Cüdoçularımız Avropa kubokunda uğurla çıxış etdilər

 

Almaniyanın Berlin şəhərində cüdo üzrə Gənclərin Avropa Kuboku oyunları keçirilmişdir.

Turnirdə ölkəmizi təmsil edən Mehman Sadıqov (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Finaladək inamla qələbələri sıralayan idmançımız həlledici görüşdə macar Akos Barta ilə üz-üzə gəlmişdir. Bu qarşılaşmada da bacarığını nümayiş etdirən cüdoçumuz rəqibini məğlub etmişturnirin qızıl medalına yiyələnmişdir.

Digər təmsilçilərimiz Oruc Vəlizadə (60 kq) və Məmmədəli Mehdiyev (81 kq) turnirin bürünc mükafatçıları olmuşlar.

Turnirin ilk günündə mübarizəyə qoşulan idmançılardan Aişə Qurbanlı medalçılar sırasına düşmək şansını son anda əldən vermişdir. Yarımfinalda məğlub olan cüdoçumuz yarışı beşinci sırada tamamlamışdır.

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 8.