Quintas BORJA: Qəbələ kimi gözəl bir məkanda beynəlxalq musiqi festivalının keçirilməsi təqdirəlayiqdir

 

Qəbələ kimi gözəl bir məkanda beynəlxalq musiqi festivalının keçirilməsi təqdirəlayiqdir.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Madrid Dövlət Uşaq Xorunun bədii rəhbəri, tanınmış ispaniyalı dirijor Quintas Borja AzərTAc-a müsahibəsində demişdir.

Tanınmış dirijor festivalın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkür etmişbu möhtəşəm incəsənət bayramında görkəmli sənətkarlarla eyni səhnəni bölüşməyin gənc musiqiçilər üçün böyük təcrübə olduğunu vurğulamışdır.

Quintas Borja demişdir: "Dünyanın müxtəlif ölkələrindən musiqisevərlər klassik musiqinin mərkəzinə çevrilən Qəbələyə gəlməkdə davam edirlər. Burada hər gün kamera musiqisi axşamları və açıq havada konsertlər keçirilir. Mən tanınmış rusiyalı pianoçu Oksana Yablonskaya ilə eyni səhnəni bölüşmək şərəfinə nail oldum. Ümid edirəm ki, ifamızda təqdim olunan musiqi əsərləri musiqisevərlərin zövqünü oxşadı. Ölkənizdən xoş təəssüratlarla ayrılıram. Qəbələyə isə heyran qaldım. Bu kurort şəhəri belə bir festival üçün gözəl bir məkandır. Yenidən bu festivalda iştirakıma ümid edirəm".

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 7.