Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İZAH

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/43 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan  Respublikası Prezidentinin seçkilərində səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun (İzaha 1 saylı əlavə) doldurulması qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 100-cü, 106-cı və 201-ci maddələrinə, habelə bu İzaha uyğun olaraq müəyyənləşdirilir.

 

1. Ümumi müddəalar

 

1.1. Məntəqə seçki komissiyasının protokolu yalnız həmin komissiyanın həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilməlidir.

 

1.2. Protokolun tərtib edilməsini Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər (seçki komissiyalarının üzvləri, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə müşahidəçi  statusunu almış Azərbaycan Respublikasının vətəndaşları və beynəlxalq müşahidəçilər) müşahidə edə bilərlər.

 

Qeyd: protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsi yolverilməz olduğuna görə, əvvəlcə onun mütləq  q a r a l a m a   nüsxəsi tərtib edilməlidir. Protokolun 1-6-cı bəndlərindəki məlumatlar seçki qutuları açılmazdan əvvəl yazılır.

 

2. Protokolun doldurulma ardıcıllığı

 

2.1. Protokol aşağıdakı qaydada doldurulmalıdır:

 

2.1.1. Protokolun 1-ci bəndi - seçki məntəqəsi üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı

 

(1=1a+1b):

 

2.1.1.1. a) seçici siyahısında olan seçicilərin sayı;

 

2.1.1.2. b) əlavə seçici siyahısında olan seçicilərin sayı.

 

(Bu bənddə seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilmiş seçicilərin sayı (1a) və səsvermə günü məntəqə seçki komissiyasının qərarı ilə səsvermə hüququ təmin edilmiş şəxslərin adlarının daxil olduğu əlavə seçici siyahısındakı seçicilərin sayı (1b), müvafiq olaraq [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarına əsasən] qeyd olunur. Eyni zamanda 1a və 1 b yarımbəndlərindəki rəqəmlərin cəmi 1-ci bənddə göstərilən sayı yaratmalı və müvafiq bərabərlik olmalıdır (1=1a+1b)).

 

2.1.2. Protokolun 2-ci bəndi - qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı

 

(Bu bənddə daimi (və ya müvəqqəti) seçici siyahısına daxil edilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı qeyd olunur).

 

2.1.3. Protokolun 3-ci bəndi - dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilmiş seçki bülletenlərinin sayı

 

(3=4+5+6)

 

(Bu bəndə dairə seçki komissiyasından məntəqə seçki komissiyasına müvafiq akt tərtib edilməklə verilmiş  seçki bülletenlərinin sayı daxil edilir. Bu rəqəmin daxil edilməsi üçün həmin akt əsas götürülməlidir.

 

Mötərizədə verilmiş hesablamada (3=4+5+6) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 4-cü (seçki bülleteni almış seçicilərin sayı), 5-ci (istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı) və 6-cı (korlanmış seçki bülletenlərinin sayı) bəndlərinin rəqəmlərinin cəminə bərabər olmalıdır).

 

2.1.4. Protokolun 4-cü bəndi - seçki bülleteni almış seçicilərin sayı

 

(4=4a+4b+4c):

 

2.1.4.1. a) səsvermə otağından kənarda;

 

2.1.4.2. b) səsvermə otağında - seçici siyahıları əsasında [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahısında olan imzaların sayı];

 

2.1.4.3. c) səsvermə otağında qeydiyyatdançıxma vəsiqəsi ilə.

 

(Bu yarımbəndlərə seçki məntəqəsi üzrə səsvermə otağından kənarda (4a), səsvermə otağında seçici siyahıları əsasında (4b) və qeydiyyatdançıxma vəsiqəsi ilə (4c) seçki bülleteni almış seçicilərin  sayı  daxil  edilir. Həmin rəqəmlərin cəmi 4-cü bəndin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır).

