəsilməkdə olan növlər", "İntibah
rəsmlərindən fraqmentlər", "Avtoportret", "Azadlıq heykəli" və
digər dünya şöhrətli əsərləri
ilə tanış olmaq imkanı əldə
etmişlər.
Sərgini ziyarət edən
insanlar öz təəssüratlarını
bölüşmüşlər. Onlar məşhur rəssamın
yaradıcılığı barədə məlumatlarının
olduğunu söyləyərək
qüdrətli fırça ustasının əsərlərində
bir çox
mövzuları əks etdirdiyini və
bunların hər kəsin yaddaşında dərin iz buraxdığını bildirmişlər.
Ziyarətçilər dünya
şöhrətli rəssamın
yaradıcılığının özünəməxsusluğu
ilə seçildiyini söyləmiş və
onun əsərlərinin Azərbaycanda sərgilənməsinin
xoş hadisə olduğunu
qeyd etmişlər. Onlar
sərginin davam etdiyi
müddətdə yenə də bu gözəl
məkanı ziyarət etməyi düşündüklərini
söyləmişlər.
Sərgidə
açıq gün səhər
saatlarından başlamış və günün
sonunadək davam etmişdir.
Ümumiyyətlə, mərkəzdə
iyunun 21-də Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi
ilə açılmış sərgi sentyabrın 18-dək davam edəcəkdir. Bu sərgi
Heydər Əliyev Mərkəzinin mədəniyyətlərin
bir-birinə qovuşması, xalqlar
arasında dialoqun yaranması istiqamətində
uğurlu layihələrindən hesab olunur.
Endi Vorhol
1928-ci il avqustun 6-da Pitsburqda
(ABŞ, Pensilvaniya ştatı) dünyaya gəlmişdir. Mərhum sənətkar
rəssamlıqla yanaşı, kinoprodüser,
kinoaktyor, fotoqraf, reklam meneceri kimi də fəaliyyət göstərmişdir.
XX əsrin məşhur rəssamlarından
olan Endi Vorholun əsərləri indiyədək
dünyanın əksər muzey və rəsm
qalereyalarında sərgilənmişdir.
Azərbaycan. - 2013.- 7 avqust.- S. 6.