Nigar ŞABANOVA: «İfamıza xarici turistlərin maraq
göstərmələri məni çox
sevindirdi»
"İfamıza azərbaycanlılarla
yanaşı, Qəbələyə gəlmiş xarici turistlərin də maraq
göstərmələri məni çox
sevindirdi". Bu
sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının
iştirakçısı, muğam sənətinin
gənc ifaçılarından olan Nigar Şabanova AzərTAc-a
müsahibəsində demişdir.
O, gənc
ifaçıların belə yüksəksəviyyəli tədbirlərdə
iştirak etmələrinə yaradılan
şəraitə, muğamın təbliğinə və
inkişafına göstərilən dəstəyə görə
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun
xoşməramlı səfiri
Mehriban Əliyevaya minnətdarlığını
bildirmişdir.
Beynəlxalq festivalın təşkilatçılığını
yüksək qiymətləndirən Nigar Şabanova Azərbaycan musiqisinin
zənginliyindən söhbət açaraq
demişdir: "Mən bu
festivalı səbirsizliklə gözləyirdim. Bu möhtəşəm incəsənət
bayramında iştirak etdiyim
üçün özümü
xoşbəxt sayıram. Muğama dövlət
qayğısı, xüsusilə Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın bu sahədə təşəbbüsləri,
muğamımızı dünyada təbliğ
etmək üçün gördüyü
işlər göz qabağındadır.
Məlumdur ki, xalqımız milli musiqini çox sevir və zövq alaraq dinləyir. Mən
Qəbələdə keçirilən musiqi
axşamlarında bunun bir
daha şahidi oldum".
Azərbaycan. - 2013.- 7 avqust.- S. 7.