 

2.1.5. Protokolun 5-ci bəndi - istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı

 

(İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı bu bəndə müvafiq akt əsasında daxil edilir (istifadə edilməmiş seçki bülletenləri seçki qutuları açılmazdan əvvəl səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və aşağı sağ küncləri ləğvetmə xəttindən kəsilməklə ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və protokolda qeyd olunur. İstifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt tərtib edilir və həmin bülletenlər ayrıca yığılıb bağlanır)).

 

2.1.6. Protokolun 6-cı bəndi - korlanmış seçki bülletenlərinin sayı

 

(Bu bəndə korlanmış seçki bülletenlərinin sayı müvafiq akt əsasında daxil edilir (seçici hər hansı bir səbəbdən seçki bülleteninin korlanması barədə məntəqə seçki komissiyasının üzvünə müraciət edərsə, komissiya üzvü  korlanmış seçki bülletenini ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur və bu barədə dərhal akt tərtib edilir. Səsvermə bitdikdən sonra korlanmış seçki bülletenlərinin cəminə dair əlavə akt tərtib edilir və həmin bülletenlər ayrıca yığılıb bağlanır)).

 

2.1.7. Protokolun 7-cı bəndi - seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri1 istisna olmaqla)

 

(7=7a+7b); (7<4); (7=8+9)

 

2.1.7.1. a) daşınan seçki qutusunda (7a<4a);

 

2.1.7.2. b) daşınmaz seçki qutusunda (7b<4b+4c).

 

(Daşınan və daşınmaz seçki qutularından çıxmış müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı qutuların açılma növbəliliyinə (əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutusu(ları)) uyğun olaraq ayrı-ayrılıqda bu bəndin "a" və "b" yarımbəndlərinə daxil edilir.

 

Bu rəqəmlərin cəmi 7-ci bənddəki qrafaya daxil edilməli və onların arasında müvafiq bərabərlik olmalıdır (7=7a+7b). Protokolun 7a yarımbəndindəki    rəqəm   protokolun    4a   yarımbəndindəki   rəqəmdən, 7b yarımbəndindəki rəqəm isə 4b və 4c yarımbəndlərindəki rəqəmlərin cəmindən az və ya onlara bərabər olmalıdır. Mötərizədə verilmiş kiçik bərabərlikdə (7 < 4) göstərildiyi kimi, 7-ci bəndin rəqəmi protokolun 4-cü bəndindəki rəqəmdən az və ya ona bərabər olmalıdır. 7-ci bəndin rəqəmi həm də protokolun 8-ci (etibarsız hesab edilmiş səslərin sayı) və 9-cu (etibarlı hesab edilmiş səslərin sayı) bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır (7=8+9)).

 

Qeyd: müəyyənləşdirilmiş formada olan seçki bülletenləri dedikdə, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış, nömrələnmiş yuxarı sol küncü kəsilmiş və yuxarı sağ küncü müvafiq məntəqə seçki komissiyasının möhürü ilə möhürlənmiş seçki bülletenləri başa düşülür.

 

2.1.8. Protokolun 8-ci bəndi - etibarsız hesab edilmiş səslərin sayı

 

(namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamış və ya birdən çox kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)

 

(Bu bənddə yuxarıda göstərilən əsaslara görə, habelə qoyulmuş  işarələrdən seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığı üçün etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı göstərilməlidir).

 

2.1.9. Protokolun 9-cu bəndi - etibarlı hesab edilmiş səslərin sayı

 

(namizədlərdən yalnız birinin soyadından sağdakı kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki  bülletenlərinin sayı)

 

(9=10)

 

(Bu bənddə yuxarıda göstərilən əsaslara görə etibarlı hesab edilmiş  səslərin sayı göstərilməlidir. Mötərizədə verilmiş bərabərlikdə (9=10) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 10-cu (etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi) bəndinin cəminə bərabər olmalıdır. Bu sayda bərabərlik olmazsa, protokol etibarsız sayılır).

