«YARAT!» Müasir
İncəsənət Məkanı «PARTICIPATE» Baku Public Art»
festivalı çərçivəsində növbəti
layihəni təqdim etmişdir
"YARAT!" Müasir İncəsənət Məkanı
"PARTICIPATE" Baku Public
Art" festivalı çərçivəsində
Dənizkənarı Milli Parkda
ABŞ-ın "Rebar" qrupunun və Danimarkanın "N55" art-kampaniyasının
birgə hazırladıqları
"Parkcycle" ("Səyyar park") layihəsini təqdim etmişdir.
AzərTAc xəbər
verir ki, xüsusi olaraq
"PARTICIPATE" Baku Public
Art" festivalı üçün
təqdim olunan "Parkcycle"
əsəri paytaxtımızda dövr edən,
yalnız bir ağacdan
ibarət, bir neçə insan
tərəfindən sürülə bilən kiçik
səyyar parkdır. Əsərin müəllifləri yaratdıqları işə
"ictimai məkanların yenidən
bölüşdürülməsi üzrə insan
tərəfindən idarə olunan bir sistem" tərifini
vermişlər. Dayandığı yerdə "Parkcycle" yerli əhaliyə
yaşıl məkanlara birbaşa
çıxış imkanlarını bəxş edir.
İlk dəfə
bu əsər ictimaiyyətə 2007-ci ildə
ABŞ-ın San-Fransisko şəhərində
təqdim olunmuşdur. Əsəri
Bakıya daha təkmil formada
gətirməklə ABŞ-ın "Rebar"
qrupu ictimai heykəltəraşlıq
sənətinin funksiyalarını və imkanlarını,
habelə bu səpkidə məlumatlılıq
səviyyəsini artıraraq
yaşıl məkanların əhəmiyyətini vurğulamaq niyyətindədir.
"Parkcycle"
layihəsini Bakıda reallaşdıran "Rebar"
qrupunun rəhbəri, landşaft
memarı Con Bela və
memar Mariya
Slavnovadır.
"Rebar"
qrupu əsası 2005-ci ildə Con Bela tərəfindən
qoyulan və hazırda idarə edilən
ABŞ kollektividir. Con
Belanın ictimai incəsənəti, məkanı
və icma iştirakını nəzərdə
tutan layihələrdə onillərlə
təcrübəsi vardır. O, "Park günü", "Dilənçilik səhnəsi",
"Qələbə bağı" və "Üçbucaq tamaşa səhnəsi"
əsərlərinin yaradılmasına rəhbərlik etmişdir.
Con Bela
San-Fransiskodakı Kaliforniya İncəsənət
Kollecində baş mühazirəçi
və Berklidəki Kaliforniya Universitetinin əməkdar mühazirəçisidir.
O, Berkli Kaliforniya
Universitetində landşaft
memarlığı və mühit
dizaynı, Massaçusets Universitetində
biologiya və biokimya,
Çikaqo İncəsənət İnstitutunda heykəltəraşlıq
üzrə təhsil almışdır. Con
Bela Kaliforniya
ştatında qeydiyyata alınmış
memardır.
Layihə avqustun
sonunadək davam edəcəkdir.
Azərbaycan. - 2013.- 7 avqust.- S. 8.