Rafael Ağayev
Kolumbiyadan qızıl medalla
qayıtdı
Kolumbiyada döyüş
üzrə dünya oyunları keçirilmişdir. Turnirdə ölkəmizi
təmsil edən karate üzrə dəfələrlə
Avropa və dünya çempionu Rafael Ağayev (75 kq) uğurla çıxış etmişdir.
Rafael rəqiblərinə heç bir şans verməyərək finala
çıxmışdır. Həlledici görüşdə
azərbaycanlı idmançı alman Noa Bitşə qalib gəlmiş
(5:2) və qızıl medalın sahibi olmuşdur.
Daha bir karateçimiz Şahin Atamov (+84 kq) komandamıza ikinci medalı qazandırmışdır. O,
yarımfinalda alman Conatan
Verner Horna məğlub
olsa da, üçüncü yer uğrunda mübarizədə Yaser
Şahintəkini (Türkiyə) məğlub edərək bürünc medala yiyələnmişdir.
Digər idmançımız
Ayxan Mamayev (84 kq) isə mükafatçılar arasına
düşə bilməmişdir.
Azərbaycan. - 2013.- 7 avqust.- S. 8.