 

2.1.10. Protokolun 10-cu bəndi - etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi

 

(Bu bənddə seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı2 seçki bülletenindəki ardıcıllıqla, əlifba sırası ilə yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Seçicilərin etibarlı səslərinin qeydə alınmış namizədlər arasında bölünməsi yalnız protokolun 9-cu bəndində göstərilən etibarlı hesab edilmiş səslərə əsasən həyata keçirilir. Cədvəlin sonunda səslərin cəmi yazılır və bu rəqəm protokolun 9-cu bəndinə (etibarlı hesab edilmiş səslərin sayına) bərabər olmalıdır. Bu sayda bərabərlik olmazsa, protokol etibarsız sayılır).

 

2.2. Protokol tam doldurulub qurtartıqdan sonra doldurulma tarixi və vaxtı həmin protokolda qeyd edilir.

 

2.3. Səsvermənin nəticələri haqqında yekun protokolu məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokolu imzalayaraq, ona özünün xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır.

 

3. Əlavə edilməli olan sənədlərlə birlikdə protokolun dairə seçki komissiyasına təqdim edilməsi

 

3.1. Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 106.7-ci maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokoluna əlavə edilərək dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin, müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir:

 

3.1.1. məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsi;

 

3.1.2. səsvermə günü məntəqə seçki komissiyasına seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar;

 

3.1.3. Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi haqqında akt (İzaha 2 saylı əlavə);

 

3.1.4. Azərbaycan Respublikası Prezidentinin seçkilərində istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (İzaha 3 saylı əlavə);

 

3.1.5. Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməmiş vəsiqələrin ləğv edilməsi haqqında akt  (İzaha 4 saylı əlavə);

 

3.1.6. Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt (İzaha 5 saylı əlavə);

 

3.1.7. Azərbaycan Respublikası Prezidentinin seçkilərində səs verən vətəndaşların səhvi üzündən korlanmış seçki bülletenlərinin sayı haqqında akt (İzaha 6 saylı əlavə);

 

3.1.8. Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə otağından kənarda səs vermək üçün seçicilərin müraciətləri əsasında götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında akt (İzaha 7 saylı əlavə);

 

3.1.9. seçki bülletenləri;

 

3.1.10. məntəqə üzrə seçici siyahıları [qeydiyyatdançıxma (səsvermə) vəsiqələri əlavə olunmaqla].

 

3.2. 3.1.4. - 3.1.8-ci bəndlərində göstərilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.

 

3.3. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyası qərarlarının və yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

 

Qeyd: protokol tərtib edilərkən ehtiyatsızlıqdan həmin protokolda hər hansı bir xətaya (məlumatların səhv daxil edilməsi, pozulma, qaralama     və s.) yol verilmişdirsə, məntəqə seçki komissiyası həmin halı öz qərarı ilə rəsmiləşdirərək buna dair müvafiq akt tərtib etməli, protokolu həmin aktla birlikdə qanunda nəzərdə tutulmuş müddət ərzində dairə seçki komissiyasına təqdim etməlidir.

 

 

İzaha 1 saylı əlavə

 

 

 

AZƏRBAYCAN  RESPUBLİKASI  PREZİDENTİNİN  SEÇKİLƏRİ

 

“___” ___________ 20___   il

 

 

 

____ saylı ____________________________________ seçki dairəsinin

 

                                                                   (seçki dairəsinin adı)

 

 

_____ saylı seçki məntəqəsi üzrə                                                 

 

səsvermənin nəticələri haqqında

 

məntəqə seçki komissiyasının

 

 

 

P R O T O K O L U

 

 

 

__________________________________________________________________

 

(seçki məntəqəsinin olduğu yer – muxtar respublika, şəhər, rayon, şəhərdə rayon, qəsəbə, kənd)

 

 

 

 

 

   Məntəqə seçki komissiyası səslərin hesablanması nəticəsində  müəyyən etmişdir:

 

 

 

 

 

1.

