Azərbaycan Prezidenti İlham Əliyevin Kürdəmir rayonuna səfəri

 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə Heydər Parkında ulu öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Bildirildi ki, parkda iki fəvvarə kompleksi yaradılmış, şəlalə inşa olunmuş, 300 yerlik yay kinoteatrı, avtokartinq, uşaq əyləncə mərkəzi, mağaza, ana uşaq kafesi tikilmiş, karusel quraşdırılmışdır. Burada Gənclər Mərkəzi fəaliyyət göstərir.

Parkın 5,6 hektarlıq ərazisi yaşıllaşdırılmış, dekorativ ağac gül kolları əkilmiş, suvarma sistemi qurulmuşdur. Rayon sakinlərinin, o cümlədən gənclərin səmərəli istirahəti üçün burada hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 1.