 

Seçki məntəqəsi üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı   (1=1a+1b)

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

a) seçici siyahısında olan seçicilərin sayı

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

b) əlavə seçici siyahısında olan seçicilərin sayı

 

 

                                           (sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

2.

 

Qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

3.

 

Dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilmiş

 

seçki bülletenlərinin sayı  (3=4+5+6)

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

4.

 

 Seçki bülleteni almış seçicilərin sayı  (4=4a+4b+4c):

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

a)  səsvermə otağından kənarda

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

b)  səsvermə otağında - seçici siyahıları əsasında [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarında olan imzaların sayı]

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

 

 

c) səsvermə otağında – qeydiyyatdançıxma vəsiqəsi ilə

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

5.

 

İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

6.

 

Korlanmış seçki bülletenlərinin sayı

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

  7.

 

 

 

Seçki qutularında olan seçkı bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri[1]  istisna olmaqla) (7= 7a+7b);(7≤4); (7=8+9):

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

a)  daşınan seçki qutusunda (7a≤4a)

 

 

   (sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

b)  daşınmaz seçki qutusunda (7b≤4b+4c)

 

 

   (sözlə)

 

 

 

(rəqəmlə)

 

8.

 

Etibarsız hesab edilmiş səslərin sayı (namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamış və ya birdən çox kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

9.

 

Etibarlı hesab edilmiş səslərin sayı (namizədlərdən yalnız birinin soyadından sağdakıı kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş  formada olan seçki bülletenlərinin sayı) (9=10)

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

10.

 

Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi:

Seçki bülleteninə daxil edilmiş               prezidentliyə namizədlərin                           soyadı, adı, atasının adı1

 

                            

 

(əlifba sırası ilə)

 

Hər bir namizədin

 

lehinə verilmiş səslərin sayı

 

sözlə

 

rəqəmlə

 

 

Cəmi:

 

 

Komissiyanın

 

sədri 

 

 

 

Komissiyanın         katibi

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

Komissiyanın         katibi

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

Komissiyanın         üzvləri

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

(soyadı, adı, atasının adı)

 

 

(imza)

 

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

             

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

M.Y.

 

 

Protokol  20____-ci il________________   _________-da (də) saat ___-da(də) tərtib  edilmişdir.

 

 

 

Komissiyanın həlledici səs hüquqlu üzvünün xüsusi rəyi haqqında qeyd: __________ ___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 

 

 

___________________________________________________________________________________

 

 

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

Q e y d l ə r:

 

Protokol məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və imzalanır. Məntəqə seçki komissiyasının protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan üzvü protokola xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır.

 

Protokolda düzəlişlər edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə protokolun qaralama nüsxəsini tərtib etmək məqsədəuyğundur.

 

Protokolun karandaşla yazılmasına icazə verilmir.

 

 

[1] Səslər hesablanarkən seçki qutularından çıxmış müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri sayılaraq aktlaşdırılır və həmin akt bu protokola əlavə edilir.

 

 

 

1 Seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı eyni olduqda, onların doğulduqları gün, ay və il də göstərilməlidir.

 

 

 

 

 İzaha 2 saylı əlavə

 

 

 

Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi haqqında

 

 

 

A  K  T

 

 

 

____________________________           “___" ________20     il

 

(rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                           

 

Saat________

 

 

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99-cu maddəsinin 6-cı bəndinə uyğun olaraq ______ saylı __________________________ seçki

 

                                                                                                         (seçki dairəsinin adı)

 

dairəsinin dairə seçki komissiyasından həmin seçki dairəsinin ____ saylı seçki məntəqəsinin məntəqə seçki komissiyasına seçicilər siyahısındakı  seçicilərin ümumi sayına uyğun olaraq səsvermə üçün ________________

 

                                                                                                                             (sözlə)

 

__________ ədəd seçki bülleteni  verilmişdir.

 

    (rəqəmlə)                                                                  

 

 

Dairə seçki komissiyasının

 

sədri                                                          __________    _______________

 

                                                                                      (imza)                    (inisialı və soyadı)

 

M.Y.

 

 

 

Məntəqə seçki komissiyasının

 

sədri                                                           __________    _______________

 

                                                                                       (imza)                    (inisialı və soyadı)

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                                    __________    _______________

 

                                                                                        (imza)                    (inisialı və soyadı)

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                     __________    _______________

 

                                                                                      (imza)                    (inisialı və soyadı)

 

 

 

                        M.Y.

 

______

 

 

İzaha 3 saylı əlavə

 

 

 

Azərbaycan Respublikası Prezidentinin seçkilərində istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında

 

 

 

A  K  T

 

 

 

____________________________                       “___" ________20     il

 

(rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                            

 

Saat________

 

 

 

 

 

Biz,   aşağıda   imza  edənlər,  həmin  aktı  ona   görə    tərtib etdik ki,            

 

 

 

seçki günü ____ saylı _____________________________ seçki dairəsinin

 

    (seçki dairəsinin adı)                                                                                                             

 

___ saylı seçki məntəqəsi üzrə _______________________    _________

 

(sözlə)                                      (rəqəmlə)

 

ədəd istifadə edilməmiş seçki bülleteni məntəqə seçki komissiyasında qanunla müəyyən olunmuş qaydada ləğvetmə xəttindən kəsilməklə ləğv edilmişdir.

 

 

 

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

sədri                                                          __________    _______________

 

                                                                                    (imza)                    (inisialı və soyadı)

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                         __________    _______________

 

                                                                                   (imza)                    (inisialı və soyadı)

 

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                        __________    _______________

 

                                                                                   (imza)                    (inisialı və soyadı)

 

 

 

M.Y.

 

 

 

İzaha 4 saylı əlavə

 

 

 

Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməmiş vəsiqələrin ləğv edilməsi haqqında

 

 

 

A  K  T

 

 

 

____________________________                  “___" ________20     il

 

(rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                           

 

Saat________

 

 

 

 

 

Biz, aşağıda imza edənlər, həmin aktı ona görə tərtib etdik ki, __ saylı

 

 

 

__________________________________ seçki   dairəsinin    dairə     seçki

 

             (seçki dairəsinin adı)

 

komissiyasından  həmin  seçki  dairəsinin  ______ saylı seçki məntəqəsinin

 

 

 

məntəqə seçki komissiyasına verilmiş _____________________  _______

 

                                                                                                  (sözlə)                          (rəqəmlə)                                                                                 

 

ədəd    səsvermə   vəsiqəsindən       ____________________   ________

 

 (sözlə)                          (rəqəmlə)

 

ədədi seçicilərə təqdim edilmişdir.

 

            

 

İstifadə edilməmiş _______________  _________ ədəd səsvermə vəsiqəsi

 

                                                                (sözlə)                                         (rəqəmlə

 

ortadan kəsilməklə ləğv olunmuşdur.

 

 

 

Məntəqə seçki komissiyasının

 

sədri                                                          __________    _______________

 

                                                                                           (imza)                    (inisialı və soyadı)

 

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                         __________    _______________

 

                                                                                           (imza)                       (inisialı və soyadı)

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                     __________    _______________

 

                                                                               (imza)                         (inisialı və soyadı)

 

 

                                   M.Y.

 

 

 

İzaha 5 saylı əlavə

 

 

Azərbaycan Respublikası  Prezidentnin seçkilərində seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı  haqqında

 

 

 

A  K  T

 

 

____________________________               “___" ___________20     il

 

(rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                           

 

                           Saat_________________

 

 

 

 

Biz,  aşağıda  imza edənlər, həmin  aktı  ona  görə  tərtib etdik ki, ____

 

 

 

saylı___________________________ seçki   dairəsinin  ____  saylı   seçki

 

               (seçki dairəsinin adı)

 

 

 

məntəqəsinin  məntəqə  seçki  komissiyası  tərəfindən  seçki bülletenlərinin

 

 

 

kəsilmiş sol küncləri sayılmış, onların sayının ______________ _________

 

                                                                                                         (sözlə)                   (rəqəmlə)

 

ədəd olduğu müəyyən edilmiş və kəsilmiş künclər zərfə qoyulmuşdur.

 

 

 

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

sədri                                                          __________    _______________

 

                                                                                   (imza)                    (inisialı və soyadı)

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                         __________    _______________

 

                                                                                  (imza)                    (inisialı və soyadı)

 

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                        __________    _______________

 

                                                                                       (imza)                    (inisialı və soyadı)

 

                                               M.Y.

 

 

 

 

İzaha 6 saylı əlavə

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentnin seçkilərində səs verən vətəndaşların səhvi üzündən korlanmış seçki bülletenlərinin sayı haqqında

 

 

 

A  K  T

 

 

 

____________________________                     “___" ________20     il

 

(rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                           

 

Saat________

 

 

 

 

Biz,  aşağıda  imza   edənlər,   həmin   aktı   ona  görə  tərtib  etdik  ki,

 

 

 

___saylı ____________________________ seçki dairəsinin___ saylı seçki

 

                       (seçki dairəsinin adı)

 

məntəqəsində səsvermə zamanı seçicilərin səhvi üzündən ____________

 

                                                                                                                               (sözlə)           

 

_________ ədəd seçki bülleteni korlanıb sıradan çıxmış, həmin bülletenlər

 

    (rəqəmlə)

 

ortadan kəsilməklə ləğv edilib zərfə qoyularaq, ayrıca yığılıb bağlanmışdır.

 

 

 

                             

Məntəqə seçki komissiyasının

 

sədri                                                           __________    _______________

 

                                                                                        (imza)                (inisialı və soyadı)

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                              ________    _____________

 

                                                                                        (imza)                 (inisialı və soyadı)

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                         __________    _______________

 

                                                                                      (imza)                  (inisialı və soyadı)

 

 

 

                                   M.Y.

 

     ________

 

 Qeyd: bu akt hər bir seçicinin səhvi üzündən korlanmış seçki bülleteninə dair tərtib edilən aktların cəmi əsasında tərtib olunur.

 

 

 

 

İzaha 7 saylı əlavə

 

 

 

Azərbaycan Respublikası Prezidentnin seçkilərində səsvermə otağından kənarda səs vermək üçün seçicilərin müraciətləri əsasında götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında

 

 

 

A  K T

 

 

 

____________________________                   “___" ________20     il

 

(rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                           

 

Saat________

 

 

 

 

 

Biz, aşağıda imza edənlər, həmin aktı ona görə tərtib etdik ki, ___ saylı

 

 

 

________________________ seçki dairəsinin ­­­­­_____ saylı seçki məntəqəsi

 

(seçki dairəsinin adı)

 

üzrə   səsvermə   günü   səsvermə  otağından  kənarda  səs  vermək  üçün

 

 

 

__________________  _________ ədəd seçki bülleteni götürülmüş, həmin

 

            (sözlə)                          (rəqəmlə)

 

bülletenlərin ____________________      _____________ ədədi istifadə

 

                                            (sözlə)                                   (rəqəmlə)                                                                                  

 

edildikdən sonra, ________________     _____________ ədədi  istifadə

 

                                                   (sözlə)                           (rəqəmlə)

 

edilmədən  geri qaytarılmışdır.

 

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

sədri                                                           __________    _______________

 

                                                                                        (imza)               (inisialı və soyadı)

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                         __________    _______________

 

                                                                                            (imza)             (inisialı və soyadı)

 

 

 

 

Məntəqə seçki komissiyasının

 

katibi                                                        __________    _______________

 

                                                                                             (imza)             (inisialı və soyadı)

 

 

 

                                   M.Y.

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

 

LİNKLƏR

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 4.